Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

NATO və Rusiya arasında müharibə təhlükəsi – Beyin mərkəzi hərbi ittifaq üçün “qələbə“ resepti təklif edir

Tarix 13.12.18, 17:13

Font ölçüsü : - / +
bitmap-img6


NATO və Rusiya arasında qeyri-nüvə müharibəsi bombardmançı təyyarələri, təyyarədaşıyan gəmilər və sualtı qayıqları Avropanın şimal sərhədi boyunca üz-üzə qoya bilər. Bu haqda yeni araşdırmadan “The National interest” dərgisində David Axe söz açır və bunun səbəbini NATO və keçmiş Sovet İttifaqı arasında müharibənin 30-40 il öncə eyni ssenari ilə gedəcəyini qeyd edir.

Müharibə Baltik regionunda başlaya bilər… və ilkin olaraq rusiyalıların xeyrinə olar.

“Müharibəni Moskva başlasa, Rusiya qüvvələri NATO ərazisinin zəif yerlərini – Litva, Latviya və Estoniya kimi Baltik ölkələrini vura bilərlər”, – belə bir xəbərdarlıqla Rovan Allport çıxış edir. Londonda mənzillənən beyin mərkəzi – İnsan Təhlükəsizliyi Mərkəzi “Alov və Buz – NATO-nun Şimal Cinahı üçün yeni dəniz strategiyası” adlı araşdırma dərc edib.

“Rusiya qüvvələri NATO-nun belə bir hücuma reaksiyasını önləməyə çalışarlar. Şimal ərazisi belə bir kampaniyada Moskva üçün vacibdir”, – ekspert davam edir.

Müəllif sovetlərin 1960-cı illərdə müharibə planlarının da oxşar olduğunu vurğulayır. Ancaq Allport qeyd edir ki, NATO Rusiyanın bu kampaniyasını məğlub etmək gücündədir: “Rusiya NATO-nun tam səfərbər olunmuş dəniz qüvvəsi qarşısında zəifdir”.

1960-cı illərdən 1980-ci illərin sonlarınadək NATO qüvvələrinin Amerikadan Avropaya kütləvi köçürülməsi illik Reforger təlimlərində məşq olunub.

Allport məsləhət görür ki, Kral Donanması Atlantik karvanlarının qorunmasında əsas rol oynasın. Britaniya donanması yeni Kraliça Yelizaveta təyyarədaşıyan gəmilərinin əsas rol alacağı transmilli işçi qrupa rəhbərlik etsin.

Allport həm də xəbərdarlıq edir ki, görüləsi iş çoxdur, NATO Rusiyanın hər bir hədəsini dəf etməyə qüvvələrini toplamalı, planlar qurmalıdır.

(Azadlıq radiosu



Xəbərin oxunma sayı : 127




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap