|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
57 yaşlı kişidən ikinci arvadına qarşı dəhşətli əməl: YATAQ OTAĞINDA...
Tarix 13.12.18, 23:03 |
|
Sabirabad rayonunda qeyri-rəsmi nikahda yaşadığı arvadını öldürməkdə təqsirli bilinən 1961-ci il təvəllüdlü Xanbala Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, 9 mart 2017-ci il tarixdə, saat 07 radələrində Sabirabad rayonu, Kovlar kəndindəki fərdi yaşayış evində Xanbala Cəfərova qeyri-rəsmi nikah münasibətlərində olduğu Şahnisə Muradova spirtli içkilər qəbul etməsini irad tutub.
Boğub öldürdü
Bu zəmində Xanbala Cəfərov arvadı ilə mübahisə edib. Arvadının ona kobud cavab verməsindən qəzəblənən Xanbala Cəfərov qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib.
Xanbala Cəfərov bu niyyətlə Şahnisə Muradovanın boğazından tutaraq sıxıb və qadın həmin zaman boğularaq ölüb.
Xanbala Cəfərova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Onun barəsində Sabirabad rayon Prokurorluğunda toplanan cinayət işi üzrə material baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
“Axşamdan içdiyimdən...”
Məhkəmədə ifadə verən Xanbala Cəfərov özünü Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilməyib. O, özünü Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilib.
Xanbala Cəfərov bildirib ki, martın 8-də onlar qudasıgildən evlərinə qayıtdıqdan sonra arvadı Şahnisə onun spirtli içkilərə pul tapdığı halda dişlərini düzəltdirməyə pul tapmadığından gileylənməyə başlayıb: “Səhər gün saat 06 radələrində yuxudan durdum, otağın soyuq olduğunu gördüyüm üçün qaz peçini yandırdım. Qazı çox açmışdım ki, otaq tez qızsın. Şahnisə də mənimlə bərabər yuxudan oyandı. Mənə səhər yeməyi hazırladı və yataq otaqlarında peç ilə televizorun arasında yerdən süfrə saldı. Axşamdan içdiyimdən möhkəm başı ağrıdığından, yəni “paxmel” olduğumu fikirləşdim”.
“Arvadım sakitləşmədi”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, bu səbəbdən evdə olan yarımçıq araq şüşəsindən 100 qram süzüb və həmin arağı hamısını içib: “Bu zaman Şahnisə də gəldi, döşəyin üstündə yarı uzanmış kimi uzandı. Sonra deyinməyə başladı ki, arağa pul tapırsan, hər şeyə pul tapırsan, hər yerə getməyə pul tapırsan, amma mənim nə dişlərimi düzəltdirirsən, nə də ki Şamaxıda yaşayan qardaşımgilə aparırsan. Bundan sonra Şahnisəyə dedim ki, sənə demişəm axı həyətimizdə əkdiyimiz paxla yetişib, satan kimi sənin dişlərini düzəltdirəcəm. Artıq Şahnisənin sözündən daha da əsəbiləşdim. Arağın hamısını içdim. Sonra arağın butulkasını görən olmasın deyə pəncərədən kanala tərəf tulladım. Lakin, Şahnisənin getdikcə qızışıb, deyinməyə başladığından və ona “bəsdi” deməyimə, “qardaşıgildən təzə gəldiyini, nə var gündə-gündə qardaşıngilə getmək istəyirsən?”, - deməyimə baxmayaraq sakitləşmədi”.
“Şahnisənin ayağı peçə dəydi”
Xanbala Cəfərov qeyd edib ki, bu zaman Şahnisə daha da çox deyinməyə başlayıb: “Şahnisə mənə “cəhənnəmə apar, o paxlanında içinə zibil olsun, heç xeyrini görməyəsən, o nə vaxt çıxacaq ki, sənin də pulun olacaq”, - deyə nalayiq sözlər danışmağa başladı. Onun nalayiq sözlər danışdığını gördüm, daha da əsəbiləşdim. Sağ əlimlə Şahnisənin boğazından tutaraq, var gücümlə sıxdım, ona “kəs səsini, başımı xarab elədin lap”, - deyə söyləndim. Bu zaman Şahnisənin ayağı çabaladığından peçə dəydi. Şahnisə məni özündən aralamaq üçün çiyinlərimdən itələdi. Həmin vaxt mən də Şahnisəni elə yerin içinə uzanıqlı vəziyyətdə atdım. Onun ünvanına söyə-söyə iş yerimdə yemək üçün qoyulmuş salafanın içindəki çörək və soyutma yumurtanı götürdüm, sonra da otaqdan çölə çıxdım. Əsəbimdən heç Şahnisə tərəfə baxmadım, köhnə ayaqqabılarımı geyindim, çöl darvazanın qapısından çıxdım. Sonra qapının açılmaması üçün də içərdən olan cəftəni bir qədər qabağa etdim. Həmin vaxt cəftə qapıya dirəndiyindən qapı örtülü dayandı”.
“Evə gəlməyimi bildirdilər”
Xanbala Cəfərovun ifadəsinə görə, bundan sonra asvalt yola tərəf gedib, kəndarası asvalt yola çıxanda həmkəndliləri Mikayıl Abbasovu və Heydar Baxşıyevin heyvanlarını çölə ötürdüklərindən görüb: “Onlarla salamlaşdım, yol ilə iş yerim tərəfə yollandım. Yolda həmkəndlim Rasim Abbasovun “VAZ-2107” markalı avtomaşınla işə getdiyini gördüm, sonuncuya əl edərək saxlatdım. Onun idarə etdiyi maşına əyləşdim, rayonun Axıska kəndində yolun kənarında tikinti materialların satılan yerdə avtomaşından düşdüm. Təxminən 100 metr getdikdən sonra işlədiyim Ramin Heydarovun sexinə getdim. Məndən təxminən 30-35 dəqiqə sonra birlikdə orada fəhləlik edən kürəkənim Mirfaiq Ağayev gəldi. Mənə sexin üstünə şifer vurmağa köməklik etməyə başladı. Təxminən saat 10 radələrində əmim nəvəsi və qonşumuz olan Rəhim istifadəmdə olan mobil telefona zəng etdilər, arvadım Şahnisənin zəhərləndiyindən evə gəlməyimi və təcili yardım çağırdıqlarını bildirdilər”.
“Otağa “uqar qaz” dolub və arvadım ölüb”
Xanbala Cəfərov qeyd edib ki, işini yarımçıq qoyub, onun arxasınca gələn birinci arvadı Zeynəbin qardaşı Azərin maşını ilə evə yollanıb: “Evə çatdıqda həkimin artıq Şahnisənin öldüyünü bildirdi. Həmin vaxt Şahnisənin boğazından tutaraq boğmağımdan ölməsini heç ağlıma da gətirməmişdim. Çünki orada olan qonşular danışdı ki, peçin turbası aralandığından otağa “uqar qaz” dolub və arvadım ölüb. Həmin vaxt fikirləşdim ki, Şahnisənin ölməsi ola bilsin uqar qazdan olub. Bundan sonra həmin yerə polis və prokurorluq əməkdaşları gəldilər. Şahnisənin öldüyü yerə baxış keçirib, meyiti xəstəxananın morquna apardılar. Sonradan bildim ki, ekspert Şahnisənin ölməsini əl ilə bağazının sıxılması nəticəsində baş verməsi barədə rəy verib. Bundan sonra Şahnisənin boğazından tutub, boğmağımla bağlı qorxumdan heç kimə bir söz demədim”.
Xanbala Cəfərovun ifadəsinə görə, sonradan aparılan araşdırmalar zamanı Şahnisənin onun boğması nəticəsində ölməsi prokurorluqda müəyyən olunub, o, prokurorluq əməkdaşları tərəfindən həbs olunub.
“Ceyhun düşünüb ki, Şahnisə Xanbalanı öyrədib”
Cinayət işi üzrə şahid qismində ifadə verən Solmaz Muradova bildirib ki, mərhum baldızı Şahnisə ilə onun münasibətləri yaxşı olub: “Şahnisənin əri Xanbala ilə də münasibətlərim yaxşı olub. Təxminən 2015-ci ildə Şahnisənin əvvəl Xanbalanın boşanıb evə qayıtmış qızı, sonra isə onunla birgə yaşayan oğlu Ceyhun və gəlini Südabə ilə münasibətləri pisləşib. Buna səbəb evdən Südabənin qızılının itməsi olub. Sonradan qızılları Xanbalanın qızı götürüb gizlətdiyi məlum olub. Buna kimi Südabə Şahnisədən şübhələnib. Bundan sonra Ceyhun inəklərini satmaq istəyib. Lakin Xanbala buna razılıq verməyib. Ceyhun da düşünüb ki, Şahnisə Xanbalanı öyrədib”.
“Buna inanmadıq”
Solmaz Muradovanın sözlərinə görə, martın 9-da onlara Şahnisənin ölüm xəbəri gəlib: “Əri Məmməd Muradov və ərinin digər qohumları ilə Şamaxı rayonundan Sabirabad rayonunun Kovlar kəndinə gəldik. Oraya çatdıqda artıq Şahnisənin meyitinin yuyulması üçün həyətdə yer hazırlandığını gördük. Şahnisənin dəm qazından zəhərlənmədən ölməsi bildirilsələr də, buna inanmadıq. Şahnisənin meyiti morqa aparılarkən bacım Telistan və Bağırlı kəndində yaşayan əmim qızı Gülüstanla birlikdə Şahnisənin meyitindəki paltarları soyundurduq. Bu zaman Telistan morqdan çıxıb meyitin boynunda cızıqlar olduğunu dedik. Morqda müayinə işləri qurtarandan sonra meyit bizə verildi. Meyiti kəndimizə apararaq yuduqda onun boynundakı sıyrıqları, topuğunda göyərti gördük, boyun sümüyünün sındığını hiss etdik. Hətta meyitin boğazından gələn qanı çətinliklə pampıq tıxayıb dayandırdıq. Bu hal Şahnisənin öldürülməsinə şübhələrini artırdı. 5 aydan sonra onlara məlum oldu ki, Şahnisənin əri Xanbala boğub öldürdüyünü etiraf edib”.
13 il cəza və məhkumun xahişi
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xanbala Cəfərov 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Xanbala Cəfərov apelyasiya şikayəti verib.
Xanbala Cəfərov əməlində cinayət tərkibi olmadığını, ittiham olunduğu maddə üzrə ona bəraət verilməsini xahiş edib.
Xanbala Cəfərovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Bu yaxınlarda açıqlanan qərara görə, Xanbala Cəfərovun apelyasiya şikayəti təmin olunmayıb.
Xəbərin oxunma sayı : 586
Kriminal
Xəbərlər
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
TOP 10
ARXİV