Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

22 yaşlı dünya gözəli: “Türk kişiləri çox cəsarətlidirlər...“

Tarix 14.12.18, 17:00

Font ölçüsü : - / +
bitmap-img6


Dünyanın ən gözəl modeli seçilən Iman Casablanca "Kanal D"də yayımlan "2. Sayfa" ("2-ci səhifə") verilişinin qonağı olub. 

BAKU.WS-in Türkiyə mətbuatına istinadən məlumatına görə, 2 ildir Türkiyədə yaşayan gözəl verilişdə maraqlı açıqlamalar verib.

I. Casablanca bunları deyib:

"Mən burada aktrisalıq etmək istəyirəm. İki ildir türk dilini öyrənirəm. Ailəmdən heç kəs türk əsilli deyil, amma mən türk dilini sevirəm. Dörd dil bilirəm: ərəb, fransız, türk və fars. 

Bir ərəb qadını olaraq, ən sevdiyim serial "Qadın"dır. Elə bir serialda rol almaq istərdim. Mənim üçün tərəf müqavili deyil, hansı ismarış verməyim önəmlidir. Qadınlara "Sadəcə gözəl yox, həm də ağıllı və azad olmaq" mesajını vermək istəyirəm. 


Mənim də özümdə bəyənmədiyim cəhətlərim var. Türk filmlərini izləyirəm. Məsələn, Türkay Şoray çox gözəldir. Boyum 1.75 sm., yaşım 22, kilom da 50-dir. Mühəndislik ixtisası üzrə təhsil almışam, amma o sahədə işləməmişəm. 

2 il əvvəl buraya gələndə Erkan Özarmanla tanış oldum. Mən ona aktrisa olmaq istədiyimi dedim. O da mənə "Əvvəl türk dilini öyrənməyin lazımdır. Sonra "Best Model" olmalısan, ondan sonra isə onsuz da təkliflər gələcək" dedi. 

Mənə DM-də çox ismarış yazırlar. Onlara çox gülürəm... Tanımaya-tanımaya mənə "Salam, tanış olaq deyil, birbaşa yemək yeməyə gedək" yazırlar. Çox cəsarətlidirlər..."





Xəbərin oxunma sayı : 232




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap