Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bəzi yaşayış evləri vulkanlara yaxınlaşır –Alimlər narahatdır

Tarix 14.12.18, 22:20

Font ölçüsü : - / +
bitmap-img6


Keyrəki, Quşçu, Hökməli, Bozdağ, Qobu və s. vulkanların yaxınlığında yaşayış məntəqələrinin olması xüsusilə təhlükəlidir.

Trend-in məlumatına görə, bunu AMEA Coğrafiya İnstitutunun dosenti Elxan Məmmədbəyov deyib.

E.Məmmədbəyovun sözlərinə görə, palçıq vulkanizminin inkişaf etdiyi ərazi geosistemlərinin struktur morfogenetik xüsusiyyətləri və onların ətraf ərazi landşaftlarına təsiri araşdırılıb. Tədqiqatın əsas məqsədi Böyük Qafqazın cənub-şərq hissəsində palçıq vulkanlarının yayıldığı müxtəlif təbii ərazi komplekslərində aerokosmik metod və müasir kompüter proqramlarının köməyi ilə onların morfogenetik, hipsometrik, geokimyəvi və s. elementləri ilə ətraf geosistemləri arasındakı qarşılıqlı əlaqənin daha mükəmməl üsullarla aşkar edilməsi və irimiqyaslı (1:25000 və 1:100.000) xəritələrin tərtibidir.

Bu məqsədlə ərazinin müxtəlif landşaft tiplərində intensiv fəaliyyətdə olan palçıq vulkanlarının (Daşgil, Şahqaya, Çapılmış, Çeyildağ, Torağay, Axtarma, Paşalı, Dəmirçi və s.) morfometrik parametrləri öyrənilib və ətraf ərazilərin landşaftlarına təsiri müəyyən olunub:

“Palçıq vulkanlarının insanların həyat və təsərrüfat fəaliyyətinə, eləcə də infrastruktura təsiri araşdırılıb. Keyrəki, Quşçu, Hökməli, Bozdağ, Qobu və s. vulkanların yaxınlığında yaşayış məntəqələrinin olması xüsusilə təhlükəlidir. Bu barədə müvafiq qurumlara mütəxəssislər tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, yaşayış evləri vulkanlara yaxınlaşmaqda davam edir”.



Xəbərin oxunma sayı : 172




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap