Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Deputatdan növbədənkənar parlament seçkisi xəbərinə şərh: “Bəlkə 6-7 aydan sonra belə bir sifariş yaranacaq?“

Tarix 07.01.19, 13:04

Font ölçüsü : - / +
bitmap-img6


"Növbədənkənar parlament seçkisinin olması cəmiyyətin sifarişindən asılıdır, bəlkə 6-7 aydan sonra belə bir sifariş yaranacaq, bunu proqnozlaşdırmaq imkanına sahib deyilik”.

AzFakt.com bildirir ki, bu sözləri Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa musavat.com-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu kimi xəbərlərə rəsmi məqamların aydınlıq gətirməsi daha doğru olardı: "Hakim partiya rəsmisinin açıqlamasına görə, seçkilər öz vaxtında keçiriləcək və növbədənkənar variantlar barədə düşünülmür. Bu açıqlama, məncə, spekulyasiyalara yetərincə aydınlıq gətirdi”.

F.Mustafanın sözlərinə görə, növbədənkənar prezident seçkiləri ilə müqayisə uğurlu sayılmaz: "Çünki prezident seçkiləri Konstitusiyada referendum yolu ilə dəyişiklərin tələbinə uyğun olaraq irəli tarixə çəkildi. Burada prezidentin səlahiyyət müddətinin uzadılması, birinci-vitse-prezident, vitse-prezidentlər institutunun təsisi, prezidentə əlavə səlahiyyətlərin verilməsi ilə müşayiət olunan məqamlar vardı. Parlamentlə bağlı Konstitusiyada fundamental heç bir dəyişiklik olmadığına görə növbədənkənar seçki üçün zərurət sayılan arqumentləri tapmaq da xeyli çətindir”.



Xəbərin oxunma sayı : 193




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap