Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bakıda valyutadəyişmə məntəqəsinin işçisinə hücum edilib - 82 min manat aparılıb - VİDEO

Tarix 09.01.19, 23:10

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda valyutadəyişmə məntəqəsinin işçisinə hücum edilib.

Xezerxeber.az-ın məlumatına görə, naməlum şəxslər quldurluq yolu ilə ondan külli miqdarda pul alıblar. Hadisə ötən gün axşam saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində- metronun ``Neftçilər`` stansiyası yaxınlığında baş verib.

Zərərçəkmiş 40 yaşlı Anar Mirzəyev ``102`` xidmətinə məlumat verib ki, işlədiyi valyutadəyişmə məntəqəsindən çıxıb evə gedərkən yolda ona hücum edilib.

Zərərçəkmiş torbada 81 min 750 manat pul olduğunu deyib.

Anar Mirzəyev quldurluq edən həmin şəxslərin üzlərini görmədiyini bildirib. Ehtimal var ki, cinayətkarlar valyutadəyişmə məntəqəsinin işçisini izləyərək onun iş qrafiki və hərəkət marşrutunu qabaqcadan müəyyən ediblər. Hazırda Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin əməkdaşları şübhəlilərin şəxsiyyətinin müəyyən edilməsi və saxlanılması istiqamətində əməliyyat keçirirlər.

Faktla bağlı cinayət işi başlanıb.







Xəbərin oxunma sayı : 181




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap