Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Gündüz deputatlar, gecə fahişələr… – “Hamı farsların İrəvana niyə gəldiyini yaxşı bilir…”

Tarix 10.01.19, 22:23

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanda fahişəliyin leqallaşdırılması təklif olunur

İnqilabdan sonra Ermənistanda bəzi şeylər dəyişsə də, bu millətin elə “adət-ənənələri” var ki, onlara heç bir siyasi hadisə, hətta təbii fəlakət belə təsir edə bilməz. Misal üçün məlum “qədim peşə” sahiblərinin əhalinin ümumi sayındakı xüsusi çəkisi kifayət qədər yüksək olan Ermənistanda son zamanlar artıq fahişəliyin leqallaşdırılması təklifi xeyli aktuallaşıb.

“AzPolitika.info”nun məlumatına görə, mövzu ilə bağlı Rusiya mətbuatında dərc edilən bir yazıda Paşinyanın hakimiyyətə gəlişindən sonra bu sahədəki vəziyyət təhlil olunub. İrəvanda səfərdə olan “Lenta.ru” saytının əməkdaşları şəhərin gecə həyatı və ölkədə fahişəliyin səviyyəsilə bağlı maraqlı nəticələr əldə ediblər.

Parlament, yoxsa…

Ermənistanda fahişəlik qanunla qadağan olunub. Ancaq bir çox postsovet ölkələrində olduğu kimi, bu əmələ görə sadəcə inzibati qaydada cərimə tətbiq oluna bilər. Birinci dəfə “yaxalananlar” 50 dollar, təkrar “ələ keçənlər” isə iki dəfə artıq cərimələnirlər. Bundan yüksək cəza qanunla nəzərdə tutulmayıb. Ancaq bu ölkədə məlum əmələ görə kiminsə cərimələnməsinə çox nadir halda rast gəlmək olar. Yəni ki, bu qanun formal xarakter daşıyır.

img1617892

Söhbət qanundan düşmüşkən, Ermənistanda məlum peşə sahiblərinin ən çox yığışdıqları yer, ölkə parlamentinin də yerləşdiyi məşhur Baqramyan prospektidir. Hər gün hava qaralandan sonra düz qanunverici orqanın binasının qarşısında yerləşən məkanda əsl “can bazarı” fəaliyyətə başlayır. Gündüz deputatların, gecə isə fahişələrin iş yeri olan bu prospektlə bağlı erməni folklorunda müxtəlif bənzətmələr və lətifələr var.

Paytaxt polisi isə hər kəsin gözü qarşısında baş verən və hər gün təkrarlanan bu “alış-verişi” görməzdən gəlir. Və Ermənistanda neçə hakimiyyət dəyişsə də, Baqramyan prospektində deputatlarla fahişələrin növbəlilik prinsipi əsasında qurulan iş qrafiki dəyişmir. Ancaq məlum peşə sahiblərini İrəvanda digər küçə və prospektlərdə, massaj salonları, yaxud sauna adı altında fəaliyyət göstərən məkanlarda da asanlıqla tapmaq olar. Və bu vəziyyət ölkədə hər kəsi qane edir – hökuməti də, polisi də, fahişələri də, elə xalqı da…

“Hamı farsların İrəvana niyə gəldiyini yaxşı bilir…”

“Vəziyyətlə yerində tanış olan” rusiyalı jurnalistlər Baqramyan prospektində “işləyən” Alina adlı erməni qızı ilə söhbətləşiblər: “Mənim üçün bu sadəcə işdir. Elə olub ki, polis idarəsinə aparıblar. Ancaq bizi orada bir saat saxlayıb, buraxıblar”. Erməni qızı jurnalistlərə deyib ki, “xidmət haqqı” 50 dollardır. Ən yaxşı müştərilər isə avropalı turistlərdir. Çünki onlar mədəni, sakit və səxavətlidirlər. Lakin qız gileylənib ki, belələri son zamanlar İrəvana çox az-az gəlirlər.

Əvəzində iranlı qonaqlar heç də az deyil. Onlar haqda danışan Alina ermənilərin müsəlman dostlarının xəsis olduqlarını deyib. Bununla yanaşı, qızın dediyinə görə, Ermənistanda hər kəs farsların İrəvana niyə belə həvəslə gəldiyini yaxşı bilir – erməni qızları üçün: “İranlılar xəsisdirlər, hər qəpiyi sayırlar. Həm də çox zaman natəmizdirlər. Buraya müsəlman bayramlarını bəhanə edib gəlirlər. Ancaq bir üstünlükləri var ki, onlar turistdirlər, gəlirlər və gedirlər, problem yaratmırlar…”

Rusiyalı jurnalistlər müşahidələrinin nəticəsi olaraq, belə qənaətə gəliblər ki, Ermənistanda fahişəliyin leqallaşdırılması daha doğru olardı. Məsələn, Avstraliya və Hollandiya kimi ölkələrdə bu peşə sahiblərinə hətta yaşlananda pensiya verilirsə, məlum sahədə onlardan qətiyyən geri qalmayan Ermənistanda niyə bu məsələ yoluna qoyulmasın?

15326504_1308364895894448_941549739300334505_n-440x293

Elə Ermənistan Vəkillər Kollegiyasının məşhur üzvlərindən olan Zorayr Arutunyan da rusiyalı jurnalistlərə müsahibəsində leqallaşmanın tərəfdarı olduğunu deyib: “Heç vaxt, heç bir şərt daxilində mümkün deyil ki, Ermənistanda fahişəlik olmasın. Bunu Ermənistanda istənilən tanış hüquqşünas sizə deyə bilər. Fikrimcə, məsələnin ən yaxşı həlli yolu bu peşənin leqallaşdırılmasıdır”.

Erməni vəkil hətta bildirib ki, leqallaşdırma olarsa, ölkəyə turist axını da çoxalar və bundan büdcəyə əlavə vəsait daxil olar.

Məqalənin sonunda Ermənistandakı son siyasi prosesləri xatırladan müəllif Paşinyan hökumətinin hələlik bu sahəyə xüsusi fikir vermədiyini qeyd edir və bildirir ki, hakimiyyətin qarşısında duran problemlər sırasında qədim peşə sahiblərinin məsələsi heç sonuncu yerdə də deyil.






Xəbərin oxunma sayı : 880




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap