Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Tramp Meksika ilə sərhədə getdi –ABŞ hökuməti artıq 20 gündür bağlıdır, etirazlar genişlənir

Tarix 11.01.19, 10:57

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp Meksikayla sərhədə baş çəkib, fövqəladə vəziyyət elan etməyə hazır olduğunu deyib.

Tramp Texas ştatının Mkallen  şəhərinə səfər etdiyi gün hökumətin qismən bağlanmasının artıq 20-ci günü başlanıb. Hazırda 800 minədək federal işçi ya pulsuz işləyir, ya da məzuniyyətə buraxılıb.

Prezident sərhədin hasarlanmasını milli təhlükəsizlik məsələsi sayır, buna 6 milyard dollar tələb edir. Demokratlar isə imtina edir, Trampı immiqrasiya məsələsini şişirtməkdə suçlayır.
Tramp səfəri zamanı deyib ki, narkotik maddələr və cinayətkarlıq böhranı yaranıb.

“Ya qalib gəlməliyik, kompromisə getməliyik – çünki düşünürəm ki, kompromis hamı üçün uduşdur, ya da fövqəladə vəziyyət elan edəcəyəm”, – Tramp vurğulayıb.

Bu arada yayılan məlumatlara görə, Tramp Ağ evin vəkilləri ilə hasarın tikilməsinə görə birtərəfli addım atmaqdan ötrü prezident səlahiyyətindən istifadənin leqallığını götür-qoy edir.

Ancaq bu addım ziddiyyət yaradar, çünki Konstitusiyaya görə, xərcləmələrlə bağlı qərarlara Konqres nəzarət edir. Nümayəndələr Palatasının demokrat spikeri Nensi Pelosi isə Trampı siyasi oyunlar aparmaqda suçlayıb.

Hökumətin qismən bağlanmasının 20-ci günü – yanvarın 10-da yüzlərlə federal işçi Ağ evin qabağında etiraz aksiyasına yığışıb. Etirazçılar Ağ evin qarşısında yürüş edib “Şatdauna son qoyun!” qışqırıb, “Tramp: Şatdauna son qoy”, “Tətil yox, işləmək istəyirik” yazılmış plakatlar qaldırıblar.

Tramp seçki kampaniyası zamanı Meksikayla sərhədin hasarlanması vədini verirdi. O deyib ki, hasara maliyyə nəzərdə tutulmayan heç bir sənədi imzalamayacaq. Müdafiə departamenti kimi bəzi qurumlar işini davam etdirir. Ancaq Ədliyyə, Dövlət, Xəzinədarlıq, Daxili Təhlükəsizlik departamentləri ciddi təsirə məruz qalıb. (azadliq.org)





Xəbərin oxunma sayı : 124




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap