Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Pompeo Misirdə Tehranı hədələdi:“İranın ayağını Suriyadan kəsəcəyik“

Tarix 11.01.19, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ dövlət katibi Mayk Pompeo Misirə səfəri əsnasında deyib ki, Birləşmiş Ştatlar İran qüvvələrinin son nəfərədək Suriyadan çıxarılmasını istəyir. Bundan əvvəl prezident Trump bəyan etmişdi ki, ABŞ qoşunları Suriyadan tamamilə çıxarılacaq.

Pompeo Misir paytaxtında etdiyi çıxışda deyib ki, regionun xeyri naminə köhnə düşmənçiliklərə son qoyulmasının vaxtı çatıb. O qeyd edib ki, Birləşmiş Ştatlar İranın “ayağının Suriyadan kəsilməsi üçün diplomatiyadan və partnyorlarla əməkdaşlıqdan istifadə edəcək”.

Pompeo Misirə özünün Yaxın Şərqin 9 ölkəsinə səfər turu çərçivəsində gəlib. O bu səfər zamanı ABŞ-ın partnyorlarını əmin etməli idi ki, Vaşinqton qoşunların Suriyanı tərk etməsinə baxmayaraq Yaxın Şərqi tək qoymayacaq.

İran Rusiya ilə birlikdə Suriya prezidenti Bəşər Əsəd rejiminə dəstək verir. Onların köməyi Suriyada 2011-ci ildən başlanan münaqişədə qüvvələr balansını Əsədin xeyrinə dəyişib.

Pompeo Qahirədəki Amerika Universitetində etdiyi “Xeyir qüvvəsi: Amerika Yaxın Şərqdə güclənir” adlı çıxışında deyib ki, ABŞ Yaxın Şərqdə “xeyir qüvvəsidir” və qoşunlarını Suriyadan çıxarmasına baxmayaraq İslam Dövləti ekstremist qrupunun yaratdığı təhlükənin tamamilə darmadağımn edilməsi öhdəliyinə sadiq qalır.

Pompeo deyib ki, Amerika çıxıb gedəndə xaos gəlir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Pompenun bu bəyanatına Twitter-də yazdığı postda istehza edib: “ABŞ harda, nə vaxt müdaxilə edirsə, ora onun ardınca xaos, zülm və nifrət gəlir”.

Pompeo çıxışı zamanı adını çəkməsə də keçmiş ABŞ prezidenti Barak Obamanı tənqid edib. O Donald Trampın xələfini Yaxın Şərqdə xaos toxumu səpməkdə ittiham edib və deyib ki, “o radikal İslamın inadkarlığını və kin-küdurətini lazımınca qiymətləndirə bilməyib”.

Bundan əvvəl Misirin xarici işlər naziri Sameh Şoukr ilə birgə keçirdiyi mətbuat konfransında Pompeo bildirmişdi ki, geniş tənqid olunmasına baxmayaraq ABŞ qoşunlarının Suriyadan çıxarılmasına dair Trampın ötən ay verdiyi qərar yerinə yetiriləcək: “Prezident Trump qoşunların çıxarılması barədə qərarı qəbul edib. Biz bunu edəcəyik”.

ABŞ qoşunlarının Suriyadan çıxarılacağını təsdiqləməsinə baxmayaraq, dövlət katibi deyib ki, Vaşinqton İD qrupuna qarşı döyüşü başa çatdıracaq və Yaxın Şərqdə əzmli partnyor olaraq qalacaq.

(Azadlıq radiosu)



Xəbərin oxunma sayı : 187




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap