Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Mirşahin QHT rəhbərinin oğlunu tutdurdu –Sosial şəbəkədə yazdıqlarına görə

Tarix 12.01.19, 14:00

Font ölçüsü : - / +
bitmap-img6


QHT rəhbərinin oğlu sosial şəbəkədə jurnalist Mirşahin Ağayev haqqında yazdığı fikirlərinə görə polis tərəfindən saxlanılıb.

AzFakt.com xəbər verir ki, bu barədə Unikal.org-a Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin sədri Məlahət Abbasova məlumat verib.

O bildirib ki, oğlunu Sabunçu Rayon 12-ci Polis Bölməsinin əməkdaşları dünən gecə yaşadığı evdən bölməyə aparıblar: “Gecə polislər Sabunçu qəsəbəsi, Dilqəm Kişvəri küçəsi, döngə 4, ev 2 A ünvanında olan mənzilimizə gələrək, oğlum 1994-cü il təvəllüdlü Abbasov Məhəmmədəli Şəmsəddin oğlunu bölməyə apardılar. Gecədən bu saatlara kimi oğlumu polisdə saxlayıblar. Cinayət işi açıb-açmadıqları barədə bölmədən bizə məlumat verməyiblər. Səbəb onu göstərirlər ki, oğlum sosial şəbəkədə olan qruplardan birində jurnalist Mirşahin Ağayev haqqında xoşagəlməz söz yazıb. Mənim oğlum tərbiyəli gəncdir, kimisə təhqir edəcəyini düşünmürəm. Mən də oğlumdan soruşdum, dedi ki, “ana, dəqiq xatırlamıram. Ola bilər Mirşahin haqqında paylaşımın rəy bölümünə gülüş işarəsi qoymuşdum, onu nəzərdə tuturlar. Ya da kimsə paylaşıma Mirşahin haqqında təhqir yazmışdı, mən də altına rəy yazmışdım ki, ona bu da azdır. Yəqin onu nəzərdə tuturlar”.

Mən onu qeyd edim ki, oğlum təhqir yazmayıb, burada cinayət tərkibi yoxdur”.

QHT rəhbəri sonda aidiyyatı orqanlardan oğlumun azad olunmasını xahiş edib.



Xəbərin oxunma sayı : 211




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap