Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycan İsraildən “SkyStriker” kamikadze dronları alıb

Tarix 12.01.19, 20:39

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Silahlı Qüvvələri öz cəbbəxanasını İsrailin “Elbit Systems” şirkətinin istehsal etdiyi “SkyStriker” idarə olunan uçuş aparatları ilə zənginləşdiriblər. Virtualaz.org xəbər verir ki, məlumatı “bmpd” inernet-portalı yayıb

Yanvarın 10-da bu silahlar Azərbaycan Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində Prezident İlham Əliyevə nümayiş etdirilib.



“Kamikadze dron” o qədər də böyük olmayan pilotsuz uçuş aparatıdır. O, itələmə qüvvəsi verən propeller və elektrik mühərriki ilə təchiz edilib. Çəkisi 35 kiloqram, müxtəlif məqsədli döyüş hissələri isə 5 kiloqramdan 10 kiloqrama qədərdir.

“SkyStriker” iki saata qədər havada qala bilir. Dronu idarə edən şəxs onu hədəfə doğru yönəldə, praktiki olaraq təmas nöqtəsinə çatdıra bilər və eyni zamanda, hücumu ləğv etmək imkanına da malikdir. Uçuş vaxtı diqqətə layiq hədəf müəyyən edilməyibsə, PUA geri qayıda və paraşütün köməyi ilə yerə enə bilər.

Qeyd etmək lazımdır ki, Azərbaycan ordusunun ixtiyarında artıq İsrailin “Israel Aerospace Industries” (IAI) şirkətinin istehsalı olan “Harop” və “Aeronautics Defense Systems” (ADS) şirkətinin istehsalı olan “Orbiter 1K” (“Zərbə-K”) birdəfəlik kiçik zərbə PUA-ları var. 2016-cı ilin aprelində dördgünlük müharibənin gedişində həmin PUA-lardan erməni mövqelərinə zərbələrin endirilməsində istifadə edilib.

Mənbə bildirir ki, IAI “Harop”dan fərqli olaraq, “SkyStriker” və ADS “Orbiter 1K”, demək olar ki, səssizdirlər, belə ki, elektrik mühərrikləri ilə hərəkətə gətirilirlər.



Xəbərin oxunma sayı : 172




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap