Evlilik üçün oğlundan icazə aldı Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar 52 yaşı olduğuna inanmaq çətindir - Fotolar Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO
Axtar
 
  • / Maqazin / — 08 Yanvar 2019

    Evlilik üçün oğlundan icazə aldı

  • / Maqazin / — 05 Yanvar 2019

    Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar

  • / Maqazin / — 05 Yanvar 2019

    52 yaşı olduğuna inanmaq çətindir - Fotolar

  • / Maqazin / — 04 Yanvar 2019

    Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO

  • / Maqazin / — 03 Yanvar 2019

    Mənzurə Musayeva ailə quracaq: Üçüncü dəfə... - Video

  • / Maqazin / — 03 Yanvar 2019

    Pərvin gecə klubunda ətəyini qaldırıb belə rəqs etdi - VİDEO


Füzuli Ələkbərovun “qara kassa“sı Heybət İmanov ƏSMM-də “at oynadır“ - Narazılıq

Londona milyonlar yatıran ANARLARIN başı dərddə – Xüsusi komissiya yaradıldı

FETO-çu generalın Bakıdakı əlaqələri araşdırılır - Azərbaycan prokurorluğu Akın Öztürkü istintaqa cəlb etdi

“Sovetski”dəki söküntünün milyonçuya çevirdiyi məmurların adları bilindi – ləqəbi “çəpiş”

“Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır...“ - Prezident İlham Əliyevdən xalqa mühüm mesajlar

Saatda 81 km sürətlə “GƏLƏCƏYƏ GEDƏN” qatarımız – “Dünyada belə sürətlə öyünən ölkə varmı?”

Prezident əmək pensiyaları ilə bağlı dəyişikliyi təsdiqlədi - Yanvarın 1-dən belə hesablanacaq...

Dövlət tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyindən çıxarıldı - Oqtay Şirəliyev “portfel nazirə” çevrilir

İcra başçısının müavini 6.5 milyon manatlıq cinayət işində - İfadə verdi

Tramp Qafqazda hücuma keçəcək, əsas diqqət Ermənistana yönəlib... - Mərkəzi Kəşfiyyatın “Kölgəsi“ sensasion analiz yaydı

Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma

Eldar Mahmudovun istintaqa ifadəsi yayıldı – 30 milyonu ölkədən kimlər, necə çıxarıblar?

AZAL şefinin təyyarəsi “Abel zolağına“ enir? – Adı dəyişdirilən bank müəmması

Abel Məhərrəmovun milyonluq mülkləri və bahalı avtomobilləri...– Akademik də villabaz imiş!

Yağış, çiçək, əkin, biçin, məhsul... - Deputat təqvim aylarına bu adlarla dəyişdirilməsini istəyir

Tarix 12.01.19, 21:47

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Vəhdət Partiyasının sədri, Tahir Kərimli təqvim aylarına milli adların verilməsini təklif edib

AzFakt.com xəbər verir ki, bu barədə Modern.az-a Tahir Kərimlinin özü məlumat verib.

Deputat bildirib ki, zaman-zaman böyük dövlətlərdən asılılıq, digər hakim dillərin həyatımıza daxil olması səbəbindən dilimizin əsaslarının zəiflədilməsi prosesi gedib: “Hesab edirəm ki, ana dilimizin ictimai, məişət və ədəbi həyatımızda daha üstün yer tutmasını təmin etməliyik. Övladlarımıza mümkün qədər daha çox milli adlar qoyulmalı, milli soyad sonluqları seçilməlidir.  Yaradılmış hüquqi şəxslərə – müəssisə və məkanlara milli adlar verilməlidir.  Bunun qanunvericilikdə nəzərdə tutulması da mümkündür”.

Deputat bir sıra dövlətlərin təqvim adlarını dəyişmək cəhdlərinin uğursuz olmasının, həmçinin, qarşılaşa biləcəyimiz digər çətinlikləri nəzərə alaraq, Qriqorian təqvimini saxlamaqla, paralel olaraq, təqvim aylarına aşağıdakı milli adları təklif edib:

“1. İlk ay (yanvar)

2. Soyuq (çillə ay) ay (fevral)

3. Boz ay (mart)

4. Yağış ayı (aprel)

5. Çiçək ayı (may)

6. Əkin ayı (iyun)

7. İsti ay (iyul)

8. Biçin ayı (avqust)

9. Məhsul ayı (sentyabr)

10. Qızıl ay (oktyabr)

11. Xəzəl ayı (noyabr)

12. Son ay (dekabr)

“Sadə və anlaşılan bu sözlər 100 illərlə xalq dilində işlənib. Və mənasını hamı anlayır. Ukraynalılar “Serpen”,  “Jovtnya”, “Listopada” ay adları işlətməklə özlərinə böyük hörmət aşılatdıra biliblər. Biz də ən azı məişət və ədəbiyyatda bu adlardan istifadə edə bilərik”.

Deputat əlavə edib ki, bizdən asılı olacaq qədər dilimizdəki əcnəbi sözləri çevirib işlədə bilərik: “Məsələn, “nəzərinizə çatdırırıq” sözü əvəzinə “baxışınıza veririk”, “təklif edirəm” sözü əvəzinə “irəli sürürəm”. “Feil” sözü əvəzinə “hərəkət”, “və” bağlayıcısı əvəzinə “ilə” və s. yüzlərlə belə sözləri öz dilimizdə anlaşılan şəkildə işlədə bilərik”.

Tahir Kərimli həmçinin qeyd edib ki, milli identifikasiyamızı təsdiq etmək üçün geyim, mətbəx və mədəni həyatımızda özünəməxsusluğu qoruyan atributlarımıza vətəndaşlıq hüququ qazandırmalıyıq.

Deputat insanları bu təşəbbüsə qoşulmağa və dəstəkləməyə çağırırıb.



Xəbərin oxunma sayı : 265

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda