Afaq Aslan bu dəfə elə poza verdi ki... - Fotolar Səmra fotosessiya etdirdi, gündəm oldu - Fotolar Nigarın sinə dekoltesi... – Fotolar Minlərlə izləyicisi... - Röya elə fotolarını paylaşdı ki
Axtar
 
  • / Maqazin / — 08 İyun 2019

    Afaq Aslan bu dəfə elə poza verdi ki... - Fotolar

  • / Maqazin / — 06 İyun 2019

    Səmra fotosessiya etdirdi, gündəm oldu - Fotolar

  • / Maqazin / — 03 İyun 2019

    Nigarın sinə dekoltesi... – Fotolar

  • / Maqazin / — 31 May 2019

    Minlərlə izləyicisi... - Röya elə fotolarını paylaşdı ki

  • / Maqazin / — 30 May 2019

    “Hamının gözünə batıram” - Pərvin Abıyeva

  • / Maqazin / — 24 May 2019

    Futbolçunun arvadı dərin dekolteli paltarda - Foto

Trest rəisi ailə restoranı ilə müqavilə bağladı - Ayda dövlətin 44 000 manatını qızının hesabına yatıracaq

Tarix 12.01.19, 23:45

Font ölçüsü : - / +
bitmap-img6


SOCAR-ın Komleks Qazma İşləri Trestinin müdiri İsgəndər Şirəlinin ailə biznesi haqda bir neçə gün əvvəl ölkə mediasında ətraflı məlumat verilib. 

AzFakt.com xəbər verir ki, AFN-in də dərc etdiyi materialda bildirilir ki, İ.Şirəli trestin büdcəsi hesabına qızlarına dəbdəbəli qalereya açıb, restoran biznesindən gəlir əldə etməsi üçün şərait yaradıb. Məlumatda qeyd edilirdi ki, trest rəisinin qızı Leyla Şirəli “Ağ şəhər Rəsm Qalereyası”nın sahibidir. Qiyməti 100 minlərlə ölçülən obyekt ailəyə məxsusdur: “Şirəli ailəsinə məxsus daha bir bahalı obyekt isə “Zabitlər bağı”nda yerləşən “Lunch Chef” restoranıdır. Bu obyekt İsgəndər Şirəlinin digər qızı Nilufər Qarayevaya məxsusdur. “İsgəndər Şirəlinin rəhbərlik etdiyi trestin bütün əməkdaşlarının yeməklə təminatını da bu restoran həyata keçirir. Bununla bağlı müqavilə də əlimizdədir və növbəti yazılarımızda onu da oxucuların diqqətinə çatdıracağıq. Trestdə fəhlələrin əmək haqlarının verilməsində gecikmələr müşahidə olunsa da restoranın ödənişlərində problem yoxdur. “Kompleks Qazma İşləri Tresti”nin 400 işçisi adambaşına gündəlik 5 manatlıq yeməklə təmin olunur. Beləliklə, İsgəndər Şirəli qızının restoranına idarə büdcəsindən hər gün 2000 manat (5 günlük iş həftəsinə görə ayda 44 min manat) vəsait ödəyir” – deyə yazıda bildirilirdi.

Sözügedən müqaviləni təqdim edirik:






Xəbərin oxunma sayı : 2101

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda