|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
SSRİ rəhbərini “qatil” adlandıran ilk din xadimi - Allahşükür Paşazadə 20 yanvar günü Mixail Qorbaçova nə yazmışdı? (TARİX)
Tarix 18.01.19, 19:59 |
|
"Bütün Azərbaycan xalqının iradəsini ifadə edərək, mən Bakıdan qoşun hissələrinin dərhal çıxarılmasını qətiyyətlə tələb edirəm”.
1990-cı il yanvarın 21-də gecə gülləbaran edilmiş, xaosa bürünmüş Bakıdan Sovet İttifaqının rəhbəri Mixail Qorbaçovu ittiham edən sərt bəyanat səsləndi.
Qanlı hərbi müdaxilədən sonra siyasi idarəetməni itirmiş, sovet hərbi cəza dəstələrinin qanlı caynağında olan Azərbaycanda SSRİ rəhbərini cinayətdə günahlandıran respublikanın kommunist rəhbərliyi yox, din xadimi - Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə idi!
Lenin meydanına toplanmış milyonlarla azərbaycanlı al qərənfillərə bürünmüş şəhid cənazələrini çiyniləri üzərinə qaldırarkən QMRİ rəhbəri bu izdihamın bütün siyasi və ictimai məsuliyyətini daşıyan vacib fiquruna çevrilmişdi.
A.Paşazadə öz müraciətində Mixail Qorbaçovu Bakıda baş vermiş qanlı qırğının əsas təşkilatçısı elan edərək onu qatil adlandırdı: "Yanvarın 19-dan 20-ə keçən gecə və sonrakı günlər Bakıda törədilən vəhşiliklər heç bir ölçüyə sığmır. Şəhərin küçələri yüzlərlə günahsız qurbanların qanına boyanıb. Bunların arasında uşaqlar, qadınlar və qocalar var. Onların tankların tırtılları altında qalmış, pulemyot və avtomatlarla tikə-parça edilmiş cəsədləri insanı dəhşətə gətirir. Bir dövlət başçısı kimi sizin imzanızla törənən bu qanlı qırğına, bu dəhşətli cinayətə heç bir bəraət ola bilməz”.
Şeyxülislam öz bəyanatında qoşunların yeridilməsi üçün uydurulmuş bütün səbəbləri Azərbaycan xalqının nifrət və qətiyyətlə rədd etdiyini bildirirdi: "Çox yaxşı bilirsiniz və bunu mənim sizə vaxtilə dediklərimdə sübut edir ki, Zaqafqaziyanın müsəlman ruhaniləri siyasi və millətlərarası münaqişələrdə dindən silah kimi istifadə etmək niyyətində olmayıb. Uydurma "islam faktorunu” hərc- mərclik törədən bir səbəb kimi ortaya atmaq qəzəb doğurmaya bilməz. Tamamilə aydındır ki, bununla müəyyən məqsəd güdülüb. Demək, müsəlmanları xristianlara qarşı qoymaqla millətlərarası toqquşmaları daha da kəskinləşdirmək niyyəti güdülüb”.
QMİ sədri qüdrətli və amansız sovet hərb maşınını qarşısında SSRİ-yə meydan oxuyurdu: "O dövlətki öz ordusunu öz vətəndaşlarının qatilinə çevirir, o dövlət ki, öz adamlarına layiqli güzərandan daha çox ölmək hüququ verir, belə dövlət ancaq nifrətə layiqdir”.
Mixail Qorbaçova ünvanlanan bu sənəddə onun yürütdüyü "yenidənqurma”siyasətinin prinsiplərinin xalqlara bəla gətirdiyi vurğulanırdı: "Özlərini əsl işğalçı kimi aparan, cəza qoşunlarını Bakıya yeritməklə siz sovet hökumətini rüsvay etdiniz və bununla təsdiq etdiniz ki, müstəqillik və xalqların ləyaqəti kimi anlayışlar bu hökumətə tamamilə yaddır. Siz bununla özünüzü bir siyasi xadim və bacarıqsız dövlət başçısı kimi ifşa etdiniz. Sizin haqqınızda yaranmış bir əfsanədə puç oldu. Çünki bir əli ilə xarici məmləkətlərdə sülh sazişi, o biri əli ilə öz vətəndaşlarına qarşı cəza tədbirləri imzalayan adamı "Sülh uğrunda mübariz" adlandırmaq ən azı ləyaqətsizlikdir”.
"Bütün Azərbaycan xalqının iradəsini ifadə edərək, mən Bakıdan qoşun hissələrinin dərhal çıxarılmasını qətiyyətlə tələb edirəm. Heç bir xalqla, həmçinin, azərbaycanlılarla silah gücüylə danışmaq olmaz. Bu, 10 gün, yaxud Əfqanıstandakı kimi 10 il davam edə bilər. Amma gec-tez ədalət və haqq işi qələbə çalmalıdır”-deyə bəyanatında Şeyxülislam bildirirdi.
Bu bəyanat SSRİ-də dövlət rəhbərinin din xadimi tərəfindən ittiham edildiyi ilk sənəd idi. Sovet sistemində dindarlar dövlətin "ikinci dərəcəli vətəndaşları” sayıldığından QMRİ sədrinin reaksiyası Sovet rəhbərliyi üçün gözlənilməz oldu.
"Bilirdim ki, məni öldürəcəklər və bundan heç qorxmurdum. Hər şeyi göz önünə almışdım. O vaxta kimi dini liderin dövlət rəhbərinə, həm də SSRİ kimi dövlətin rəhbərinə belə müraciəti hələ olmamışdı. Bu hadisələrdən sonra öz ailəmə vəsiyyətimi də etmişdim”-deyə A.Paşazadə müsahibələrinin birində açıqlamışdı.
Sonralar müsahibəsində bu bəyanatın yazılma şəraitinə toxunarkən A.Paşazadə demişdi ki, bu həm də Azərbaycanın son 70 ildə məhv edilmiş işıqlı adamlarının, ruhanilərinin məhvinə olan etiraz idi: "Mən həm də sovet dövrünün, kommunist rejiminin dini lideri olmuşam. O zamanlar mənim kimi Şeyxülislamların başına az oyunlar gətirmirdilər, bizi çox incidirdilər. Mixail Qorbaçova etiraz məktubunu yazmaqda 70 il boyunca məhv edilmiş, Sibirdə sürgün edilmiş soydaşlarımızın, möminlərimizin acı taleyinin də təsiri az olmadı”.
Bu bəyanatın meydana çıxması təsadüfi deyildi. QMİ o zaman xalqın ağır günündə milyonlarla vətəndaşların yeganə ümid yerinə çevrilmişdi. Həmin günlərdə QMİ informasiya blokadasını yararaq baş verənləri dünyaya bəyan etdi və xalqın mənəvi dəstəkçisinə çevrildi. Dini idarə özündən asılı olmayaraq Azərbaycanda vakkuma düşmüş siyasi hakimiyyətlə xalq arasında əlaqəni quran həlqəyə çevrilmişdi. Şeyxülislamın Qorbaçovu ittiham edən bəyanatı onu ölkənin tanınmış ictimai xadimlərinin cərgəsinə çıxardı. Belə bir status sovet sistemi üçün tamamilə yeni bir təzahür idi.
Şeyxülislam Allahşükür Paşazadə bu müraciəti ilə bütün dünyanın diqqətini Azərbaycana yönəldə bildi. Bakıda törədilmiş dəhşətli qırğından cəmi bir neçə gün sonra Moskvaya gələn İtaliyanın məşhur "Reppublika” qəzetinin əməkdaşı Etsio Mauro Roma Papası II İoann Pavelin xüsusi tapşırığına əsasən Allahşükür Paşazadə ilə telefon əlaqəsi yaratdı. Şeyxülislamın müsahibəsinin dərc olunduğu qəzet ətraf aləmdən təcrid edilmiş Azərbaycanın haqq səsini dünyaya yayan ilk əcnəbi KİV oldu.
Bakı qırğını Mixail Qorbaçovun siyasi bioqrafiyasına qara hərflərlə yazıldı. Uzun illər bu barədə verilən suallardan qaçan sabiq prezident yalnız SSRİ-nin suqutundan sonra Bakıya ordu yeridilməsinin səhv olduğunu etiraf etməyə özündə cəsarət tapa bilmişdi. O, yazdığı "Həyat və islahatlar” kitabındakı memuralarında sovet ordusunun 20 yanvarda Bakıya qanlı müdaxiləsi barədə mövqeyini qeyd edərkən yazır: "Bu faciəli hadisədən dərs götürdüm. Hakimiyyət ekstremal situasiyada güc tətbiqindən imtina edə bilməz. Ancaq bu aksiya mütləq olaraq əsaslandırılmalı və çox sərt tədbirlərlə bağlı addım məhdudlaşdırılmalıdır. Problemin həlli yalnız siyasi yolla tapılmalıdır”. Onun ruhi sarsıntısını isə arvadı Raisa Qorbaçova yazdığı "Mən ümid edirəm ki...” kitabında göstərib: "Mən gecə zənglərin birini xatırlayıram: 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə evə gələn zəngi... Bakıda hadisələrin baş verdiyi o gecəni.. Yadımdadır, 20 yanvar günü səhər tezdən mən Mixail Qorbaçovu tanımadım: Ağappaq ağarmış, boz sifət, ruhi sarsıntı və ürək böhranı...".
Azərbaycanın dövlətçilik tarixində 20 Yanvar günü xalqımızın milli müstəqillik uğrunda mübarizəsinin rəmzinə çevrilib. Sovet cəza dəstələrinin qanlı cinayətinə baxmayaraq bu müstəqillik hərəkatı yetişdirdiyi ictimai liderlərinin sayəsində özünün şərəfli adını dünya azadlıq mübarizəsinin səhifəsinə yaza bildi.
Əfqan Abbaszadə
Xəbərin oxunma sayı : 544
Maraqlı
Xəbərlər
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
TOP 10
ARXİV