Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Joze Mourinyodan maraqlı hekayə: Görün, UEFA-nı necə aldadıb

Tarix 20.01.19, 22:19

Font ölçüsü : - / +
bitmap-img6


Mançester Yunayted"dən ayrılan Joze Mourinyo hazırda çalışdığı "beIN Sports" kanalına maraqlı açıqlamalar verib.

Təcrübəli mütəxəssis "Çelsi"dəçalışdığı günlərdən söz açıb.

Belə ki, 2004/05 mövsümündə Çempionlar Liqasının 1/8 final mərhələsində "Barselona" ilə cavab görüşündə qeyri-etik hərəkətlər edən Mourinyo iki oyunluq cəzalandırılmışdı. Bu səbəbdən də o, 1/4 finalda "Çelsi"nin Münhen "Bayern"i ilə oyunlarında texniki zonada ola bilməyəcəkdi. Hətta UEFA Mourinyoya paltardəyişmə otağına girişi və texniki zona ilə əlaqə saxlamağı da qadağan etmişdi. Qərara əsasən, 55 yaşlı çalışdırıcı yalnız tribunada - VİP lojada matçı seyr edə bilərdi.

Mourinyonun köməkçisi Ruy Faria həmin gün özünü şübhəli aparırdı. Başqa vaxt papaq taxmayan adam oyun günü bu addımı atmışdı. Sən demə, məşqçi qulaqcıqla Mourinyo ilə əlaqə saxlamaq üçün bunu edib. UEFA nümayəndəsinə yaxalanmamaq üçün belə bir atılıb.


Faria paltardəyişmə otağında gizlənən Mourinyodan göstərişləri alır və taktiki gedişlər üçün vərəqləri almaq üçün digər köməkçi Silvinyo Lauronu onun yanına yollayır. Silvinyo üç dəfə əlində vərəqlə geri döndü.

Mourinyo açıqlamasında baş verənləri gizlətməyib və hadsəni olduğu kimi danışıb:

"Çempionlar Liqası böyük yarışdır. Cəzalansam da, komandamın yanında olmalı idim, özü də belə bir vacib məqamda. Bəli, mən bunu etdim! Deməli, oyuna hələ çox qalmışdı, ancaq mən 7 saat əvvəl paltardəyişmə otağına gəlib gözləməli oldum. Ona görə də orada olduğumu heç kəs görmədi. Hələ ki, yaxşı gəlmişik, işlər qaydasında gedir, məni görən olmayıb.

Oyun bitəndən sonra əsas problem stadionda ayrılmaq idi. Mən necə edəcəkdim? Əlbəttə, bunu da öncədən düşünmüşdük. Stüard məni metaldan olan böyük səbətin içinə qoydu. Bir az nəfəs almaq üçün qapağında ara saxlamışdı, yoxsa boğulardım. Stüard paltardəyişmə otağını tərk edəndə UEFA adamları onu təqib etməyə başladılar. Ancaq onlar məni tampaqda çarəsiz idilər, çünki stüard qapağı riskə getməmək üçün bağladı. Mən isə nəfəs ala bilmirdim! Təhlükə sovuşanda qutunun ağzını açdı, mən az qala ölürdüm, nəfə ala bilmirdim. Ciddiyəm, məndə klaustrofobiya (qapalı yerlərdən qorxmaq) var".

Qeyd edək ki, sözügedən matçda "Çelsi" "Bayern"ə 4:2 hesabı ilə qalib gəlmişdi. Cavab görüşündə London klubu 2:3 hesabı ilə uduzsa da, yarımfinala yüksəlmişdi.





Xəbərin oxunma sayı : 283




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap