Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Beynəlxalq Bankdan 15 milyon götürən Allahverdiyevin işi - adını niyə dəyişib? - TƏFƏRRÜAT

Tarix 21.01.19, 18:44

Font ölçüsü : - / +
bitmap-img6


15 milyonluq mənimsəməkdə ittiham edilən iş adamının məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə və sənəd saxtalaşdırmaqda təqsirləndirilən Rauf Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Rauf Allahverdiyev sərbəst ifadə verib.

Təqsirləndirilən şəxs bildirib ki, uzun müddət Rusiyada yaşayıb və orada bizneslə məşğul olub.

"2012-ci ildən "Azərbaycan Beynəlxalq Bankı"nın Moskva filialından şirkətimə 30 milyondan çox kredit ayrılıb. Həmin vaxt tikinti materialları almaq üçün bankdan kredit götürdüm. Əmlaklarımı da banka girov qoydum. Hər ay da kerditi vaxtında ödəyirdim. 2015-ci ildə bankdan mənə dedilər ki, Azərbaycanda bankda vəziyyət qarışıb və krediti təcili ödəməliyəm. Mən də məhkəmə yolu ilə əmlaklarımı banka girov qoydum"- deyən Allahverdiyev sualları cavablandırıb.

O söyləyib ki, tikinti işləri ilə bağlı Rusiya və Latviya banklarından da kredit götürüb. O, həmin banklara da başqa əmlaklarını girov qoyduğunu və hazırda da kreditləri ödədiyini bildirib.

Növbəti sual Rauf Allahverdiyevin adını dəyişdirməsi ilə bağlı olub.

Allahverdiyev belə izah verib ki, adını Beynəlxalq Bankın "Moskva" filialından kredit götürməmişdən əvvəl dəyişib.

"Mən atamın adını soyadıma əlavə etmişəm. Bu ad çox yumşaq səslənir. Rusiya vətəndaşı da çoxdan olmuşam"- deyə təqsirləndirilən şəxs bildirib.

Məhkəmədə "Azərbaycan Beynəlxalq Bankı"nın Moskva filialının sabiq rəhbəri Fuad Abdullayev də dindirilib. O, 2010-2015-ci illərdə bankın Moskva filialınında çalışdığını, bankın idarə heyyətinin sədri işdən çıxarıldığını və vəzifədən uzaqlaşdırıldığını deyib.

İfadə verən F.Abdullayev söyləyib ki, onun işlədiyi dövrdə Rauf Allahverdiyev bankdan girovla kredit götürüb.

R.Allahverdiyevin banka qoyduğu girovlar formal olmayıb, işlər rəsmi qaydada həll edilib.

Növbəti məhkəmə iclası yanvarın 25-nə təyin edilib.

İttiham aktına əsasən, R.Allahverdiyev Rusiya Federasiyasında "Roma S Kompaniya A" şirkətini təsis edib. Bundan sonra o, şirkətin inkişafı məqsədi ilə maliyyə cəlb etməyə çalışıb.

Məlumata görə, R.Allahverdiyev adını dəyişərək, özünü Rail Yusifov kimi təqdim edib və Rusiyada Yelena Akturiçlə əlbir olub, qanunsuz sənəd hazırlayaraq "Azərbaycan Beynəlxalq Bankı"nın Moskva filialından ayrı-ayrı vaxtlarda 866 min 566 manat, 338 min manat, 3 milyon 400 min manat və s. olmaqla, ümumilikdə 15 milyon manat pulu mənimsəyib.

Götürülən pullar R.Allahverdiyevin təsis etdiyi "Roma S Kompaniya A" şirkətinin hesabına köçürülüb.

Bundan başqa, o, Rusiya Federasiyası ərazisində cinayət törətdiyinə görə, istintaqdan gizlənmək məqsədi ilə Azərbaycana qanunsuz yolla qaçmağa cəhd edib. O, Quliyev Həsən Qulu oğlunun adına olan rəsmi sənəd hesab edilən Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsini saxtalaşdırıb. Lakin R.Allahverdiyev Qusar rayonunda yerləşən "Samur" sərhəd nəzarəti məntəqəsində sənədi saxta olduğu üçün saxlanılıb.

R.Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.

Bildirək ki, Beynəlxaq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin həbsindən sonra "Moskva" filialında da problemlər yaranmışdı.



Xəbərin oxunma sayı : 217




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap