Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

ETSN-nin Aparat rəhbərinin “tender qutusu“- Şok faktlar

Tarix 25.01.19, 16:11

Font ölçüsü : - / +
bitmap-img6


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-nin sifarişçisi olduğu "Çuxurdərə gölməçələrinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası işləri” üzrə tender keçirilməsi barədə mətbuatda məlumatlara yer verilib. 

Qlobal.az saytı ötən gün "Çuxurdərə gölməçələrinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası işləri” üzrə keçirilən tenderlə bağlı ətraflı məlumat yaymışdı. Saytın məlumatında bildirilirdi ki, 2018-ci ilin oktyabr ayının 9-da isə "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC ilə "Kənan İnşaat və Ticarət” MMC arasında 6,6 milyon (6584179) manatlıq müqavilə imzalanıb. Həmin ilin (2018) dekabr ayının 5-də isə "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC "Kənan İnşaat və Ticarət” MMC ilə daha bir 804500.00 manatlıq müqavilə bağlanılıb.
Sayt qeyd edir ki, şirkətlər arasında bağlanan tender müqavilələrində görüləcək işlərin həcmi barədə və eləcə də tenderdə iştirak edən digər şirkətlər barədə heç bir informasiya yoxdur. 6,6 milyon manatlıq tender müqaviləsində görüləcək işlərin həcmi barədə məlumatın verilməməsinə səbəb burada görülən işlərin həddindən artıq şişirdilməsidir.
İddialara görə, "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC ilə "Kənan İnşaat və Ticarət” MMC arasında 6,6 milyon (6584179) (+ 804500.00) manatlıq tender müqaviləsində görüləcək işlərin həcmi barədə məlumatın verilməməsinə səbəb burada görülən işlərin həddindən artıq şişirdilməsidir.
Sözügedən müqavilənin bağlanılmasından 4 aya yaxın zaman keçsə də, nə rəsmi, nə də qeyri-rəsmi media resurslarında bu barədə informasiya getməyib.

Məsələ ilə bağlı AzFakt.com-un verilən məlumatda qeyd olunur ki, "Çuxurdərə" gölməçələrinin qurudulması tenderinin "Kənan İnşaat və Ticarət” MMC -yə verilməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni aparat rəhbəri Vüqar Kərimovla Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin rəisi Əlişah Rəcəbovun müstəsna "xidmətləri" olub. Nazir Muxtar Babayevin inandığı 2-3 nəfərdən biri olan Vüqar Kərimovun tender məsələlərinin bölüşdürlməsinə şəxsən nəzarət etdiyi deyilir. 

Vüqar Kərimov ile ilgili görsel sonucu
Vüqar Kərimov

Bu barədə bir müddət əvvəl ölkə mətbuatında məlumatlar dərc edilmişdi. Həmin məlumatlarda qeyd olunurdu ki, "hava limanına gedən yolun ətrafındakı gölməçələrin qurudulması ilə bağlı tender keçirilib. Milyonluq tenderdə bir şirkət qalib olub və işin icrasına başlayıb. Ancaq qalib elan edilən şirkət kənar şəxsin deyil. Həmin şirkət nazirliyin yeni Aparat rəhbəri Vüqar Kərimova yaxın şəxsə məxsusdur. Tender məsələlərində əsas söz haqqı Aparat rəhbərindədir ki, Vüqar Kərimov milyonluq tenderi özünə yaxın şirkətə verilməsinə nail olub”.

AzFakt.com-a verilən məlumatda bildirilir ki, Vüqar Kərimov artıq sələfi Rövşən Cəlilovun yolu ilə getməyə başlayıb. Belə ki, Aparat rəhbəri nazir Muxtar Babayevin etibarlı adamlarından biri kimi nazirliyin içində söz sahibinə çevrilməyə başlayıb və bir çox "yağlı tenderləri" öz adamlarına verməklə barəbər, həm də sələfi Rövşən Cəlilovun ən yaxın kadrlarına sahib çıxıb. Vüqar Kərimovun Rövşən Cəlilovun kadrlarına sahib çıxmasının əsas səbəblərindən birinin həmin məmurların illərdir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabına milyonluq "oliqarxa" çevrilmələridir.



Xəbərin oxunma sayı : 859




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap