Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“10 milyard hara gedib?...Məni o xətti keçməyə vadar etməyin” - Cahangir Hacıyevdən hədə dolu çıxış

Tarix 07.02.19, 23:35

Font ölçüsü : - / +
bitmap-img6


“Məni o xətti keçməyə vadar etməyin, əgər elə olsa onda buradakı cinayətkar dəstənin sayı artar”

Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunan 21 nəfərin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Virtualaz.org-un xəbərinə görə, müttəhimlər kürsüsündə sabiq deputat Dünyamin Xəlilov, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə, Zaqatala Olimpiya Kompleksinin direktoru, “Simurq” futbol klubunun vitse-prezidenti Arif Ramazanov, şüşə məmulatlarının istehsalı ilə məşğul olan “İnterglass” ASC-nin rəhbəri Fariz Muradov və digərləri əyləşib.

Təqsirləndirilən şəxslərə qarşı CM-nin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 213 (vergidən yayınma) və başqa maddələri ilə ittihamlar irəli sürülüb.

Zərərçəkmiş qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC, Vergilər Nazirliyi və “Aqrokreditbank” tanınıb.

Prosesdə C.Hacıyev ifadə verib. Sabiq bank sədri ona qarşı irəli sürülən ittihamları qəbul etməyib və ittihamı “şou” adlandırıb.

Sabiq bankirin “Dövlət ittihamçıları ittiham aktını elan edərkən sanki şou göstərirdilər” sözlərinə prokuror etiraz edib, onun sözünü kəsərək ittihamın mahiyyəti üzrə danışmasını bilidirib.

C.Hacıyev cinayət işində ona qarşı irəli sürülən 4,7 milyard manatla bağlı ittihamı qəbul etmədiyini deyib: “Heç Azərbaycanın büdcəsində bu qədər pul yoxdur. Bu məbləğ Azərbaycan Mərkəzi Bankının valyuta vəsaitlərinə bərabərdir. Beynəlxalq Bankının Moskva filalının aktivləri 2 milyarda yaxın olub. Necə olur ki, mən 4.7 milyard manat pulu mənimsəmişəm? Ən azından rəqəmlərə baxın. Cinayət işini heç dövlət ittihamçıları tam oxumayıblar. Onlar ancaq ittiham hissə ilə tanış olublar. Xahiş edirəm ki, göstərərdiz görək həmin pullar mənim və ailə üzvlərimin hesabına necə köçüb? Belə bir sübut var? Guya mən həmin pullarla şəxsi əmlak almışam”.

Sabiq bank sədri ifadəsində onunla birgə mühakimə edilənlərinin çoxunu tanımadığını bildirib: “Mən heç kimə bir söz demək istəmirəm. Bu yazıqları qorxudub yazdırıblar ki, Cahangir Hacıyev göstəriş verib. Burda oturan iki nəfərdən başqa heç kimi tanımıram. Mən kimə nə göstəriş vermişəm? Vəsaiti necə bölüşdürmüşük müəyyən etmisinizmi? Bəs onda nəyin əsasında cinayət işi qaldırılıb? Burda cinayət işi yoxdur. Çirkli pullar əldə olunan pulun leqallaşdırılması deməkdir. Bu vəsait bankda çıxıb, vergisi də verilib. Hansı çirkli puldan söhbət gedə bilər? Bu vəsait keçib xarici banklara, müvafiq layihələrə verilib. Mən istintaqı qınamıram. İstintaq deyir ki, rəylər əsasında qərar qəbul edirik”.

Bu yerdə dövlət ittihamçısı C.Hacıyevin çıxışına etiraz edib. Prokuror deyib ki, ekspert rəyi elan edilmədən tədqiq olunmamış sübutlara istinad etmək olmaz.

C.Hacıyev isə “mən əsalandırıram, sonra imkanın olmayacaq” deyib.

272467_src

Hakim təqsirləndirilən şəxsə məhkəmə istintaqı dövründə imkanı olacağını xatırladıb.

C.Hacıyev dövlət təşkilatı olmadıqlarını, bankın rəhbəriliyi dövrüdə dövlətin payının 50.2 faiz olduğunu məhkəmənin diqqətinə çatdırıb: “Məndən sonra bank zərərlə işləməyə başladı. Mən banka ziyan vurmamışam, məndən sonra vurulub. 2015-ci ildə məndən sonra kapital azalıb. Gedin yoxlayın. Bu, bankdı, rəqəmdi, sifarişlə cinayət işi qaldırmaq deyil. O sənədlər bura gəlməyənə qədər məhkəmə istintaqını apara bilməyəcəksiniz. O rəqəmləri təhlil etməyincə qərar qəbul edə bilməyəcəksiniz. Mən 2015-ci ilin martında öz ərizəmlə işdən çıxmışam. Biz 2014-cü ili 40 milyon xalis mənfəətlə başa vurmuşduq.

Məndən sonra 2015-ci ildə 823 milyon zərər olub. 2016-cı ildə zərər 1.6 milyarda çatıb. Bunu özümdən demirəm, bankın saytında hesabat dövrünə aid rəqəmlər var. Bizim dövrümüzdə aparılan yoxlama peşəkar idi. Çünki mən sədr idim, demişdim, bütün lazımi sənədlər Vergilər Nazirliyinə təqdim olunsun. Bankın əsas göstəricisi kapitaldır. Mən 2001-ci ildə İdarə Heyətinin sədri olanda kapital 2.5 milyon idi. 2015-ci ildə vəzifədən gedəndə 708 milyona çatmışdı. Banka mən ziyan vurmamışam, məndən sonra ziyan vurulub, kapital azalıb. Mənim mifik milyardlarımı axtarmaqla deyil. Mən dövlət qulluqçusu olmamışam. Özümün də biznesim olub. Bu işdə cinayət yoxdur. Audit bizimlə danışmırdı, müşahidə şurası ilə danışırdı. Biz ancaq rəqəmləri təqdim edirdik”.

Dövlət ittihamçısı yenə C.Hacıyevin çıxışına etiraz edib və sabiq bank sədrindən faktiki olaraq ittihamın mahiyyəti üzrə danışmasını tələb edib.

C.Hacıyev isə “əlimi-qolumu bağlamısız, indi də siz ağzımı bağlayırsınız. Yaxşı, bəs mən özümü necə müdafiə edim?” deyib.

Sonra ifadəsində bir da həm özünün, həm də onunla birgə mühakimə olunanlarını günahsız olduqlarını məhkəmənin diqqətinə çatdırıb: “Mənim vaxtımda Beynəlxalq Bankın aktivləri 7 milyard idi. Dövlət təşkilatlarına verilən kreditləri çıxsaq özəl layihələrə 2 milyard qalır. İkinin üstə iki gələndə dörd eləyir, iyirmi dörd olmur. 2 milyarddan artıq israf etmək olmur. 2 milyard gedibsdə dövlətdən 12 milyard niyə götürülüb? 10 milyard hara gedib? 1.5 milyard Neft Şirkətinə kredit verilib, sonra silinib. Bəs qalan 8 milyard hardadır?Əsl cinayət budur. Cinayət bizdən sonra olub. O ziyanı mənə yazmaqla deyil. Bu milyardların yoxa çıxması bizdən sonra olub. Bizi ittiham etməklə, cinayətləri bizim üstümüzə yazmaqla deyi”.

272468_src


Bundan sonra C.Hacıyev dövlət ittihamçısının suallarını cavablandırıb.

Sabiq bank sədri onunla birgə təqsirləndirilən D.Xəlilovu cavan vaxtlardan tanıdığını, lakin keçmiş deputatla heç bir biznes əlaqələrinin olmadığını söyləyib: “Dünyamin Xəlilov mənim tapşırığımla müəyyən layihələrə nəzarət edirdi”.

Dövlət ittihamçısının “Dünyamin Xəlilovun bankdan kredit götürməsi ilə bağlı nə deyə bilərsiniz” sualına sabiq bankir “məni o xətti keçməyə vadar etməyin, əgər elə olsa onda buradakı cinayətkar dəstənin sayı artar” deyə cavab verib.

Hacıyev ifadəsinin davamında iddia edib ki, istintaq orqanı onun işi ilə əlaqədar dünyanın ən böyük hüquq şirkətlərindən biri ilə müqavilə bağlayıb. Müqaviləyə də 1 milyon pul ödəyiblər ki, onun əmlaklarını tapsınlar.

Onun bu ifadəsinə dövlət ittihamçısı müdaxilə edib. Prokuror bildirib ki, deyilənlər absurddur.

Cahangir Hacıyev bu cavabdan sonra çıxışını yekunlaşdırıb. Sonda isə şeir deyib.

Məhkəmədə elan olunub ki, ittiham aktında D.Xəlilovun adı bir çox epizodlarda keçir.

Məhkəmə prosesi davam edir.






Xəbərin oxunma sayı : 2590




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap