|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
ABŞ-ın Azərbaycana yüksək marağı - Bolton əməkdaşlığın üç istiqaməti haqqında TƏHLİL
Tarix 08.02.19, 16:35 |
|
“ABŞ-ın Azərbaycana yüksək marağı: Bolton əməkdaşlığın üç istiqaməti haqqında” sərlövhəli məqalə dərc edilib.
AzFakt.com məqaləni təqdim edir.
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun bu il yanvarın 29-da Azərbaycan Prezidenti İlham Əliyevə etdiyi telefon zəngindən sonra siyasi və ekspert dairələrində bir canlanma müşahidə edilir. Onlar konkret olaraq ABŞ-ın Cənubi Qafqaz siyasətində hansı dəyişikliklərin baş verdiyi ilə bağlı proqnozlar verməyə çalışırlar. Maraqlıdır ki, bu hadisədən bir neçə gün öncə C.Bolton Nikol Paşinyana da zəng edibmiş. Ermənistanın baş naziri ciddi bir şeydən danışmadıqlarını desə də, ona erməni ekspertlər inanmırlar. Hesab edirlər ki, N.Paşinyan nələrisə gizlədir. Bununla yanaşı, belə təəssürat yaranır ki, C.Bolton N.Paşinyanla regional məsələləri və konkret olaraq Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyə ehtiyac görməyib. O, bu barədə əsas olaraq Azərbaycan tərəfi ilə fikir mübadiləsi aparmağa üstünlük verib. Bu reallığın fonunda Con Boltonla İlham Əliyev arasında danışıqda hansı məqamlara toxunulmasının geosiyasi analizi ciddi aktuallıq kəsb etdiyindən, bu məqam üzərində geniş dayanmağa ehtiyac görürük.
Lider imici: İlham Əliyev yüksək zirvədə
Amerika Prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi siyasi və ekspert dairələrində böyük maraq doğurub. Həmin hadisədən bir neçə gün öncə C.Bolton Nikol Paşinyana da telefon edib, lakin buna fikir verən olmadı. İlham Əliyevlə olan qısa söhbətin məzmunu isə diqqətləri çəkdi.
Aydındır ki, ABŞ üçün İlham Əliyev faktoru N.Paşinyan faktorundan qat-qat yüksəkdədir. Azərbaycan Prezidenti siyasi lider, dövlət başçısı, nüfuzlu şəxsiyyət kimi N.Paşinyan kimilərdən dəfələrlə üstündür. Ekspert dairələri də yaxşı bilirlər ki, İlham Əliyevlə aparılan müzakirələrin əhəmiyyəti daha çoxdur. Bu səbəbdəndir ki, hətta Ermənistan mediası “Qarabağ haqqında niyə məhz İlham Əliyevlə danışırlar?” sualını təkrar-təkrar verir və cavab tapmağa çalışır. Bu məsələ həm də N.Paşinyanın “C.Boltonla Qarabağ məsələsini müzakirə etmədik”, deməsi fonunda erməniləri düşündürür.
Deməli, erməni ekspert dairələri üçün mənzərə aşağıdakı kimidir: ABŞ-ın yüksək səviyyəli məmuru Ermənistan tərəfi ilə münaqişə haqqında danışmaqdan çox Azərbaycanla müzakirə aparmağa üstünlük verir. Bu halda Azərbaycanın geosiyasi əhəmiyyəti Ermənistandan dəfələrlə yüksək qiymətləndirilir. Əgər Vaşinqton əsas olaraq Azərbaycanla danışmağı seçirsə, deməli, o biri tərəfi razı salmaq onlar üçün elə də çətin olmayacaq.
Biz iddia etmirik ki, ABŞ tam olaraq ədalət prinsipi üzrə münaqişəni həll etməyə çalışır. Məsələnin bu tərəfi başqa məqamlarla da sıx bağlıdır. Lakin açıq görünür ki, Amerika üçün Cənubi Qafqazda regional əhəmiyyətli geosiyasi-hərbi, iqtisadi, sosial, nəqliyyat-logistik, enerji, təhlükəsizlik kimi məsələləri Azərbaycanla müzakirə etmək ciddi əhəmiyyət kəsb edir. C.Boltonun Azərbaycan Prezidenti ilə danışığını qısa xarakterizə etməsi də bu tezisi təsdiqləyir. C.Bolton özünün tvitter səhifəsində yazıb ki, İlham Əliyevlə ikitərəfli əlaqələri, regional problemləri və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstəyini müzakirə ediblər.
Telefon danışığı ilə bağlı Azərbaycan tərəfinin rəsmi açıqlaması belədir: “Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib”. Yəni, Amerika və Azərbaycan tərəfinin telefon danışığı ilə bağlı yaydığı informasiya tam üst-üstə düşür.
Bunun fonunda N.Paşinyanla hansı məsələlərin müzakirə edildiyi qeyri-müəyyən olaraq qalır. Deməli, erməni tərəfi ən azından səmimi deyil. Bunun da əsas səbəbi münaqişənin həllində Ermənistanın mövqeyinin xeyli zəifləməsi ola bilər. Çünki Minsk qrupunun həmsədrləri Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını mütləq şərt kimi qoyurlar. Onların çatışmayan cəhəti Ermənistandan bu şərtə əməl etməsini qəti şəkildə tələb etməməsindədir. Bunun da səbəbi aydındır: həmsədrlər bu və ya digər dərəcədə Ermənistana havadarlıq etdiklərindən, ikili standart siyasəti yeridirlər. Ermənistana havadarlıq edildiyinin tarixi, geosiyasi və dini səbəbləri hamıya məlumdur.
Bunlar hər kəsin bildiyi həqiqətdir və bizim məhz burada onu xatırlatmağımızda əsas məqsədimiz bir tərəfdən həmsədrlərin qətiyyətsizliyini ifadə etmək, digər tərəfdən isə rəsmi İrəvanın çıxılmaz vəziyyətə düşdüyünü vurğulamaqdır. Bunun fonunda Azərbaycan Prezidentinin mövqeyinin tam obyektivliyi, səmimiliyi və ədalətliliyi ilə yanaşı, yüksək səviyyədə sülhpərvərliyi və barışa sadiqliyi ilə seçildiyini dərk etmək çətin deyil. Çünki Azərbaycan tam haqlı olduğunu bilir, buna görə də özünün ərazi bütövlüyünü bərpa etmək üçün istənilən üsuldan, o cümlədən hərbi əməliyyatlardan istifadə etmək hüququna təbii olaraq sahibdir. Ancaq Azərbaycan rəhbərliyi regional əməkdaşlığı, qonşuluq münasibətlərini, müasir dünyanın geosiyasi dinamikasını və başqa əhəmiyyətli məqamları nəzərə alaraq səbrlə təcavüzkarı düz yola gətirməyə çalışır. Ancaq bu istiqamətdə də səbrin bir sonu var.
ABŞ-ın geosiyasi seçimində yeni məqamlar: üç aspektin vəhdəti işığında
Yuxarıda vurğulanan məqamlardan Con Boltonun Azərbaycanın dövlət başçısı ilə telefon söhbətində ifadə etdiyi fikirlərin üç aspektdə əhəmiyyətli olduğu nəticəsini çıxarmaq olar. Birincisi, ABŞ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə Azərbaycanın Cənubi Qafqazın lider dövləti olması faktı arasında sıx bağlılığın olduğunu qəbul etməyə başlayıb. Bu, geosiyasi kontekstdə ciddi önəm kəsb edir. Çünki başa düşülür ki, münaqişəni ədalətli şəkildə həll etməkdən başqa yol yoxdur. Bu qənaət birbaşa Azərbaycanın müstəqil dövlət kimi əldə etdiyi uğurlardan qaynaqlanır. Yəni, Azərbaycan real olaraq bütün sahələr üzrə regionun şəksiz lideridir. Bu cür statusu olan dövlətə qarşı ədalətsiz davranmaq çox pis nəticələr verə bilər. Belə görünür ki, okeanın o tayında bunu anlamağa çalışanlar vardır.
İkincisi, ABŞ Avropanın enerji təhlükəsizliyinin təmini ilə regional geosiyasi təhlükəsizlik arxitekturasının səmərəli modelinin qurulması arasında uyğunluğun saxlanmasında Azərbaycanın həlledici rolunu anlamağa başlayıb. Bunun konkret əlamətlərindən biri Vaşinqtonun tədricən Azərbaycanın real geosiyasi statusunu qəbul etməyə doğru getdiyini nümayiş etdirməsidir. C.Boltonun zəngi məhz bu kontekstdə geosiyasi məna çaları olan olaydır. Məsələnin sırf geosiyasi qüvvələr balansını təmin etmək aspektində vacibliyi buradan aydın görünür.
Çünki öncədən ABŞ Prezidenti də daxil olmaqla, Qərbin siyasi liderləri Avropanın enerji təhlükəsizliyində Azərbaycanın həlledici rolunu dəfələrlə açıq etiraf ediblər. Aİ rəhbərliyi də dəfələrlə həmin mövqeyini açıqlayıb. Ancaq onlar bunu qeyd etməklə, Azərbaycanın layiq olduğu geosiyasi statusu tam qəbul etmək istəmirlər. Konkret desək, Ermənistanın təcavüzkarlığını müxtəlif üsullarla ört-basdır etməyə çalışırlar. Bu proses indi də gedir. E.Makronun, A.Merkelin Cənubi Qafqaza səfərlərində bunu növbəti dəfə müşahidə etdik. Lakin, görünür, Vaşinqton bu ədalətsiz vəziyyəti dəyişməyə doğru addım atmaq istəyir. C.Boltonun təhlükəsizliyin təmini ilə münaqişənin sülh yolu ilə həllini eyni məntiqi müstəvidə ifadə etməsi həmin dəyişikliyin əlaməti ola bilər.
Üçüncüsü, telefon söhbətinin məzmunu onu göstərir ki, Vaşinqton Azərbaycanla ikitərəfli əlaqələrə artıq daha böyük ölçüdə qlobal geosiyasi dinamika kontekstində baxır. Bu, belədirsə, prinsipial dəyişiklikdir. Çünki indiyə qədər Qərb dövlətləri Azərbaycan məsələsinə bir qayda olaraq postsovet məkanı miqyasında nəzər salırdılar. O cümlədən daha çox Rusiyanın Qafqazdakı maraqları prizmasından yanaşırdılar. Bu da öncədən Cənubi Qafqazın bütün dövlətlərini “eyni siyasi qəlibə” salmaq demək idi. Yəni, real vəziyyət deyil, mifik geosiyasi balansı qoruyub saxlamaq kursu götürülmüşdü. Bu cür yanaşmada təcavüzkarla onun qurbanı arasında fərq qoyulmur – abstrakt təhlükəsizlik, demokratiya, insan haqları kimi anlayışlar üzərindən siyasət yeridilir. İkili standartların mövcudluğu isə heç bu çərçivədə belə obyektiv olmağa imkan vermir. Nəticədə, təhlükəsizlik deyil, təhlükə yaranır, sülh deyil, yeni təhdidlər formalaşır, münaqişənin həlli deyil, onun daha da dərinləşməsi baş verir.
Ancaq məsələyə qlobal geosiyasi dinamikanın reallıqları müstəvisində yanaşdıqda, ağla qaranı seçmək imkanı yaranır. Konkret dövlətə konkret yanaşmaq mümkün olur. Bu baxımdan Azərbaycanın dünya siyasətinə, təhlükəsizlik məsələlərinə, əməkdaşlıq modellərinin inkişafına verdiyi töhfələrlə regionun digər iki ölkəsinin (Ermənistan və Gürcüstanın) cəm halında verdiyi töhfələr müqayisə belə oluna bilməz. Azərbaycan onların cəmindən qat-qat üstün səmərə verir. Bu səbəbdən də Azərbaycanla regionun aparıcı ölkəsi kimi münasibət qurmaq bütövlükdə dünya üçün sərfəlidir.
Beləliklə, əgər Con Bolton dediklərində səmimidirsə və Vaşinqtonun Cənubi Qafqaz siyasətində ola biləcək dəyişikliklərin müjdəsini veribsə, onda regional miqyasda geosiyasi mənzərədə keyfiyyətcə yeni səhifə açıla bilər. Sülh, barış, əməkdaşlıq səhifəsi. Və bu səhifənin memarı Azərbaycan Prezidentidir!
Xəbərin oxunma sayı : 328
Analiz
Xəbərlər
-
Nəsrindən bikini və əzələ şousu - Fotolar
-
Zinəddin Zidan axır ki, razılıq verdi - Bu klubu çalışdıracaq
-
Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - VİDEO
-
Səs-küy salıb, qonşularını narahat edənləri hansı cəza gözləyir? – HÜQUQİ İZAH
-
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
-
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
-
Banklar 3 ayda faizlərdən nə qədər qazanıblar? – Tam siyahı
-
“Qərb Zelenskini aradan götürəcək” – Medvedev
-
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
-
İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər - VİDEO
-
Buraxılış imtahanının nəticələri elan olundu - DETALLAR
-
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək - Bu tarixdə
-
Uşaqlara peyvənd vurulacaq - Nazir əmr imzaladı
-
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
-
“Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir“ - İran rəsmisi
-
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO
-
Evlənmək istəyənlər psixoloji müayinədən keçməlidirlər? - VİDEO
-
Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
İran və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - FOTO
-
Maliyyə Nazirliyindən büdcədən vəsait alan qurumlara MÜRACİƏT
-
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
-
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Şirkət rəhbərinə hökm oxundu - Bu nazirliyin vəsaitini mənimsəmişdi
-
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident qanuna dəyişikliyi təsdiqlədi
-
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“İsrail və İran fərqli şeylər deyir“ - Ərdoğan
-
“Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb” - Deputat
-
Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ
-
20 min manat borca görə qəssab HƏBS EDİLDİ
-
Deputat nazirliyin fəaliyyətini tənqid etdi: “Özündən qanun düzəldib...”
-
Azərbaycanda marketlərdə 19 manata satılan kərə yağı Rusiyaya 9,6 manata ixrac edilir – RƏSMİ
-
Hal şahidləri əvəzinə videoçəkiliş: İXM-ə dəyişiklik edilir
-
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - RƏSMİ
-
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
TOP 10
ARXİV