Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Borclu şəxsi bağ evində soyundurdular: “Arvadımın qızıllarını...“ – Təfərrüat/Video

Tarix 16.02.19, 20:07

Font ölçüsü : - / +
bitmap-img6


Xırdalanda silahlı insident törətməkdə təqsirli bilinən Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruzpeykar, Məhəmməd Əhmədovun cinayət işi üzrə prosesə baxılıb.

Teleqraf.com İctimai televiziyada yayımlanan “Qanundan kənar” verilişinə istinadla xəbər verir ki, hadisə 2017-ci ilin mart ayında Xırdalan şəhərinin 28-ci məhəlləsində qeydə alınıb.

Çay evlərinin birinin qarşısında 47 yaşlı Nəcəfov Valeh Əzizağa oğlu baş nahiyəsindən güllə ilə vurularaq qətlə yetirilib, digər şəxs isə - 32 yaşlı Qəbələ rayon sakini Paşayev Xəyal Oqtay oğlu yaralı halda 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

İlkin müayinələr zamanı məlum olub ki, Xəyal Paşayev 3 odlu silah yarası alıb. Güllələrdən heç biri onun bədənində qalmayıb.

Belə ki, güllələr onun qarın divarını, çiynini və sol qolunu deşərək keçib.

Atışma yerində dünyasının dəyişən şəxsin isə əlində “Makarov“ tipli tapança olub, həmçinin ərazidən 7-dən artıq giliz aşkar edilərək götürülüb.

Cinayət yerində rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları da olublar.

Xəyal Paşayev polis nəzarətində müalicə alandan sonra xəstəxanadan həbsxanaya köçürülüb.

İstintaq zamanı məlum olub ki, tanışı Xəyal Paşayevə Valeh Nəcəfovun İranlı şərikinə olan 30 min ABŞ dollar borcunu ödəmək istəmədiyini deyib və pulun alınmasında iranlı Bəşir Qəhrəmaniyə köməklik göstərilməsini xahiş edib.

Xəyal Paşayev bir müddət Valeh Nəcəfovu izləyib.

Mart 29-u Xəyal Paşayev, Kənan Həsənov, Hilal Bayramov, Allahverdi Ruzpeykar Valehin yaşadığı evin qarşısına gəlib, onu Xəyal Paşayevə məxsus "Mersedes" markalı avtomobilə mindirib Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən kafelərdən birinə aparıblar.

Xəyal orada Valehə zərbələr endirib və hədə-qorxu ilə ondan iranlı şəriki Bəşir Qəhrəmaniyə olan borcunu ödəməsini tələb edib.

Daha sonra Valeh Nəcəfovu dəstə üzvü və Xəyal Paşayevin bacanağı olan Məhəmməd Əhmədova məxsus bağ evə aparıblar. Orada onu soyunduraraq döyüblər.

Ailə üzvlərinə və yaxınlarına işgəncə verəcəklərini deyərək onu hədələyiblər. Hədə-qorxu və aldığı zərbələrdən sonra Valeh həyat yoldaşına məxsus qızılları borc əvəzinə verməyə razılaşıb.

Bundan sonra Valeh Nəcəfov yaşadığı evə gətirilib, o da 15000 dəyərində bir cüt briliyant qaşlı sırğa və qızıl üzük dəstini həyat yoldşından alaraq Xəyala verib.

Razılaşıblar ki, səhəri gün görüşüb borc mübahisəsini həll etsinlər.

Səhəri gün Xəyal Kənan Həsənova göstəriş verib ki, Valehlə onu Xırdalandakı kafelərdən birində gözləsin. Xəyal Paşayev özü isə dəstənin digər üzvləri ilə qızılı satmaq üçün müxtəlif şəxslərə təklif ediblər.

Lakin onları razı salan məbləğ deyilmədiyindən qızılları satmayıblar və kafedə olan Kənanla Valehin yanına gəliblər. Burda dəstə üzvləri Valeh Nəcəfovu söyüb və döyüblər.

Bu zaman Valeh Nəcəfov özünü müdafiə üçün üzərində olan silahı çıxararaq atəş açıb.

İttihama görə, daha sonra dəstə üzvlərinin müdaxiləsi ilə silah Valeh Nəcəfovdan alınıb. Silahı əlinə götürən Xəyal Valeh Nəcəfova atəş açaraq onu qətlə yetirib. Atışma zamanı Xəyal Paşayev özü də 3 güllə yarası alıb.

Qonşusu təcili tibbi yardım çağırıb. Bundan sonra yaralı Xəyal Paşayev xəstəxanaya aparılıb.

Kənan Həsənov hadisədən bir gün sonra saxlanılıb. Saxlanılan zaman onun üzərindən narkotik maddə də aşkarlanıb. Keçirilən əməliyyat tədbirləri ilə Bilal Bayramov, Allahverdi Ruzpeykar və Məhəmməd Əhmədov tutularaq istintaqa təhvil verilib. İstintaq orqanı mütəşəkkil dəstəyə cinayət məcəlləsinin 11 maddəsi ilə ittiham elan edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə cinayət məcəlləsinin 11 maddəsi ilə təqsirləndirilən Xəyal Paşayev 19 il, Kənan Həsənov 18 il, Bilal Bayramov 18 il, Allahverdi Ruszpeykar 13 il və Məhəmməd Əhmədov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.









Xəbərin oxunma sayı : 2266




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap