Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

AFFA-da biabırçılıq: hakimlərin pulu kəsilir, qonorarlarından “şapka“ tutulur

Tarix 16.02.19, 22:04

Font ölçüsü : - / +
bitmap-img6


Yeni formalaşan AFFA Hakimlər və Hakim İnspektorlar Komitəsindəki nöqsanlardan zaman-zaman yazırıq.

Hələ bir neçə ay bundan öncə aşağı liqaların bölgə oyunlarına təyinat alan hakimlərin sentyabr ayı üçün ezamiyyət xərclərinin verilməməsi haqda xəbər də vermişdi.

Əldə etdiyimiz yeni məlumata görə, 2019-cu ildən, AFFA-nın baş katibi Elxan Məmmədovun göstərişi ilə, ümumiyyətlə, bütün ezamiyyət xərcləri ləğv olunub. Yəni, bundan sonra "Region Liqası" və aşağı yaş qrupundan ibarət uşaq liqalarının oyunlarına təyinat alan hakim Bakıdan bölgəyə öz hesabına getməlidir. 

AFFA buna qarşılıq hakimlərin qonorarlarını artırıb. Amma ezamiyyə xərci ilə artan qonorar arasında böyük uçurum var. Bakıdan deyək ki, Qərb bölgəsinə, yaxud Zaqatala-Balakən zonasına qatarla bir nəfərin gediş-gəliş, yemək xərci 50-60 manat arası edir. Ezamiyyət xərcini ləğv edən AFFA qonorarı 60 manatdan 80 manata qaldırıb. Yəni qonorarlar 20 manat artıb. Amma əvəzində daha yüksək olan ezamiyyət xərci ləğv olunub. Yəni 80 manat qonorar alan hakim bunun 50-60 manatını yola, yeməyə xərcləyir. 

Üstəlik, nə qədər absurd görünsə də, AFFA hakimlərə verdiyi qonorardan 17 faiz də vergi tutur. 80 manatın 17 faizi də hardasa 14-15 manat eliyir. 80 manatın 50-i yola, 15-i də vergiyə çıxılandan sonra yerdə qalır cəmi 15 manat. Yəni "Region Liqası"nın oyununu idarə edən hakimin qazancı cəmi 15 manat olur. 

O da maraqlıdır ki, bu 17 faizin özü belə, müəmmalıdır. Çünki məlumata görə, həmin 17 faizdən yarısı qanuni vergi kimi tutulur. Siqnallar var ki, yerdə qalan hissə vergi adı ilə tutulsa da, əslində "şapka" rolunu oynayır. 

Mənbə: Rekord.az 



Xəbərin oxunma sayı : 724




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap