Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi:“Qoşunların çıxarılması prosesi birdən-birə baş verməyəcək“

Tarix 18.02.19, 10:24

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri bildirib ki, Birləşmiş Ştatların hərbi qüvvələrinin Suriyadan çıxarılması prosesi birdən-birə baş verməyəcək. Onun sözlərinə görə, rəsmi Vaşinqton müffəfiqlərinin onlarla “kifayət qədər məsləhət olunmadığını” fikirləşməsini istəmir.

ABŞ prezidenti Donald Trampın Birləşmiş Ştatların hərbi qüvvələrinin Suriyadan çıxarılması qərarı Amerikanın müttəfiqləri tərəfindən təəccüblə qarşılanıb. Qərar ABŞ-ın müdafiə nazirliyinin rəsmiləri arasında çaşqınlıq yaradıb və keçmiş müdafiə naziri Cim Mattisin istefası ilə nəticələnib.

Münhen Təhlükəsizlik Konfransında danışan Ceyms Ceffri deyib ki, Tramp administrasiyası dekabr ayının ortalarından müttəfiqlərlə qüvvələrin “dərhal və sürətlə çıxarılmayacağı ilə bağlı davamlı şəkildə” danışıqlar aparıb.

ABŞ prezidenti Donald Tramp bu günlərdə Suriya ərazisinin yaxın zamanda “İslam dövləti” qrupundan 100 faiz təmizlənəcəyini bəyan edib. ABŞ-ın müdafiə və kəşfiyyat rəsmiləri Suriyada hələ də 1500-ə yaxın İŞİD ekstremistinin qaldığına inansa da, dəyərləndirmədə ehtiyatlıdırlar.

Tənqidçilər bildirir ki, Suriyada ABŞ hərbi qüvvələrinin çıxarılmasından sonra yarana biləcək boşluqda İŞİD və Əl-Qaidə qüvvələri yenidən baş qaldıra bilər. Bu qüvvələrin müəyyən elementləri İraqda da qalır.

Suriyanın özündə isə ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri Bağuz kəndi ətrafında İŞİD-in son istehkamına hücumlar keçirir. Bir zamanlar Suriya və İraqda geniş ərazilərə nəzarət edən İslam Dövləti qrupu hazırda Suriyanın şərqindəki Bağuz kəndində bir kvadtat kilometrlik əraziyə sıxışdırılıb.

Suriya və ya İraqda İŞİD-in nəzarət etdiyi ərazidə sonuncu istahkamın ələ keçirilməsi ekstremist qrupun elan etdiyi “xilafətin” sütuqu məqsədilə başladılmış dörd illik qlobal kampaniyanın sonu demək olacaq.



Xəbərin oxunma sayı : 154




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap