Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bəşər Əsəd Suriya müxalifətinə səsləndi:“Ölkəniz üçün döyüşməsəniz, Osmanlının qulu olacaqsınız“

Tarix 18.02.19, 15:21

Font ölçüsü : - / +
bitmap-img6


Suriya prezidenti Bəşər Əsəd ABŞ-ın Suriyadan əsgərlərini çıxarmaq qərarından danışarkən Suriya Demokratik Qüvvələrinə (SDQ) səslənib:

“ABŞ çəkildikdən sonra sizi türklərin hücumlarından qorumayacaq. Amerikalılar sizi ürəklərində daşımır. Sizi ciblərinə qoyacaqlar, bununla da bir bazarlıq obyekti olacaqsınız. Sizi öz dövlətinizdən başqa heç kim qorumayacaq”.

Əsasını kürd silahlı qüvvələrdən ibarət YPG-nin yaratdığı SDQ özünü İslam Dövləti adlandıran (İD) yaraqlıları ilə döyüşürdü. Onlar ABŞ-ın dəstəyi ilə İD-ə qarşı quru əməliyyatları aparırdı. Bazar günü televiziya kanallarında canlı yayımlanan çıxışında Bəşər Əsəd SDQ-yə səslənərək deyib:

“Əgər ölkənizi qoruyub mübarizə aparmaq üçün özünüzü hazırlamasanız, Osmanlının qulu olmaqdan başqa bir şey əldə edə bilməyəcəksiniz”.

SDQ təmsilçiləri ABŞ qoşunu Suriyanı tərk edəndən sonrakı fəaliyyətinin müzakirəsi üçün toplaşıb. Prezident Donald Tramp ötən ilin dekabrında ABŞ-ın Suriyadakı əsgərlərini geri çəkməsinə qərarı verib. Suriyanın şimalında 2000-dək ABŞ hərbçisinin olduğu bildirilir.

Donald Tramp bu ilin əvvəlində “Twitter”də yazmışdı ki, ABŞ qoşunları Suriyadan çıxarılandan sonra Türkiyə ordakı kürd qüvvələrinə hücum edərsə, Türkiyənin iqtisadiyyatı viran qoyulacaq.

Türkiyə Suriya kürdlərinin YPG təşkilatını terror təşkilatı hesab edir, ABŞ isə Suriyada apardığı hərbi əməliyyatlarda YPG bölmələri ilə müttəfiq olub. Prezident Tramp qoşunları çıxarmaq qərarını müdafiə edərək deyib ki, özünü İslam Dövləti adlandıran (İD) qüvvələrin qalıqlarına zərbə havadan da endirilə bilər.

ABŞ-ın ilk quru qüvvələri Suriyaya 2015-ci ilin payızında gəlib. O dövrdə prezident Barak Obama YPG döyüşçülərinə təlim keçmək üçün Suriyaya az sayda xüsusi təyinatlı hərbi qoşun qüvvələri göndərmişdi. Sonradan ABŞ qoşunlarının sayı artırılıb.

(BBC Azərbaycanca)



Xəbərin oxunma sayı : 154




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap