Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Dövlətin milyonlarını ələ keçirib, 20 ildən çox gizlənən Emil Xəlilov azadlığa çıxdı - Məhkəmədən şok qərar

Tarix 18.02.19, 19:41

Font ölçüsü : - / +
bitmap-img6


"İnterpol"un tutduğu azərbaycanlı hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Xəlilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün, onun işinə xitam verilib. E.Xəlilov məhkəmə iclas zalından azadlığa buraxılıb.

Qeyd edək ki, E.Xəlilov dövlətin milyonlarını ələ keçirməkdə ittiham edilir. Belə ki, o, 1996-1999-cu illərdə faktiki rəhbərlik etdiyi "AİA", "Emil-96", "Titanus" və digər firmalarla Ticarət Nazirliyinin "Azərbaqqaliyə" TTK arasında müqavilələr bağlayaraq ölkəyə şəkər tozu gətirəcəyini bildirib. Lakin dövlət tərəfindən ayrılan vəsaiti ələ keçirib. Həmçinin "RİÇ" firmasına da şəkər tozu gətirmək vədi verib.

Hazırkı məzənnə ilə E.Xəlilovun vurduğu zərər ümumilikdə 3 milyon 381 min manatdır. Xəlilov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (sənədləri məhv etmə) maddələri ilə ittiham edilir.

Xatırladaq ki, E.Xəlilov uzun müddət beynəlxaql axtarışda olub. O, bu il avqustum 8-də Ukraynada həbs edilib və Azərbaycana ekstradisiya olunub. Onun barəsində mətbuatda fərqli məlumatlar da var.

Belə ki, bu ilin avqust ayında Ukrayna baş prokurorunun müavini Yevgeni Yenin özünün “Facebook” səhifəsində Xəlilov haqda yazıb. O, qeyd edib ki, azərbaycanlı E.Xəlilov Ukraynada saxta sənədlərlə yaşayıb və mütəşəkkil cinayətkar qrupa rəhbərlik edib.

Y.Yenin yazıb ki, E.Xəlilov Cənubi Amerikadan Avropaya narkotik daşıyan cinayətkar qrupa rəhbərlik edib: "Bu yaxınlarda Emil Xəlilov status qazanıb və “vor zakon” olmağa can atır. Deyə bilərəm ki, saxlanılan şəxs Ukrayna mənşəli “vor zakon”ların cinayətkar fəaliyyəti ilə bağlı çox vacib ifadələr verib”.



Xəbərin oxunma sayı : 862




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap