Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Xocalı soyqrımını tanıyan İslam Əməkdaşlıq Təşkilatı - Bakının etibar etdiyi müsəlman platforması

Tarix 25.02.19, 22:14

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan xalqı öz tarixinin ən qanlı səhifəsi olan Xocalı soyqrımının anım gününü qeyd edir. XX əsrin sonlarında baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.  Xocalı soyqırımı əsrin Xatın, Serebnitsa, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Bu soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocadır. 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-sinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi indi də məlum deyil.

Xocalı soyqrımının dünyada tanıdılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Dövlətimiz Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. 

Bu siyasətin nəticələri də göz önündədir. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Prezident İlham Əliyevin  90-cı illərdə ümummilli lider, mərhum Heydər Əliyevin bu yöndə apardığı kursa söykənən siyasəti ölkənin ictmai təşkilatları üçün öz fəaliyyətini müəyyən etməyə imkan yaradıb. Hər bir qurum öz çapında bu qətliamın tanıdılması üçün gücünü ortaya qoyub. Bu sırada Heydər Əliyev Fondunun xidmətləri qeyd olunmalıdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən "Xocalıya Ədalət” beynəlxalq kampaniyası soyqırımının tanıdılmasında xüsusi rol  oynayıb. Əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınması olan bu kampaniya  çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunub.

Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı diasporun əsas hədəflərindən biri yaşadıqları dövlətdə bu dəhşətli soyqırımı haqqında həqiqətləri yaymaqdır. Müxtəlif ölkələrdə vaxtaşırı keçirilən müxtəlif tədbirlər, toplantılar, xatirə günləri faciənin arxa plana keçməsinə imkan vermir.  Dispor Komitəsinin Brüsseldə təşkil etdiyi Ümumavropa Qarabağ mitinqi də bu baxımdan dünyaya mühüm mesaj sayıla bilər.

Həm diplomatik, həm ictimai-siyasi cəbhədə aparılan məqsədəyönlü siyasət nəticəsində yalan üzərində qurulmuş erməni təbliğat maşını dağıdılır. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan,  parlament səviyyəsində isə Meksika, Kolumbiya, Çexiya, Bosniya və Hersoqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyıb.  İndiyədək ABŞ-ın  22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı" və "Xocalı faciəsi" kimi, digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır.


Qafqaz Müsəlmanları İdarəsi də digər təşkilatlar kimi prezident İlham Əliyevin bu istiqamətdə yürütdüyü siyasətin dünyada tanınması üçün öz səylərini ortaya qoyub.  QMİ  soyqrımı  harayının dünyada eşidilməsi  üçün əlində olan bütün mötəbər tribunalardan həmişə istifadə edib. 27 il əvvəl - faciə baş verən gündən dərhal sonra şeyxülislam dünyanın nufuzlu siyasətçilərinə və din xadimlərinə ünvanladığı bəyanatlarında onları soyqırımına düçar olmuş insanların faciəsinə biganə qalmamağa səsləmişdi. Qarabağ münaqişəsində dövlətimizin haqlı mövqeyinin müdafiə olunması, Xocalı soyqırmının tanıdılması QMİ-nin əsas prioritetlərindən olub.

QMİ həmçinin Xocalı ilə bağlı ölkəmizdə digər dini konfessiyaların vahid mövqeyini nümayiş etdirməklə dinindən və etiqadından asılı olmayaraq hamını bu antihumanist qırğına öz mövqeyini bildirməyə çağırır.  Hər il Xocalı soyqırımının  ildönümündə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakıdakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və insan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət ünvanlayırlar. 

Müraciətdə bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə minlərlə dinc, silahsız, müdafiəsiz Xocalı sakini erməni işğalçılarının qəfil və amansız basqınına məruz qalıb.  Din xadimləri bəyan edirlər ki, tarixi reallıq kimi Xocalı faciəsi – Holokost, Hernika, Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş qətliamların bir rəmzidir. 

Bu baxımdan Qarabağ probleminin, Xocalı soyqırımının dünya çapında təbliğində  QMİ də digər təşkilatlar kimi dövlətin mühüm prioritetlərinin daşıyıcısı kimi çıxış edir.  Şeyxülislam Allahşükür Paşazadə Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı Xocalıda törədilənləri vəhşiliklərin kulminasiya nöqtəsi adlandıraraq, bu cinayəti  edənlərin hələ də hüquqi cəzasını almadığını vurğulayıb.

"Həqiqət bundan ibarətdir ki, bütov bir şəhərin məhv edilməsi soyqırımı aktıdır. Növbəti dəfə beynəlxalq təşkilatlara müraciət edirik ki, bu soyqırımına biganə qalmasınlar, Qarabağ münaqişəsinin həllində bizə kömək etsinlər. Ən əsası isə haqqın tərəfində olsunlar”-deyən  şeyxulislam və onun rəhbərlik etdiyi QMİ Azərbaycan Prezidentinin bu istiqmətdə yürütdüyü siyasətin müsəlman dünyasında dəstək qazanması üçün öz səylərini əsirgəməyib.

Artıq neçə illərdir ki, İslam Əməkdaşlıq Təşkilatı  Azərbyacanın başına gətirlmiş bu qətliamın dünyada tanıdılmasında ölkəmiz  üçün ciddi tərəfdaşdır.   Xocalı soyqırımının müsəlman dövlətləri arasında tanınması ilə bağlı proses hələ 90-cı illərin lap əvvələrindən aparılıb. Allahşükür Paşazadənin 1992-ci ildə Xocalı qırğını ilə bağlı dünya dövlətlərinə etdiyi müraciətə ilk olaraq İƏT-dən cavab gəlmişdi. Həmin dövrdə təşkilatın tamhüquqlu üzvü olan Bakı müsəlman dövlətləri ilə münasibətlərdə onların ciddi dəstəyini  əldə edirdi.

QMİ sədrinin bilavasitə təşəbbüsü sayəsində 1991-ci ildə SSRİ-nin müsəlman respublikaları arasında ilk olaraq Azərbaycanın İslam Konfransı Təşkilatının (indiki adı İƏT – İslam Əməkdaşlıq Təşkilatı) üzvlüyünə qəbul edilməsi qurumu sonradan müstəqil dövlətimiz üçün mühüm platformaya çevirdi. 90-cı illərin əvvələrində erməni təcavüzü ilə üz-üzə qalan Azərbaycan üçün o zaman İƏT-nın dəstəyi mühüm faktora çevrildi. Həmin dövrdə ölkəmizin mövqeyinin islam dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması çox vacib məsələlərdən idi. 90-cı illərdə erməni təcavüzünün genişləndiyi bir dönəmdə  informasiya təbliğat imkanları zəif olan ölkəmizin  öz haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında İƏT-in rolu əhəmiyyətli oldu.

Müsəlman ölkələri Azərbyacan xalqının bu dərdinə biganə qalmayıb və faciənin baş verdiyi ilk gündən həmrəylik mesajlarını vermişdilər. Təsadüfi deyil ki, bu dövlətlərin cəmləşdiyi İslam Əməkdaşlıq Təşkilatı beynəlxalq təşkilatlar sırasında Xocalı faciəsini ilk dəfə olaraq soyqırımı aktı kimi tanıyıb.

2012-ci il yanvarın 30-da İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) İndoneziyanın Palembanq şəhərində keçirilən 7-ci sessiyasında qəbul edilən "Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü” adlı qətnamədə  təşkilat üzv-ölkələrin parlamentlərini  26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən və soyqırımı xarakteri daşıyan kütləvi qırğını müvafiq şəkildə tanımağa çağırır və Xocalı qırğınını törədənləri məsuliyyətə cəlb etməyi tələb edirdi.  Bu qərarın Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınması üçün zəmin yaratdığını söyləmək olar. Sənəddə öz əksini tapmış cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsi tələbi isə qətliamda iştirak etmiş hüquqi və fıziki şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün hüquqi əsasdır. 

Müsəlman ölkələrinin nufuzlu bloku olan İƏT-in bundan iki il əvvəl -2010-cu ilin yanvarın 31-də üzv dövlətlərin Parlament İttifaqının Uqandanın Kambala şəhərində keçirilən VI konfransında "Xocalıya ədalət” beynəlxalq kampaniyasına dəstək çərçivəsində xüsusi qətnamə qəbul edilmişdi.  İƏT Parlament İttifaqı qəbul etdiyi Qətnamədə İslam Konfransı Gənclər Forumunun baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən, Xocalıda dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğın haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına yönələn "Xocalıya ədalət” beynəlxalq kampaniyasını dəstəkləmişdi.

Xocalı qırğınının  27-ci ildönümü ilə əlaqədar İƏT-in yaydığı bəyanatda bir daha bu soyqırımı xatırlanır və səbəbkarların məsuliyyətə cəlb olunması tələb olunur. İƏT-in baş katibi Yusif bin Əhməd əl-Useym soyqırımının 27-ci ildönümü ilə əlaqədar faciədə həyatını itirmiş şəxslərin xatirəsini yad edib. Baş katib qeyd edib ki, Xocalı faciəsi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qeyri-qanuni işğalının nəticəsidir. O, işğal olunan Azərbaycan ərazilərində mülki azərbaycanlı əhaliyə qarşı törədilən hərəkətləri müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi dəyərləndirən İslam sammitinin 12-ci iclasının Qahirə Yekun Kommünikesinə və İƏT Xarici İşlər Nazirləri Şurasının əvvəlki sessiyalarında qəbul edilən qətnamələrə istinad edib. Baş katib Azərbaycanın ərazilərinin işğalına son qoyulması və ərazi bütövlüyünün bərpası istiqamətində təşəbbüslərinə və səylərinə İƏT-in tam dəstəyini ifadə edib.

Azərbaycan məruz qaldığı bu soyqırımı aktının dünyada tanıdılması üçün apardığı siyasət çoxşaxəlidir. Bunun üçünsə mötəbər beynəlxalq təşkilatlarla fəal və faydalı əməkdaşlıq imkanları çox vacibdir. Bu baxımdan İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan üçün bu öz haqq işinin müdafiəsi baxımından müsəlman dünyasında mühüm və etibarlı platformadır.






Xəbərin oxunma sayı : 802




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap