Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Pakistan-Hindistan hərbi qarşıdurması:Kimin silah cəbbəxanası daha üstündür – Araşdırma

Tarix 28.02.19, 14:21

Font ölçüsü : - / +
bitmap-img6


Aleksandr Şarkovski

Nezavisimaya gazeta, 27.02.2019

 
Pakistan Silahlı Qüvvələrinin təmsilçisi İslam Respublikasının döyüş aviasiysası ilə Hindistan ərazisindəki hədəflərə hücumdan və Hindistan HHQ-nin Kəşmir səmasında vurulan iki təyyarəsindən danışıb. Dehli məlumat verir ki, Pakistanın “F-16”-sı məhv edilib, qabaqlar ona məxsus pilotsuz vurulub. Habelə Hindistan HHQ helikopterinin fəlakəti haqda xəbər verilir. İslamabad və Dehli hava məkanını bağlayıb. Tərəflərin qoşunları Kəşmirdə və bütün sərhəd boyu hər an hərbi əməliyyata başlamağa hazırdır. Kəşmirdə məhdudlaşdırma xəttində atışma baş verib, tərəflər itkiyə düçar olub.

Pakistan Müdafiə Nazirliyi və Hindistan tərəfi düşmənin döyüş təyyarələrinin məhvi haqda məlumat verir. İslamabaddan İslam Respublikası aviasiyasının Hindistan ərazisindəki obyektlərə altı zərbə vurduğu, Hindistan HHQ-nin vurulmuş iki təyyarəsi və ələ keçirilmiş iki pilot barədə məlumat veriblər. Dehli Pakistan hava qüvvələrinin məhv edilmiş bir “F-16”-sı və öz tərəfindən bir “Mi-17” helikopterinin itirilməsi haqda məlumat verir. Kəşmirdə məhdudlaşdırma xəttində hərbi əməliyyatlar fəallaşıb. Pakistan tərəfi çərşənbə günü gündüz düşmənə atıcı silahdan və 15 yaşayış məntəqəsinə artilleriyadan atəş açıb. Hindlilər borclu qalmayıblar. Həlak olan və yaralılar haqda məlumatlar var. İndiyədək hər iki tərəfin yalnız aviasiyası sərhədi keçib, bu zaman quru bölmələri qeydə alınmayıb. Münaqişə iştirakıçılarının qoşunları təkcə Kəşmirdə deyil, həm də bütün Hindistan-Pakistan sərhədi boyu yüksək döyüş hazırlığına gətirilib. Amma hələlik atəş ancaq məhdudlaşdırma (nəzarət) xəttində və yaxınlığındakı Cammu və Kəşmirdə açılır. İslamabad öz hava məkanını mülki aviasiyanın tranzit uçuşları üçün bağlayıb. Hindistan ancaq özünün şimal torpaqlarında hava məkanından istifadəyə məhdudiyyət qoyub. Münaqişənin sonrakı yayılması olduqca mümkündür. Lakin tərəflər əsas qüvvələrini və ordularının vasitələrini ölkənin dərinliyindən sərhədə sarı hərəkətləndirməyə başlamayıb və səfərbərlik aparmırlar. Bu bildirir ki, İslamabad və Dehli hələlik ciddi vuruşmaq niyyətində deyil.

Tərəflərin hərbi imkanları belədir.

Hindistan hərbi ehtiyaclara 47 milyard dollar, halbuki Pakistan yalnız 7 milyard dollar itirir. İslamabadın sərəncamında 140-150, Hindistanın 130-140 nüvə döyüş başlığı var, burada bərabərlik müşahidə olunur. Hindistan silahlı qüvvələrində nizami şəxsi heyətin sayı 1 362 500, ehtiyatda olanlar 2 844 750, tanklar 4426, zirehli döyüş maşınları (ZDM) 3147, özüyeriyən artilleriya qurğuları (ÖAQ) 190, yedəklənən  silahları 4158, reaktiv yaylım atəşi sistemləri (RYAS), taktiki və əməliyyat-taktiki raket kompleksləri (TRS və ƏTRS) 266-dır. Təyyarələr cəmi 2185-dir, bunun 590-ı qırıcı, 804-2 cəbhə bombardmançısı, 708-i nəqliyyat, 251-i təlim-döyüş təyyarəsidir. Ümumi helikopter parkı 720 ədəddir, bunun yalnız 15-i hücum üçündür. Hindistan HDQ-nin tərkibində 1 aviadaşıyıcı (keçmiş “Sovet İttifaqının donanma admiralı Qorşkov” AADK), 14 freqat, 11 esmines, 22 keçikçi gəmi, 16 sualtı qayıq, 4 minatutan və 139 gözətçi gəmi var.

Pakistan Silahlı Qüvvələrinə gəlincə, orada nizami bölmələrin şəxsi heyəti və birləşmələr düşməninkindən iki dəfə az – 637 min, ehtiyatdakılar 282 mindir. Amma məlum olduğu kimi, sayla deyil, bacarıqla vuruşurlar. Tanklar 2182, ZDM-lər 2604, ÖAQ 307, yedəklənən artilleriya 1240 lülə, reaktiv sistem və raket kompleksləri 1281, o cümlədən qırıcılar 320, cəbhə bombardmançısı 410, nəqliyyat təyyarəsi 296, təlim-döyüş təyyarələri 486-dır. Helikopter parkı 328 maşından ibarətdir, bunun 49-u hücum üçündür. İslam Respublikasının donanamsı düşməninkindən zəifdir. Onun döyüş heyətində yalnız 11-i freqat olan 197 gəmi, 5 sualtı qayıq, 3 minatutan və 11 patrul gəmisi var. Tərəflərin silahlanma keyfiyyəti və hərbi texnikasının durumunu tutuşdurmaq çətindir. Burada ədalətli hakim yalnız döyüş meydanı olacaq. Məsələn, Pakistanın zirehli texnikası əsasən Çin istehsalıdır (Çinlə birgə). Ukraynanın T-80 tankları var (çox ehtimal ki, aşağı keyfiyyətli). “Ortayaşlı” HHQ parkı Çin, Amerika və Fransa nümunələrindən ibarətdir. Amma, misalçün, “F-16” döyüşdə özünü pis göstərməöyib.

Hindistanın tank parkında özünün köhnə “Arcun”u (124 ədəd aşağı keyfiyyətli), ən azı, 1250 T-90-ı, 2414 ədəd T-72-i birləşdirir və bir xeyli köhnəsi saxlanmaqdadır. Sualtı donanmanın iki atom sualtı qayığı var – biri – “Arxant” özünündür, o biri Rusiyadan lizinqə götürülüb (layihə 971İ). Döyüş təyyarələri Fransanın “Mirage”-ları, Rusiyanın MiQ və Su-ları (o cümlədən 250 ədəd Su-30 MKİ-dir), həmçinin Britaniya, Fransa, İsrail və Rusiya (SSRİ) ilə ortaq yaradılmış müxtəlif lisenziya örnəkləridir.

Ümumiyyətlə, Hindistan Silahlı Qüvvələri düşməninkindən daha yaxşı görünür. Amma, tarixin göstərdiyi kimi, həm bu, həm də o biri tərəf hətta I dünya savaşı dönəminin Avropa orduları səviyyəsində döyüş əməliyyatları aparmaq bacarığına yiyələnməyib. Deyək ki, Hindistanın düzənlik əyalətləri – Pəncab, Racastan və Pakistanın bunlara bitişik Bahavalpur və Pəncab əyalətləri zirehli tank qüvvələrini və atəşə basmağın bütün spektrini bir nöqtəyə işlətməklə geniş cəbhədə manevrli savaş aparmaq üçün yararlıdır. Amma Hindistan və Pakistann qoşunları hərbi qarşıdurmanın heç birində bu imkandan yararlanmayıb. Və onlar indiki anda Cammu və Kəşmirin zirehli texnika işlətməyin çətinləşdiyi və artilleriyanın da imkanlarının sıxışdığı dağ massivlərində yerində saymağa üstünlük verirlər. Kiçik atıcı bölmələrlə piyada qaydasınca vuruşmaq lazım gəlir.

Qeyd etmək gərəkdir ki, cari münaqiaşədə tərəflərdən heç biri elan etməyib ki, təyyarələr HHM vasitələriylə vurulub. Təkcə aviasiya döyüşür, amma yüksəkliklərdə atəş mövqeyi tutmaqla dağlarda vadilər üzərində alçaqdan uçan təyyarələrə qarşı SZRK-dən effektli istifadə etmək olar. Hindistan və Pakistanın qarşıdurmasında hərbi əməliyyatların aparılmasında qəribədən də qəribə stereotiplər formalaşıb. Hər iki tərəfdə düşmənin ərazisinə praktik olaraq istənilən nöqtəyə nüvə döyüş başlığı çatdırmağa qabil raketlər var. Məsələn, Hindistanın 5 mindən 5,5 min km-ədək uçuş mənzili olan “Agni-5” BR-ə (BR-ballistik raket-red.) malikdir (Finlandiyanı vurar). “Agni” ailəsindən başqa BR-lər 700-3,5 min km məsafədə hədəfi vurur. Pakistanın “Hatf V” BR-i 1,3 min km maksimal hərəkət radiusuna malikdir (Hindistana bəs edər). “Babur” QR isə (QR-qanadlı raket-red.) 300 kq-lıq döyüş başlığını 700 km məsafəyə atmağa qabildir. Amma silahlanmanın bu seqmentində bərabərliyə görə yaranmış durumun nüvə zərbələri mübadiləsinə keçməsi ehtimalı azdır.

Buna da diqqət yetirməyinə dəyər ki, ABŞ-ın bu yaxınlarda İslam Respublikasının ərazisinə hava zərbələri endirərək etdiyi kimi Hindistan da Pakistana münasibətdə özünü belə nəzakətsiz aparıb. Ola bilsin, bu aksiyanın hazırlanmasına Vaşinqtondan müşavirlər qatılıb və Hindistan Balakot bölgəsində (Pakistan Kəşmirinin başqa hissəsində) terrorçuların düşərgəsinə hücuma başlamamışdan qabaq ABŞ-ın dəstəyini əldə edib. Buna görə də durumun kəskinləşdiyinə baxmayaraq, yenə də əminlik var ki, İslamabad və Dehlinin cari silahlı qarşıdurması sərhəd münaqişəsi səviyyəsində qalar və tammiqyaslı savaşa keçməz.

Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 235




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap