Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“AtaBank” rəhbərliyində ikihakimiyyətlilik yaranıb - Fazil Məmmədovun “silib-süpürdüyü“ bankda böhran

Tarix 01.03.19, 15:09

Font ölçüsü : - / +
bitmap-img6


Sirr deyil ki, Azərbaycanda bir çox sahələr kimi, bankların da əksəriyyəti oliqarx-məmurların nəzarəti altındadır. Bu məmurlar, nazirlər rəhbərlik etdikləri sahələrə aid, eləcə də biznesləri ilə bağlı maliyyə əməliyyatlarını öz banklarında həyata keçirərək, burdan da xeyli qazanc əldə edirlər. 
Özlərinə aid bankların olması nazirlərə eyni zamanda dövlət büdcəsindən nazirliyə ayrılmış vəsaitləri müxtəlif maliyyə maxinasiyaları vasitəsilə rahat “silmək” imkanı da yaradır. Büdcədən nazirliklərin təsərrüffat fəaliyyəti üçün ayrılmış vəsaitlərin müəyyən hissəsini bankları vasitəsilə kredit kimi paylayaraq qazanc götürən nazirlər də var. Eləcə də bu banklara müxtəlif mənbələrdən daxil olan vəsaitləri öz yaxın adamlarının adına girovsuz və ya çox dəyərsiz bir girov müqabilində kredit kimi verərək, mənimsənilməsi hallarına da təsadüf olunur.

Əlbəttə, bu cür əməliyyatları “səsiz-səmirsiz” reallaşdırmaq üçün nazirlər adətən öz banklarının rəhbərliyinə yaxın və sözəbaxan adamlarını yerləşdirirlər. Buna görə də oliqarx-nazirlər işdən çıxarılan zaman onların banklarında ciddi böhran yaranır – rəhbərliyi dəyişdirilir, maliyyə problemləri yaşanmağa başlayır, filiallarının sayı azaldılır, bəzən hətta iflasa uğradıqları bəyan olunur.

Məsələn, bir zamanlar ölkənin ən güclü banklarından hesab olunan və sabiq nazir Heydər Babayevə məxsus “Standart Bank”ın taleyi buna əyani sübutdur…

скачанные файлы (1)











“AzPolitika.info” saytına daxil olan məlumatlar oxşar proseslərin sabiq Vergilər naziri Fazil Məmmədova məxsus olduğu bildirilən (bəzi mənbələr əlindən alındığını iddia edir-red.) “AtaBank”da da getdiyini ehtimal etməyə əsas verir.

Belə ki, saytımıza daxil olan məlumatda “AtaBank”da artıq son dərəcə gərgin vəziyyətin yarandığı iddia edilir.

“Bankla uzun müddət əməkdaşlıq edən müştərilərin də bildirdiyinə görə, bank öz öhdəliklərini artıq yerinə yetirə bilmir. Eyni zamanda bank öz əməkdaşlarına əməkhaqqı belə verə bilmir. Buna görə də əməkdaşlarının 50 faizini ixtisar edib“, - deyə məlumatda bildirilir. Bunun səbəbi kimi isə bankda məqsədli şəkildə ikihakimiyyətliliyin yaradılması göstərilir.

Belə ki, Fazil Məmmədov nazir işlədiyi dövrdə “AtaBank”ın İdarə Heyətinə öz yaxın adamını – bacısı oğlu Dəyanət Quliyevi sədr təyin edib. Ona görə də o, nazir vəzifəsindən azad edildikdən sonra bacısı oğlunun da İdarə Heyətinin sədrliyindən çıxarılacağı, həmçinin bankda kadr “təmizləməsinin” aparılacağı gözlənilib. Hətta bankın rəhbərliyinə sədrin müavini vəzifəsini tutan Etibar Babaşlının gətiriləcəyinə dair söz-söhbət də yayılıb. Ancaq bir ildən çox vaxt keçsə də, gözləntilər özünü doğrutmayıb.

deyanet_guliyev

Saytımıza məlumat verən mənbə bunun səbəbini Fazil Məmmədov tərəfindən bankdan götürülmüş külli miqdarda kreditlərin geri qaytarılmaması ilə bağlayır. Sabiq nazirin bacısı oğlunun bankda məsul vəzifədə bir növ “girov” kimi saxlanıldığı iddia olunur. Belə çıxır ki, Fazil Məmmədov bankdan çıxardığı vəsaitləri  geri qaytarmazsa, ilk olaraq bacısı oğlu məsuliyyətə cəlb ediləcək.

Mənbənin iddiasına görə, xeyli müddət keçməsinə baxmayaraq, bankdan götürülmüş külli miqdarda kreditlərin banka geri qaytarılmaması “AtaBank”da gərgin vəziyyətin yaranmasına, maliyyə durumunun günü-gündən ağırlaşmasına səbəb olub. Məhz buna görə də, bank öz əməkdaşlarına əməkhaqqı belə verə bilmədiyindən 50 faizə qədər ixtisara getməli olub.

Məlumatda daha bir maraqlı məqam Dəyanət Quliyevin bankda yaranmış ağır durumun məsuliyyətini onun yerinə gətiriləcəyi gözlənilən müavinin – Etibar Babaşlının üzərinə “yükləməsinə” dair iddialardır.

resizer

Belə ki, verilən məlumatda bir müddət öncə İdarə Heyətinin sədri vəzifəsinə iddialı olan və “təmizləmə” əmrini haradan aldığı bəlli olmayan sədr müavini E.Babaşlının artıq bu “istəklər”indən əl çəkdiyi bildirilir. Bu, onun D.Quliyev tərəfindən aldadıldığını başa düşməsilə əlaqələndirilir. “İndi “AtaBank”da artıq son dərəcə gərgin vəziyyət hökm sürür. Buna görə də rəsmi orqanlar tərəfindən sədr kimi D.Quliyev sorğu-suala çəkilməyə başlamışdır. D.Quliyev isə öz növbəsində sədr olmasına baxmayaraq, bütün səlahiyyətlərin E.Babaşlıda olduğunu bildirərək, yaranmış vəziyyətə görə onun cavabdehlik daşıdığını göstərib”, - deyə mənbə bildirir.

Onu da əlavə edir ki, D.Quliyevin bunu əvvəlcədən planlaşdırdığı güman edilir. Belə ki, o, bir müddət öncə bütün səlahiyyətləri qeyri-rəsmi olaraq E.Babaşlıya ötürüb. Hətta bank üzrə qəbul edilən qərarların da E.Babaşlı tərəfindən verilməsinə şərait yaradıb.

Sitat: “Məlumata görə, ümumiyyətlə D.Quliyev banka az-az hallarda gəlirmiş və beləliklə E.Babaşlını onun səlahiyyətlərinə sahiblənməyə həvəsləndirirmiş. Bu yolla bankda bütün səlahiyyətləri E.Babaşlıya ötürmüşdür. E.Babaşlı bütün sahələrdə bankı sədr kimi təmsil etmiş, bank adından qərarları özü qəbul etmişdir. Hətta, bankın yuxarı nəzarət orqanlarına da bu prosesdə E.Babaşlıya heç bir iradın tutulmaması da tapşırılmışdır.

Atabank_Conference_040313_040313_05

Lakin E.Babaşlı bir müddət öncə ona yaradılmış “xüsusi şəraitin” mahiyyətini dərk edib. Və bunun bir tələ olduğunu, gələcəkdə yaranacaq suallara D.Quliyevin deyil, məhz onun cavab verməli olacağını başa düşüb. Buna görə də D.Quliyevə kəskin etirazını bildirərək, vəzifəsindən ayrılmaq istədiyini bəyan edib. Lakin D.Quliyev və onun yaxın ətrafı E.Babaşlını bəlli olmayan vasitələrlə hələlik bankda saxlamağa nail olublar. Deyilənlərə görə, E.Babaşlı ölkənin bir neçə tanınmış banklarına iş üçün müraciət etsə də, D.Quliyev müxtəlif metodlarla onun yolunu kəsib”.

Saytımıza məlumat verən məmbə hazirda “AtaBank”da olan qeyri-müəyyən vəziyyətin davam etdiyini iddia edir.

Bu iddialarla bağlı  “AtaBank”ın da, eləcə də İdarə Heyətinin sədri  Dəyanət Quliyevin mövqeyini işıqlandırmağa hazırıq.




Xəbərin oxunma sayı : 580




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap