Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Ən çox korrupsiyaya bulaşmış dövlət orqanı budur…” - Qoşqar Təhməzliyə ağır ittihamlar

Tarix 10.03.19, 22:06

Font ölçüsü : - / +
bitmap-img6


“Məncə, bu gün Azərbaycanda korrupsiyaya ən çox bulaşmış dövlət orqanı – Qida Təhlükəsizliyi Agentliyidir. Şəhərin canına düşüb bütün kafe və restoranlardan rüşvət yığırlar. Halbuki, beynəlxalq təşkilatların rəyinə görə, Azərbaycanda qida təhlükəsizliyi problemi katastrofik durumdadır”.

AzFakt.com-un məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) qarşı belə sərt ittihamla jurnalist Eynulla Fətullayev çıxış edib. O, “Facebook” statusunda bu barədə söhbət açıb.
Jurnalist iddia edib ki, Bakının bazarlarında açıq şəkildə ölü heyvan əti satılır, AQTA məmurları isə onu satanlardan rüşvət alaraq, buna göz yumurlar.

eynulla

“Hər səhər, təxminən saat 5.00-dan-8.00-a qədər “Təzə Bazar”da ölü ətinin kilosunu 1 manatdan satırlar. Restoran və dönərxana sahibləri bu “qara nöqtənin” əsas müştərilərindəndir. Qida Təhlükəsizliyi Agentliyi bu “qara bazar”dan rüşvət alır və belə cinayətlərə göz yumur… Məncə, bu Agentliyinin fəaliyyəti ciddi nəzarətə götürülməlidir”, – Fətulayev davam edir.

Qida Təhlükəsizliyi Agentliyi ile ilgili görsel sonucu

Jurnalist öz statusuna AQTA rəhbəri Qoşqar Təhməzlinin fotosunu əlavə edərək fikrini belə bitirir:

“Tanış olun: Qoşqar Təhməzli, Agentliyin rəhbəri, faktiki olaraq özümüzə və balalarımıza qarşı çirkin əməllərin iştirakçısı…”

Qeyd edək ki, son vaxtlar AQTA-ya qarşı bu səpgili ittihamların sayı artıb.






Xəbərin oxunma sayı : 1069




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap