Əməkdar artist: ““Eurovision”da ən yadda qalan onların çıxışı idi” – VİDEO Son 2 ildə Xalq artistlərinin təqaüdü 50%, müharibə əlillərinin təqaüdü 10% artıb - RƏSMİ Arvadı Eserdən yeni villa istəyir Tacir Şahmalıoğludan efirdə ŞOK SÖZLƏR: “Tellinin hər yerini yeyərəm“ - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 May 2019

    Əməkdar artist: ““Eurovision”da ən yadda qalan onların çıxışı idi” – VİDEO

  • / Maqazin / — 19 May 2019

    Son 2 ildə Xalq artistlərinin təqaüdü 50%, müharibə əlillərinin təqaüdü 10% artıb - RƏSMİ

  • / Maqazin / — 19 May 2019

    Arvadı Eserdən yeni villa istəyir

  • / Maqazin / — 18 May 2019

    Tacir Şahmalıoğludan efirdə ŞOK SÖZLƏR: “Tellinin hər yerini yeyərəm“ - VİDEO

  • / Maqazin / — 18 May 2019

    Nüşabə Ələsgərlinin əri ilə yeni FOTOLARI

  • / Maqazin / — 14 May 2019

    Azərbaycan və türk musiqisinin yer almadığı Bakı karaokeləri

Sahil Babayevdən prezidentin sosial-iqtisadi islahatlarına kölgə salmaq cəhdi - “Aznest” şirkəti ilə mənimsənilən milyonlar

Tarix 11.03.19, 17:08

Font ölçüsü : - / +
bitmap-img6


Bu həm də Sahil Babayevdən prezidentin sosial-iqtisadi islahatlarına kölgə salmaq cəhdidir

Sahil Babayev faktiki olaraq “Aznest” şirkəti vasitəsi ilə “qaz vurub qazan doldurur”. Ancaq bu “qaz vurub qazan doldurma” əməliyyatında dövlət başçısının apardığı sosial-iqtisadi islahatların üzərinə gölgə düşürülür...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Özünüməşğulluq proqramı” uzun müddətdir mətbuatda ciddi tənqidlərə məruz qalır. Bunun da səbəbi təbii ki, proqram iştirakçılarının göstərilən xidmətdən, daha doğrusu onlara verilən avadanlıq və mal-qaradan narazı olmalarıdır. Ümumiyyətlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Özünüməşğulluq proqramı”nda iştirak edənlər Dövlət Məşğulluq Xidmətinin onlara xəstə və qısır malqaranın, həmçinin yararsız avadanlıq və texnikanın verildiyini bildirirlər. Və demək olar ki, artıq bu şikayətlər kütləvi xarakter almaqdadır.

Pia.az-a Aran rayonlarında “Özünüməşğulluq proqramı”nda iştirak edən vətəndaşlardan daxil olan məlumatlarda bildirilir ki, onlara Ukraynadan gətirilən inəklər verilib ki, bu heyvanlar da yerli iqlimə uyğunlaşa bilmirlər. Şikayətçilər qeyd edirlər ki, Ukrayna cinslərini Azərbaycanda saxlayıb artırmaq üçün xüsusi imkanlar olmalı və həmin inəklər üçün “mədəni tövlələr” inşa olunmalıdır. Onların isə təbii ki, belə bir imkanlıarı yoxdur və imkanları olsaydı, o zaman heç dövlətə yardım üçün müraciət edib “Özünüməşğulluq proqramı”nda iştirak etməzdilər. Məsələ ondadır ki, bu heyvanlar həm yaşlı, həm də böyük əlsəriyyəti qısır və xəstədir. Həm də Ukrayndan gətirilmiş heyvanlar Azərbaycana gələn kimi iqlimə uyğunlaşa bilmədiklərindən xəstələnirlər. Bəzi şikayətçilər isə iddia edirlər ki, onlara ümumiyyətlə xəstə heyvanlar verilib.

Bəs nə baş verir? İşin əsli nədir? Pia.az-ın apardığı araşdırma nəticəsində bəlli olub ki, Ukrayna inəklərini Azərbaycana məhz “Özünüməşğulluq proqramı” çərçivəsində “Aznest” şirkəti gətirir. Bu şirkət məhz Dövlət Məşğulluq Xidmətinin “Özünüməşğulluq proqramı” icraya verildikdən sonra yaradılıb və Dövlət Məşğulluq Xidməti “Özünüməşğulluq proqramı” çərçivəsində bütün alqı-satqı işlərini bu şirkət vasitəsi ilə həyata keçirir. “Aznest” şirkətinin əslində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə məxsus olduğu qeyd olunur. Diqqəti çəkən əsas məqamlardan biri də həmin şirkət seçilən zaman müsabiqənin elan edilməməsi və şəffaflıq prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Ukraynadakı mənbələrdən aldığımız məlumatda isə bildirilir ki, “Aznest” şirkətinin nümayəndələri Ukraynadakı həmyerlillərimiz vasitəsi ilə bu ölkdəki xəstə, qoca, qısır və süd verməyən inəkləri təqribən 100 dollar civarında satın alaraq Azərbaycana gətirirlər. Yəni 10 min dollara təqribən 100 inək alır, daha sonra isə həmin inəyin birini təqribən 800-1000 manat sənədləşdirirlər. Yəni Sahil Babayev faktiki olaraq “Aznest” şirkəti vasitəsi ilə “qaz vurub qazan doldurur”. Ancaq bu “qaz vurub qazan doldurma” əməliyyatında imkansız adamlar yenidən ziyana düşür.

Ən əsası ölkə prezidentinin apardığı sosial-iqtisadi islahatların üzərinə gölgə düşür.

Bu işin ən pis tərəfi isə odur ki, müəyyən məmurların korrupsiya əməlləri prezidentə olan inamın sarsılmasına yönəlib. 

Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq.



Xəbərin oxunma sayı : 559

loading...

Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda