Benzin alarkən diqqətli olun! - VİDEO Röyanın açıq sinəsi: Almaz boyunbağı və ... – Foto Dubayda olan Afaq Aslan hər şeyi açdı: Ərəb şeyxi mənə... Rəqqasə Renkadan erotik rəqs – VİDEO
Axtar
 
  • / Sosial / — 21 Mart 2019

    Benzin alarkən diqqətli olun! - VİDEO

  • / Maqazin / — 04 Mart 2019

    Röyanın açıq sinəsi: Almaz boyunbağı və ... – Foto

  • / Maqazin / — 03 Mart 2019

    Dubayda olan Afaq Aslan hər şeyi açdı: Ərəb şeyxi mənə...

  • / Maqazin / — 25 Fevral 2019

    Rəqqasə Renkadan erotik rəqs – VİDEO

  • / Maqazin / — 24 Fevral 2019

    Azəraycanlı modelin alt paltarında videosu yayıldı – VİDEO

  • / Maqazin / — 21 Fevral 2019

    Aysundan diqqətçəkən pozlar - Fotolar

Alı Alıyev prezidentin xəbərdarlığına məhəl qoymadı: Horadizdə 100 illik ağaclar kəsdirdi

Tarix 12.03.19, 12:34

Font ölçüsü : - / +
bitmap-img6


Çinarlar kəsilən zaman ETSN-nin müfəttişləri buna müdaxilə etməyə çalışıb. Amma Alı Alıyev onları ərazidən qovdurub.

Üç həftə öncə Füzuli rayon sakini Nəsimi Hüseynov mətbuat vasitəsi ilə prezident İlham Əliyevə müraciət edərək Horadiz şəhərində 100 yaşı olan çinar ağaclarının kəsildiyini bildirmişdi.

Rayon sakini müraciətində Horadiz şəhərinin mərkəzi küçəsi hesab olunan "20 Yanvar" küçəsində 1950-ci illərdə əkilmiş 15-ə yaxın Xan çinarının kəslib, yox edildiyini qeyd etmişdi. 

Horadiz şəhərində 100 illik ağacların kəsilməsi ilə bağlı AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, "20 Yanvar" küçəsindəki çinarlar rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin göstərişi ilə kəsilib. Adının açıqlanmasını istəməyən İcra Hakimiyyətinin əməkdaşı bunun səbəbini də açıqlayıb. 

Mənbənin bildirir ki, Alı Alıyev 100 illik ağacları ona görə kəsib ki, guya xan çinarları Horadiz şəhəri "20 Yanvar" küçəsinin hasarlarının görünüşünə mane olurmuş. Həmin şəxs bildirib ki, çinarlar kəsilən zaman ETSN-nin müfəttişləri buna müdaxilə etməyə çalışıb. Amma Alı Alıyev onları ərazidən qovdururb. 

Görünür prezident İlham Əliyevin ağacların kəsilməməsi ilə bağlı dəfələrlə etdiyi xəbərdarlıqları Alı Alıyev qulaqardına vurub. Belə olmasaydı icra başçısı prezidentin xəbərdarlığına nəzərə alaraq Xan Çinarlarını kəsdirməzdi...

Qeyd edək ki, çinar ağaclarının kəsilməsini əks etdirən video görüntülər sosial şəbəkələrdə də yayılıb. 

Həmin videonu təqdim edirik.






Xəbərin oxunma sayı : 1168

loading...

Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda