Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Prezident ABŞ-ın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul etdi –Müzakirə + Fotolar

Tarix 12.03.19, 13:07

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyev  martın 12-də Amerika Birləşmiş Ştatlarının Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Örl D. Litzenberqerin etimadnaməsini qəbul edib.

AzFakt.com xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib.

Örl Litzenberqer Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edib və fəaliyyəti müddətində iki ölkə arasında əlaqələrin daha da inkişafı məqsədilə səylərini əsirgəməyəcəyini vurğulayıb.

Prezident İlham Əliyev Örl Litzenberqeri ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və onun səfir kimi fəaliyyəti dövründə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin daha da genişlənəcəyinə və inkişaf edəcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev və səfir Örl Litzenberqer Azərbaycan-ABŞ əlaqələrinin yüksək səviyyədə olması və uğurlu inkişafından məmnunluq ifadə ediblər.

Səfir Azərbaycanın Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyata canlı qüvvə ilə töhfəsini və həmçinin bu əməliyyat əsnasında göstərdiyi logistik və nəqliyyat dəstəyinin ABŞ hökuməti tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Söhbət zamanı siyasi əlaqələr, enerji təhlükəsizliyi, ticarət, demokratik inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparılıb, humanitar sahədə, o cümlədən insanlar arasında əlaqələrin inkişafının əhəmiyyəti vurğulanıb.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib, Prezident İlham Əliyev Azərbaycanın münaqişənin həllinə dair beynəlxalq hüququn norma və prinsiplərinə və ədalətə əsaslanan mövqeyini diqqətə çatdırıb. Dövlət başçısı bildirib ki, Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatı, o cümlədən danışıqlar formatının dəyişdirilməməsi ilə bağlı fikirlərini müsbət qarşılayır.

Prezident İlham Əliyev və səfir Örl Litzenberqer Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin gələcək inkişafı və daha çox sahələri əhatə etməsinin önəmi barədə fikir mübadiləsi aparıblar.











Xəbərin oxunma sayı : 142




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap