Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“DÇ-2022“də 48 komanda olsa... - yeni namizədlər

Tarix 12.03.19, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


FİFA Qətərlə birlikdə DÇ-2022-yə ev sahibliyi edə biləcək ölkələrin adlarını açıqlayıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, mundialın oyunlarının bəziləri Qətərlə yanaşı, Küveyt, Oman, Səudiyyə Ərəbistanı və ya Birləşmiş Ərəb Əmirliklərindən ikisində keçirilə bilər. Ancaq bu, yalnız qarşıdakı dünya çempionatında komandaların sayının 32-dən 48-ə yüksələcəyi halda baş verəcək. Bu məsələ isə hələlik müzakirə mərhələsindədir.

Əlavə 16 komanda üçün 2-4 stadion tələb olunur. Hazırda FİFA bunun üçün Saudiyyə Ərəbistanında və Birləşmiş Ərəb Əmirliklərində 3, Küveytdə 2 və Omanla Bəhreyndə 1 arenanı nəzərdən keçirir. Ancaq Fars körfəzi ölkələrinin Qətərlə siyasi gərginliyi vəziyyəti mürəkkəbləşdirir. FİFA mundialın bəzi oyunlarına ev sahibliyi etmək arzusunda olan həmin ölkələrdən Qətərlə münasibətləri düzəltməyi və sanksiyaları aradan götürməyi tələb edib.

Hələlik isə Qətərlə birlikdə dünya çempionatını keçirməyə ən real namizədlər Oman və Küveyt hesab olunur. Çünki onlar bu ölkə ilə neytral münasibətdədirlər.

 



Xəbərin oxunma sayı : 265




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap