Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Çempionlar Liqası:1/4 finalda ingilis hegemonluğu

Tarix 14.03.19, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

AzFakt.com xəbər verir ki, keçirilən iki oyunla sonuncu 1/4 finalçılar da müəyyənləşib.Cavab görüşləri çərçivəsindəki qarşılaşmalar Münhen və Barselonada baş tutub.

İlk qarşılaşmada qolsuz heç-heçə edən "Barselona” "Lion” "Nou Kamp”da üz-üzə gəlib. Qitənin ən nüfuzlu klub turnirinin favoritlərindən olan kataloniyalılar 1/4 finala böyük hesablı qələbə ilə adlayıb - 5:1.

Gecənin ən çox maraq kəsb edən matçında "Bavariya”    "Liverpul”u qəbul edib. Almanlar mərhələ adlamaq üçün mütləq qələbə qazanmalı idi. "Liverpul"u isə 1/4 finala çıxmaq üçün istənilən hesablı bərabərlik də qane edirdi. İlk oyunda 0:0 hesablı heç-heçəyə razılaşan rəqiblər bu dəfə 4 qol vurub və "Liverpul" qələbə qazanıb - 3:1.

Bu gücə keçirilən 1/8 finalın son iki qarşılaşmasından sonra növbəti mərhələnin bütün iştirakçılarının adına aydınlıq gəlib.

1/4 finala 4 İngiltərə klubu vəsiqə qazanıb. Qalan 4 iştirakçı isə Portuqaliya, Hollandiya, İtaliya və İspaniyanı təmsil edir. 

"Böyük beşlik"dən Almaniya və Fransa 1/4 finaldan kənarda qalıb.

Mançester Yunayted (İngiltərə)
Tottenhem (İngiltərə)
Mançester Siti (İngiltərə)
Liverpul (İngiltərə)
Portu (Portuqaliya)
Ayaks (Hollandiya)
Yuventus (İtaliya)
Barselona (İspaniya)

Qeyd edək ki, 1/4 finalın püşkü martın 15-də keçiriləcək. Mərhələnin ilk oyunları 30 aprel - 1 may, cavab görüşləri 7-8 mayda baş tutacaq.(fanat)







Xəbərin oxunma sayı : 406




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap