|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Səhiyyədə islahat nədən başlasın? – Oqtay Şirəliyev üçün yolun sonu
Tarix 14.03.19, 14:39 |
|
Yeni təqvim ilindən etibarən Prezident İlham Əliyev köklü islahatlara start verib. İslahatlar daha çox sosialyönümlü olmaqla, insanların maddi rifah halının yaxşılaşdırılmasına yönəlib. Bununla yanaşı, bir sıra kadr və struktur dəyişiklikləri də aparılır.
İctimaiyyət bu islahatların səhiyyə sahəsini də əhatə edəcəyinə böyük ümidlər bəsləyir. Cəmiyyət arasında gedən söhbətlər, sosial şəbəkələrdəki müzakirələr, ekspert rəyləri səhiyyədə islahatların vacibliyini deməyə əsas verir.
İctimaiyyət səhiyyə sahəsində ciddi kadr dəyişikliklərinin vacibliyi haqda da danışır.
Bir sözlə, nəzərə alsaq ki, bu gün Azərbaycan vətəndaşının daha çox narazı qaldığı sahələrdən biri məhz səhiyyə sistemidir, o zaman bu sahədə də ciddi islahatlara ehtiyac yarandığını vurğulamaq olar.
AzFakt.com xəbər verir ki, Modern.az saytı “Hazırda Azərbaycanda səhiyyəsində hansı islahatlara ehtiyac var” sualı ilə mütəxəssislərə müraciət edib.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev bildirib ki, səhiyyə sahəsindəki islahatlar mərəhələli şəkildə aparılır: “2003-cü ildən indiyədək cənab Prezidentin xüsusi diqqəti sayəsində ölkədə 700-dək müasir səhiyyə müəssisəsi yaradılıb, kadr təminatı həyata keçirilir, artıq rezedentura Azərbaycan Tibb Universitetində fəaliyyət göstərir, Beynəlxalq səviyyədə əlaqələr qurulub. Bunlarla yanaşı, səhiyyənin optimallaşdırılması sahəsində icbari tibbi sığortanın tətbiqi üçün həm hüquqi norma, həm də təşkilati əsaslar yaranıb. Artıq 3 ildir ki, icbari tibbi sığorta Yevlax, Mingəçevir, Ağdaşda sınaqdan keçirilir. Bu il də icbari tibbi sığortaya daha geniş keçid ili elan olunub. Həm klinikalar, həm mütəxəssislər icbari tibbi sığortanın tələblərinə uyğunlaşdırılır. İcbari Tibbi Sığorta Agentliyi Səhiyyə Nazirliyilə bir yerdə publik hüquqi şəxsə çeviriləcək dövlət səhiyyə müəssisələrinin attestasiyasını aparır, onların uyğunluğunu müəyyənləşdirilir. Gələn il müəssisələrin hamısı publik hüquqi şəxsə çevriləcək və icbari tibbi sığortanın tətbiqinə başlanacaq”.
“Səhiyyə sahəsindəki ciddi problemlər həll olunacaq”
Sədr müavini hesab edir ki, icbari tibbi sığortanın tətbiqi Azərbaycanda əhalinin ciddi problem yaşadığı keyfiyyətli və əlçatan səhiyyə xidmətlərilə bağlı məsələlərin tam həll olunmasına gətirib çıxaracaq: “İcbari tibbi sığortanın tətbiqi üçün hər bir hüquqi əsas yaradılıb. Ötən ilin sonunda Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə “İcbari tibbi sığorta haqqında” qanuna yüzdən çox əlavə və dəyişikliklər daxil oldu. Onlar da parlament tərəfindən geniş müzakirə edilərək, qəbul olundu. Hazırda TƏBİB Publik hüquqi şəxsin yaradılması istiqamətində işlər gedir, artıq icbari tibbi sığortanın maliyyə mənbələri də müəyyənləşib. Dövlət, işəgötürən və vətəndaş tərəfindən hansı məbləğdə ödənişlərin olunacağı məlumdur. İcbari tibbi sığortanın baza və əlavə zərfləri var. Baza zərfi bütün Azərbaycan vətəndaşlarına, o cümlədən ölkəmizdə turist səfərində olan, əcnəbi, yaxud vətəndaşlığı olmayan əcnəbi statusunda yaşayan hər kəsə təcili və təxirəsalınmaz baza xidətindən istifadəyə imkan verəcək. Əlavə dəstəkdə isə 2 mindən çox tibbi müayinə və müalicə istiqamətləri nəzərdə tutulub ki, bu da vətəndaşlarımızın səhiyyə ilə bağlı ehtiyaclarının ödənilməsinə kifayət edəcək”.
“Maliyyə mənbələrindəki vəsait kifayət qədərdir”
M.Quliyev bildirib ki, icbari tibbi sığortanın təminatlı şəkildə işləməsi, büdcəsinə daha çox vəsait toplaması üçün iş yerləri tam olaraq leqallaşdırılmalıdır: “Hazırda hökumət bu sahədə tədbirlər görür. Amma icbari sığortanın tam tətbiqindən sonra vətəndaşlar özü anlayacaq ki, iş yerində əmək müqaviləsinin bağlanması onlar üçün nə qədər vacibdir. Ümumilikdə icbari tibbi sığorta qeyri-leqal məşğulluğun aradan qaldırılmasında mühüm rol oynayacaq. Bunun üçün müəyyən vaxt lazımdır”.
Parlamentari icbari tibbi sığortanın tətbiqi üçün ayrılan vəsaitin yetərli olmadığı haqda ikirlərlə razılaşmır: “Hələlik 1,5 - 2 milyard vəsait yetərlidir. Bu vəsaitlə normal tibbi xidmət göstərmək mümkün olacaq. Bu vəsait indiki mənbələrdə var. Gələcəkdə 4 milyard olarsa, daha yaxşı. Bir məsəl var: “Plovun yağı çox olanda onun heç kimə ziyanı olmur”. Başlanğıc üçün bizə 1,5 milyard manat vəsait lazımdır. Bu vəsait də həm dövlət büdcəsi, həm işəgötürənlər, həm işçilər, həm də sərbəst iş fəaliyyətilə məşğul olan vətəndaşların ödənişləri hesabına formalaşacaq. Gələcəkdə icbari tibbi sığortanın büdcəsi də, maliyyə imkanları da, əməkhaqları da artacaq. Dövlətin iqtisadi gücü artdıqca, qeyd olunan 4 milyard manata da çatacağıq”.
“İcbari tibbi sığortaya ayrılan vəsait yetərli deyil”
Professor Adil Qeybulla bildirib ki, icbari tibbi sığorta tətbiq olunmayınca, səhiyyə sahəsindəki problemlər aradan qalxmayacaq:
“Bu sahədə hələ 1999-cu ildə fərman verilsə də, problem öz həllini tapmayıb. İndi də icbari tibbi sığorta tətbiq etmək istəyirlər. Amma bütün yanaşmalar göstərir ki, yanlışlıqlar çoxdur. Bu məsələdə mütəxəssislərdən, vətəndaş cəmiyyətinin üzvlərindən bircə nəfər də olsun müzakirələrə cəlb olunmayıb. Bu gün icbari tibbi sığortaya ayrılan vəsait də yetərli deyil. 1 il əvvəl apardığımız hesablamalara görə, xəstələnmə, əməliyyat və “çek-up”lar üçün təxminən xərclər 4 milyard manatdır. İcbari tibbi sığortaya ayrılan vəsait isə 2 milyard manata yaxındır. Əhalinin çoxu işsizdir, əmək birjaları yoxdur. Bu səbəbdən işsiz əhali də dövlətin çiyinlərindədir. Tələbələr, gəliri olmayanlar, hamilə qadınlar və s. də dövlət büdcəsindən maliyyələşməlidir. Özəl setorda çalışanlar isə öz maaşlarından sığortalanır. Bunlar çox az hissə təşkil edir. Bu vəsait haradan toplanacaq, maliyyə mənbərləri nədir? Yanaşmalar tətbiq olunanda bütün detallar öyrənilməlidir. Pilot layihələrdə xeyli fəsadlar yaşanır. Bunları görməzdən gəlmək olmaz. Bütün bunları nəzərə alaraq, respublika üzrə bu fəsadlar yaşanmasın deyə, hazırlıqlı olmaq lazımdır.
Bir misalla hər şey aydın olur: ABŞ-ın tibbi xərcləri federal büdcəni üstələyir. Biz isə mənbələr tapmadan, icbari tibbi sığortanı effektiv olaraq həyata keçirə bilməyəcəyik”.
Qeyd edək ki, mövcud problemlərlə bağlı bir neçə gün əvvəl iqtisadçı Natiq Cəfərli də şərh vermişdi. O, tibbi sığortanın tətbiqinin səhiyyə sahəsində problemlərin həll olunacağına pessimist yanaşaraq çoxlu sayda sualların mövcudluğunu qeyd etmişdi. Bu sualları cavablandırmaq üçün isə “ayıq səhiyyə nazirinin” olmadığını bildirmişdi.
Xəbərin oxunma sayı : 952
Gündəm
Xəbərlər
-
Nəsrindən bikini və əzələ şousu - Fotolar
-
Zinəddin Zidan axır ki, razılıq verdi - Bu klubu çalışdıracaq
-
Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - VİDEO
-
Səs-küy salıb, qonşularını narahat edənləri hansı cəza gözləyir? – HÜQUQİ İZAH
-
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
-
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
-
Banklar 3 ayda faizlərdən nə qədər qazanıblar? – Tam siyahı
-
“Qərb Zelenskini aradan götürəcək” – Medvedev
-
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
-
İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər - VİDEO
-
Buraxılış imtahanının nəticələri elan olundu - DETALLAR
-
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək - Bu tarixdə
-
Uşaqlara peyvənd vurulacaq - Nazir əmr imzaladı
-
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
-
“Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir“ - İran rəsmisi
-
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO
-
Evlənmək istəyənlər psixoloji müayinədən keçməlidirlər? - VİDEO
-
Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
İran və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - FOTO
-
Maliyyə Nazirliyindən büdcədən vəsait alan qurumlara MÜRACİƏT
-
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
-
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Şirkət rəhbərinə hökm oxundu - Bu nazirliyin vəsaitini mənimsəmişdi
-
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident qanuna dəyişikliyi təsdiqlədi
-
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“İsrail və İran fərqli şeylər deyir“ - Ərdoğan
-
“Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb” - Deputat
-
Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ
-
20 min manat borca görə qəssab HƏBS EDİLDİ
-
Deputat nazirliyin fəaliyyətini tənqid etdi: “Özündən qanun düzəldib...”
-
Azərbaycanda marketlərdə 19 manata satılan kərə yağı Rusiyaya 9,6 manata ixrac edilir – RƏSMİ
-
Hal şahidləri əvəzinə videoçəkiliş: İXM-ə dəyişiklik edilir
-
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - RƏSMİ
-
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
TOP 10
ARXİV