Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Üç rayona yeni polis rəisi təyin edilib - Təyinat

Tarix 14.03.19, 22:30

Font ölçüsü : - / +
bitmap-img6


Daxili işlər orqanlarında yeni təyinat olub. ONA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəis müavini, polis mayoru Azər Əfəndiyev tutduğu vəzifədən azad edilərək Zərdab rayon Polis Şöbəsinin rəisi təyin olunub.

Nazirin digər əmri ilə Gədəbəy rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Məhərrəm Quliyev təqaüdə göndərilib. Mingəçevir şəhər Polis Şöbəsinin rəis müavini Mehman Zeynalov isə Gədəbəy rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Bundan başqa, Xocavənd rayon Polis Şöbəsinin rəisi Yadigar Hüseynov tutduğu vəzifədən azad edilib. Onun yerinə Füzuli rayon Polis Şöbəsinin rəis müavini Xəyyam Mirhüseynov təyin edilib.



Xəbərin oxunma sayı : 1054




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap