Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Azərbaycan mıxı, çəkici, baltanı, hətta sapını belə xaricdən gətirirsə...“ - Baş nazirin hesabatına reaksiya

Tarix 16.03.19, 12:32

Font ölçüsü : - / +
bitmap-img6


"Baş nazir parlamenti məlumatlandırdı. Çıxışını oxudum, ona hesabat olduğunu yazmağa adamın əli də gəlmir”.

AzFakt.com xəbər verir ki, bunu iqtisadçı alim Novruz Məmmədov baş nazir Novruz Məmmədovun parlaamentdə hesabat çıxışına münasibət bildirərkən deyib. 

O, bildirib ki, baş nazir parlamentdə dördüncü sənaye inqilabından danışdı. Halbuki, qeyri-neft sənayesində əsaslı kapital qoyuluşu 26,4 faiz azalıb.

"Çıxışında Azərbaycanda 4-cü sənaye inqilabının baş verdiyini ifadə etdi və bunu dövlət başçısının ölkədə sənayeləşmə siyasəti ilə bağladı. Baxmayaraq ki, son illər Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitlər, yəni istisadiyyata sərmayə qoyuluşu ildən ilə azalır. Ötən il azalma 4,4 faiz idi. Bu ilin 2 ayında azalma daha da çoxalıb 9,3 faizə çatıb. Ən pisi də odur ki, bu dövrdə sərmayə qoyuluşunun yalnız 12,7 faizi qeyri-neft sənayesinə yönəlib.

Ümumiyyətlə isə qeyri-neft sənayesində əsaslı kapital qoyuluşu 2019-cu ilin yanvar-fevral aylarında 2018-сi ilin yanvar-fevral aylarına nisbətən 26,4 faiz azalıb. Budur dördüncü sənaye inqilabının nəticəsi? Dövlətin maliyyələşdirdiyi bahalı layihələr hesabına 1-2 zavod açmaqla sənayeləşmədən danışmaq gülüncdür. Azərbaycan tikintidə istifadə etdiyi nəinki mıxı, çəkici, baltanı hətta onun sapını belə daxildə istehsal etməyib, xaricdən gətirirsə, onda hansısa inqilabdan danışmağa dəyərmi?”.



Xəbərin oxunma sayı : 931




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap