Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Fazil Məmmədova verilən vaxt bitir – Bacısı oğlunun rəhbərlik etdiyi bankın taleyi necə olacaq?

Tarix 18.03.19, 19:31

Font ölçüsü : - / +
bitmap-img6


Sabiq vergilər naziri Fazil Məmmədov və ona yaxın nazirlik “bosslarının” sahibkarlara tutduqları divan, eləcə də nazirlikdəki rüşvət və korrupsiya o qədər aşkar və təkzib olunmaz idi ki, çoxları onun vəzifədən kənarlaşdırılan kimi, həbs ediləcəyini gözləyirdi. Özü də təkcə onun yox, həm də yan-yörəsindəki “akulaların”.

Ancaq gözləntilər özünü doğrultmadı. Buna baxmayaraq, “AzPolitika. info”ya verilən məlumatda sabiq nazirin biznes imperiyasının heç də yaxşı günlər yaşamadığı, onun üzünə isə əksər qapıların bağlandığı bildirilir.

Bunu bir müddət əvvəl sabiq nazirin Şəmkirə, elə vaxtilə özünün kadrı olmuş icra başçısı Alimpaşa Məmmədov tərəfindən buraxılmadığına dair mətbuatda gedən məlumatlar da təsdiqləyir.

Eyni zamanda F.Məmmədovun biznesinin böyük qisminin artıq əlindən alındığına və onun ətrafında araşdırmanın hələ də davam etdirildiyinə dair məlumatlar var. Həmin araşdırmaya sabiq nazirə aid ölkədə və ölkədən kənarda yerləşən bütün əmlaklar, gördüyü işlər, eləcə də onun yaxın ətrafının fəaliyyətinin də daxil edildiyi bildirilir. O da qeyd olunur ki, hətta sabiq nazirin həbsi məsələsi gündəmə gətirilsə də, onun səhhətindəki ciddi problemlər nəzərə alınaraq, bundan vaz keçilib.

1aaa

Ölkədə Fazil Məmmədova məxsus biznes qurumları kimi “Ata Holding” və “Synergy Group” tanınsa da, məlumata görə, bu şirkətlərə aid biznes strukturlarının əksəriyyəti onun əlindən alınıb. Lakin maraqlıdır ki, əsas səhmdarı “Synergy Group” olan “AtaBank”-ın sabiq nazirin himayəsi altında qaldığına dair məlumatlar var.

2d

Təkcə onu qeyd etmək kifayətdir ki, bankın İdarə Heyətinin sədri hələ də F.Məmmədovun doğma bacısı oğlu Dəyanət Quliyevdir. Maraqlı olan həm də odur ki, sahibkarlara divan tutmaqla ölkə iqtisadiyyatına və biznes mühitinə zərbə vuran bir şəxsin himayəsində hələ də bank kimi əhəmiyyətli maliyyə resursu saxlanılır.

Bununla bərabər, bank sektoruna yaxın mənbələr bildirirlər ki, bankda hələ də F.Məmmədovun təsirinin saxlanılmasının səbəbi onun vaxtilə həmin bankdan özünə yaxın şirkətlərin adına külli miqdarda vəsait çıxarması və geri qaytarmamasıdır. Deyilənə görə, bununla bağlı sabiq nazirə vaxt verilib. Həmin vaxt isə artıq bitsə də, problem həllini tapmayıb. Bu səbəbdən bankın maliyyə göstəriciləri əvvəlki illərdə olduğu kimi, onun liderlər sırasında olmasına imkan vermir. Həmçinin bildirilir ki, bankda ciddi maliyyə-təsərrüfat pozuntularının olması onun təhvil alınmasını əngəlləyir.

images

İddia olunur ki, F.Məmmədova bankla bağlı verilən müddət artıq bitsə də, onun hansı addımlar atacağı və hansı mənbələr hesabına bankı sağlamlaşdıracağı qaranlıq qalır. Bu səbəbdən, hətta yaxın günlərdə bankın səhmdarları sırasında dəyişiklik olunacağı, bankın keçmiş nazirin “əsarətindən” qurtulacağı, bankda köklü kadr dəyişikliklərinin aparılacağı və bankın fəaliyyətinin stabilləşdiriləcəyi də bildirilir.

Bütün bu baş verənlər bir daha göstərir ki, bank sektoru başda olmaqla, iqtisadiyyatın məmur-oliqarxlar tərəfindən “işğal olunması” istənilən biznes strukturunun, yaxud böyük bir bankın iflic vəziyyətinə salınmasını mümkün edir. Çünki belə biznes strukturları adi iqtisadi qanunlarla deyil, məmurların mövqeyi və onlara olan münasibətlə idarə olunur…

Yazıda qeyd olunanlarla bağlı “AtaBank”ın da mövqeyini dərc etməyə hazırıq.





Xəbərin oxunma sayı : 1135




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap