Afaq Aslan bu dəfə elə poza verdi ki... - Fotolar Səmra fotosessiya etdirdi, gündəm oldu - Fotolar Nigarın sinə dekoltesi... – Fotolar Minlərlə izləyicisi... - Röya elə fotolarını paylaşdı ki
Axtar
 
  • / Maqazin / — 08 İyun 2019

    Afaq Aslan bu dəfə elə poza verdi ki... - Fotolar

  • / Maqazin / — 06 İyun 2019

    Səmra fotosessiya etdirdi, gündəm oldu - Fotolar

  • / Maqazin / — 03 İyun 2019

    Nigarın sinə dekoltesi... – Fotolar

  • / Maqazin / — 31 May 2019

    Minlərlə izləyicisi... - Röya elə fotolarını paylaşdı ki

  • / Maqazin / — 30 May 2019

    “Hamının gözünə batıram” - Pərvin Abıyeva

  • / Maqazin / — 24 May 2019

    Futbolçunun arvadı dərin dekolteli paltarda - Foto

Dünyanın ən bahalı və ucuz şəhərləri hansıdır? – Sorğu

Tarix 19.03.19, 15:37

Font ölçüsü : - / +
bitmap-img6


“The Economist Intelligence Unit” dünyanın ən bahalı şəhərləri bağlı 133 şəhər üzrə sorğu keçirib.

AzFakt.com Azadlıq Radiosuna istinadən bildirir ki, üç şəhər dünyanın ən bahalı şəhəri statusunu qazanıb: Sinqapur, Honq Konq və Fransanın paytaxtı Paris.

İlk onluqda əsasən Asiya və Avropa şəhərləri yer alıb. Yaponiyanın Osaka şəhəri, Cənubi Koreyanın paytaxtı Seul da ilk onluqdadır. Osaka ötən ildən bəri altı pillə irəliləyib və hazırda İsveçrənin paytaxtı Cenevrə ilə birlikdə beşinci yerdədir. İsveçrənin Sürix şəhəri, eləcə də Danimarkanın paytaxtı Kopenhagen də ən bahalı şəhərlərin onluğundadır. Qərbi Avropada ən bahalı şəhərlər əsasən qeyri-avro zonasında yerləşənlərdir. 2003-cü ildən ilk onluğa düşən Paris istisnadır.

Valyutası dəyər qazanın bəzi ölkələrin reytinqi yaxşılaşıb. Birləşmiş Ştatlar belə ölkələrdən biridir. Nyu York və Los Anceles Şimali Amerikadan ilk onluğa düşən şəhərlərdir. Ötən il ABŞ dollarının möhkəmlənməsi Birləşmiş Ştatlarda şəhərlərin ümumilikdə bahalanması deməkdir.

Nyu York ötən ildən altı pillə, Los Anceles dörd pillə irəliləyib. Ötən il 28-ci yeri tutmuş Tel Əviv indi Los Anceleslə birlikdə onuncu yeri paylaşır.

Reytinqdə son üç yeri Karakas, Dəməşq və Daşkənd tutur. Ən ucuz şəhərlərin onluğuna Almatı, Karaçi, Nyu Dehli də daxildir.



Xəbərin oxunma sayı : 466

loading...

Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda