Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

ABŞ-dan Türkiyəyə qarşı gözlənilməz addım: Noyabrda qırıcılarını oraya göndərəcək

Tarix 20.03.19, 20:18

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ 2 F-35 qırıcısını Türkiyəyə təhvil verəcək.

Qırıcıların noybardan sonra göndəriləcəyi bildirilir.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin nəzdində Müştərək Hücum Təyyarəsi (JSF) Proqramı ofisinin mətbuat katibi CO DellaVedova informasiya verib. O bildirib ki, hər iki qırıcı Texas ştatındakı Kule Hava Qüvvələri bazasına göndəriləcək və təlim üçün Türkiyə Hava Qüvvələri heyətinin xidmətinə veriləcək.
 
Qırıcıların nə zaman Türkiyəyə təhvil veriləcəyi isə son hazırlıqlar, hava şəraiti, texniki vəziyyət və uçuş proqramı kimi faktorlar olduğuna görə konkret olaraq açıqlanmır. Proqramın şərtlərinə görə, qırıcılar ABŞ-da 1-2 il təlim uçuşlarını tamamladıqdan sonra Türkiyəyə göndərilməlidir.

Qeyd edək ki, hazırda sözügedən bazada 2 F-35 qırıcısı var.

Xatırladaq ki, ABŞ Türkiyəni Rusiyadan S-400 zenit raket konpleksi almasına görə, F-35 təyyarələrini göndərməyəcəyi ilə təhdid etmişdi. Konqres ötən ay qəbul etdiyi və ABŞ prezidenti Donald Trampın imzaladığə büdcə layihəsində də Pentaqonun Türkiyə ilə bağlı hesabatını yeniləməsini, hesabatın ən gec noyabr ayına qədər Konqresə təqdim edilməsini və o zamana qədər Türkiyəyə F-35 qırıcılarının göndərilməməsini tələb etmişdi. Konqresdə hələ də Rusiyadan silah almasına görə Türkiyənin F-25 proqramından çıxarılmasına dair müzakirələr aparılır.

Türkiyə F-35 proqramında əhəmiyyətli pozisiyaya malikdir. Ankara şaquli qalxma və enmə qabiliyyətinə malik olan bu qırıcılardan 100 ədəd almaq niyyətindədir./publika.az



Xəbərin oxunma sayı : 475




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap