Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Sabah Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək- 12 siyasi partiyanın namizədləri mübarizə aparacaq

Tarix 30.03.19, 17:00

Font ölçüsü : - / +
bitmap-img6


Sabah – martın 31-də Türkiyə tarixində 19-cu dəfə bələdiyyə seçkiləri keçiriləcək.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yerli orqanlara seçkilərdə 12 siyasi partiyanın namizədləri mübarizə aparır.

Türkiyə prezident idarəetmə formasına keçəndən sonra bu ilk bələdiyyə seçkisidir.

Əsas mübarizənin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyasının yaratdığı “Cümhur İttifaqı” ilə Cümhuriyyət Xalq Partiyası və İYİ Partiyanın təsis etdiyi, Səadət Partiyasının qoşulduğu “Millet İttifaqı”nın namizədləri arasında gedəcəyi gözlənilir.

Paytaxt Ankarada əsas mübarizə “Cümhur İttifaqı”nın namizədi, keçmiş ətraf mühit və şəhərçilik naziri Mehmet Özhaseki ilə “Millət İttifaqı”nın namizədi Mansur Yavaş, İstanbulda yenə bu ittifaqların namizədləri, sabiq baş nazir və Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri Binəli Yıldırımla Əkrəm İmamoğlu arasında gedəcək.

“Cümhur İttifaqı”nın İzmir Böyük Şəhər Bələdiyyə sədrliyinə namizədi keçmiş iqtisadiyyat naziri Nihat Zeybəkçidir. “Millet İttifaqı” isə İzmirdə Tunç Soyerin namizədliyini irəli sürüb. O, 2009-cu ildə Cümhurriyyət Xalq Partiyasından İzmir əyalətinin Seferhisar bələdiyyə sədri seçilib. İzmirdə də əsas mübarizə bu iki namizəd arasında gedəcək.

Seçki Komissiyasının sədri Sadi Güven bildirib ki, martın 31-də keçiriləcək bələdiyyə seçkilərində 57 milyon 78 min seçici iştirak edəcək. Ölkə üzrə 194 min 715 seçki məntəqəsi fəaliyyət göstərəcək.

Rəcəb Tayyib Ərdoğan seçkiqabağa kampaniya zamanı 48 gün ərzində 57 əyalətdə mitinq keçirib.

Xatırladaq ki, Türkiyədə bələdiyyə seçkiləri 5 ildən bir keçirilir. Sonuncu bələdiyyə seçkiləri 2014-cü il martın 30-da olub. Bu seçkilərdən sonra yaxın 4 il 6 ayda Türkiyədə seçkilər keçirilməyəcək.



Xəbərin oxunma sayı : 397




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap