Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Beynəlxalq Valyuta Fondu:“Bu il Azərbaycan iqtisadiyyatında 3,4% böyümə olacaq“

Tarix 09.04.19, 19:24

Font ölçüsü : - / +
bitmap-img6


Bu il üçün Azərbaycanda real iqtisadi artım 3,4%, 2020-ci ildə 3,1%, 2024-cü ildə isə 1,7% olacaq. 

Bu barədə Beynəlxalq Valyuta Fondunun “World Outlook” hesbatının aprel buraxılışında deyilir.

Hesabata görə, 2018-ci ildə bu rəqəm 1,4% olub.

“2018-ci ildə inflyasiya 2,3% təşkil edib, 2019-2020-ci illərdə isə 2,5%, 2024-cü ildə 3% olacağı gözlənilir”, – hesabatda deyilir.

Həmçinin IMF hesab edir ki, tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 2018-ci ildə ÜDM-də xüsusi çəkisi 12,6% olduğu halda, bu il 11,7%, 2020-ci ildə 13,3%, 2024-cü ildə isə 12,8% olacaq.

İşsizlik isə qarşıdakı illərdə dəyişməyərək 5% səviyyəsində qalacaq.

Qeyd edək ki, 2018-ci ilin oktyabrında yayılan “World Economic Outlook” hesabatında 2019-cu ildə Azərbaycanda ÜDM-in 3,6%, inflyasiyanın 3,3%, cari əməliyyatlar hesabının profisiti ÜDM-də xüsusi çəkisi isə 8,1% olacağı göstərilirdi. İşsizlik səviyyəsi isə 5% civarında olub/Report.



Xəbərin oxunma sayı : 160




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap