Afaq Aslan bu dəfə də sinəsini açdı - FOTOLAR Bakirəliyini satışa çıxaran azərbaycanlı modeldən çılğın görüntülər - VİDEO Mələkxanım Əyyubova video qalmaqalında adı hallanan qardaşı oğlundan danışdı: “Öldü onlar mənim üçün...” Azərbaycanlı aktrisanın ehtiraslı videosu ağılları başdan aldı - VİDEO
Axtar
 
  • / Maqazin / — 03 Aprel 2019

    Afaq Aslan bu dəfə də sinəsini açdı - FOTOLAR

  • / Maqazin / — 03 Aprel 2019

    Bakirəliyini satışa çıxaran azərbaycanlı modeldən çılğın görüntülər - VİDEO

  • / Maqazin / — 01 Aprel 2019

    Mələkxanım Əyyubova video qalmaqalında adı hallanan qardaşı oğlundan danışdı: “Öldü onlar mənim üçün...”

  • / Maqazin / — 31 Mart 2019

    Azərbaycanlı aktrisanın ehtiraslı videosu ağılları başdan aldı - VİDEO

  • / Maqazin / — 30 Mart 2019

    Azərbaycanlı müğənni yataqda - Foto

  • / Maqazin / — 27 Mart 2019

    Nəsrin Cavadzadə elə libas geyindi ki... - Foto

“Mən Arif bəyin üzr istəyəcəyinə əminəm” – ReAl-ın icraçı katibi

Tarix 11.04.19, 20:15

Font ölçüsü : - / +
bitmap-img6


Şura və ReAl Partiyasının təmsilçiləri qarşılıqlı ittihamlar səsləndirməkdə davam edirlər.

“Report” xəbər verir ki, ReAl Partiyasının icraçı katibi Natiq Cəfərli “Facebook” sosial şəbəkəsindəki hesabında sabiq səfir Arif Məmmədovu “ReAl funksionerləri – Natiq Cəfərli və Erkin Qədirli Brüsseldə Azərbaycan hökumətinin atdığı addımları dəstəkləyiblər” iddiasına görə üzr istəməyə çağırıb: “Hörmətli Arif Məmmədovla debat vaxtı dedi ki, ya həftənin 1-ci, ya da 2-ci gün həmin o mifik personajla əlaqə saxlayıb dəqiqləşmələr aparacaq. Bu gün artıq 3-cü gündür, heç bir məlumat yoxdur. Mən Arif bəyin alicənablıq göstərəcəyinə, üzr istəyəcəyinə əminəm. O ki qaldı əllərinə “satqınlıq” möhrünü alanlara, məlum oldu ki, əllərindəki möhür deyil… Mən bu məsələyə öz “peçatımı” vurub bağladım…”.

Milli Şuranın tərəfdarı olan A.Məmmədov isə ona cavab olaraq yazıb ki, bu barədə məlumat yayacaq: “Dünən canlı yayımda rus dilində bu məsələyə aydınlıq gətirmişdim və bir azdan sonra Azərbaycan dilində də öz səhifəmdə məlumat yayacağam. Eyni zamanda Sizdən xahiş edərdim ki, tərəfdaşlarınızı mənə və cəmiyyətimizdə hörmət sahibi olan digər ziyalılarımıza qarşı ədəbsiz ifadələr yazmaqdan çəkindirəsiniz…”

N.Cəfərli isə yazıb ki, ədəbsizliyə qarşıdır, elə şərhləri silməyə çalışır, amma yoxlanılmamış məlumatlar da yaymaq da doğru deyil.

Milli Şuranın tərəfdarlarının bəziləri də ReAl-ı hakimiyyətdə işləməkdə ittiham ediblər. Partiya isə bunu şər-böhtan adlandırıb.



Xəbərin oxunma sayı : 181

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda