Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Sanki əxlaqsızlıq korporasiyası yaranıb” – Sosial şəbəkədəki söyüşlər

Tarix 13.04.19, 11:25

Font ölçüsü : - / +
bitmap-img6


Son günlərdə sosial şəbəkələrdə, xüsusilə də azərbaycanlıların ən çox maraq göstərdiyi facebookda müxtəlif mövzular ətrafında kəskin, aqressiya dolu müzakirələr gedir. Bu müzakirələr fonunda insanlar müxtəlif dövlət qurumlarını hədəfə alıb, tənqid edirlər. Yaxud da başqa bir məsələyə görə hansısa ictimai şəxslərin üzərinə toplu halda hücum edib, kütləvi şəkildə təhqirə məruz qoyurlar.

Sosial şəbəkələrdə sanki bir kütlə psixologiyası hökm sürür. Hər hansı bir ictimai şəxsə qarşı yazılan sərt, söyüşlü ifadələrlə faktiki olaraq onu mənəvi terrora məruz qoyurlar. Söyüşçü dəstə hətta hədəfə aldıqları şəxsin yaxınlarını da söyməkdən çəkinmir.

Məlumdur ki, idarəçilik aparatında həyata keçirilən islahatlar fonunda ölkədə xeyli müsbət dəyişikliklər baş verir. Aparılan sorğulardan belə aydın olur ki, dəyişikliklərdən əhalinin böyük bir qismi razıdır. Bəs bütün bunların fonunda sosial şəbəkələrdə yaranmış mənzərənin səbəbi nədir? Burada xarici qüvvələrin, kənar təsirlərin rolu ola bilərmi?

“Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu hesab edir ki, problemin kökünü özümüzdə, davranış qaydalarımızda axtarmalıyıq. Politoloqun fikrincə, xüsusilə də cəmiyyətdə bu cür halların yaranmasına səbəb, televiziya kanalarında gedən bəzi verilişlərdir: “Biz ilk növbədə öz davranışımıza diqqət etməliyik, sonra xarici qüvvənin izini axtara bilərik. Necə deyə bilərik ki, filan televiziyanın rəhbərinə əxlaqsız birinə aparıcılıq vəzifəsi verməyi xaricdən hansısa qüvvə tapşırıb. Bu il ölkədə Nəsimi ili elan olunub. Baxırsan ki, bir nəfər Nəsimini aşağılayıb, amma onu bütün televiziyalar efirə çıxardıb, danışdırır. Sanki bəzi televiziyalar onu gözləyir ki, kimsə bizim əxlaqımızı, mənəviyyatımızı təhqir etsin.

Bu məsələdə hökumətin xüsusi göstərişi olmalıdır. Azərbaycan qadınları dünyanın ən fenomenal xanımlarıdır. Bir neçə il öncə xarici ölkə təmsilçiləri ilə çox sıx təmasda olmuşam. Komandamızda öz xanımlarımız da olub və diqqət etmişəm ki, bizim xanımlar bütün yaxşı mənalarda xaricilərdən fərqlənib.  Bu qədər üstün parametrlərə sahib olan qadınlarımız varkən, nə üçün ancaq pis həyat yolunu seçənləri önə çəkirlər? Ona görə də hakimiyyət addım ataraq, ilk növbədə televiziyalara göstəriş verməlidir. Çünki televiziyaların fəaliyyəti, sosial şəbəkələrdə bəzi müzakirələr cənab prezident İlham Əliyevin siyasətinə, atdığı addımlara qarşı təxribatdır. Bu gün tərbiyəsiz gənc yetişirsə, sabah onlar pozğunluğu təkcə həyatlarına deyil, siyasətə də tətbiq edəcəklər. Ona görə də ilk növbədə rəsmilərdən addım gözləyirəm”.

M.Əhmədoğlu bildirib ki, bu gün sosial şəbəkələr və televiziyalar oxşar vəziyyətdədir: “Televiziyada verilənləri sosial şəbəkədə yayırlar, sosial şəbəkədə yayılanları televiziya davam etdirir. Təəssüf ki, sanki əxlaqsızlıq korporasiyası yaranıb. Bu, çox pis haldır. Sosial şəbəkədə baş verənlərin cəmiyyətdə də artıq inikasını görməkdəyik. Şəxsən mən 2 gün öncə evə gedən zaman şəhərin mərkəzində gənc qızların siqaret çəkdiyini gördüm. Onlara irad bildirdiyimdə, həmin uşaqlara mənə cavab da qaytardılar.  Bu kimi nümunələr artıq ümumi vəziyyətdən, gələcəkdən xəbər verir. Əgər bu vəziyyəti dəyişməsək, gələcək daha pis olacaq. Sosial şəbəkələrdə aparılan müzakirələrə diqqət etdikdə görürük ki, necə əxlaqsız vəziyyət yaranıb.  Hamısının da səbəbi yuxarıda qeyd etdiyimiz vəziyyətlə bağlıdır. Hal-hazırda Azərbaycana erməni qədər düşmən olan bəzi kanalların proqramları, sosial şəbəkələrdə aparılan buna bənzər müzakirələrdir. Çünki bu gün erməni arzu edir ki, Azərbaycan cəmiyyəti deqradasiyaya uğrasın, dağılsın, ailə institutumuz məhv olsun. Bütün bunlar bizim düşmənimizin arzusudur. Ancaq baxırıq ki, televiziyalarda verilənlər, sosial şəbəkələrdə açılan müzakirələr elə cəmiyyətimizi uçuruma aparır. Düşmən bizim milləti savadsız, qanmaz, narkoman kimi görmək istəyir. Sosial şəbəkələrin təsiri altında da bəzi ailələrdə belə gənclik yetişir. Vəziyyət o həddidir ki, məsələyə ölkə rəhbərliyi münasibət bildirməli, qərarlar qəbul olunmalıdır. Yuxarıda da qeyd etdiyimiz kimi bu, Azərbaycanın gənclərlə bağlı apardığı siyasətinə qarşıdır, ziddir”.

Sosial şəbəkələrdə insanlar arasında kəskin aqressiya da müşahidə edilir. Həyatda olduqca sakit görünən insanlar, sosial şəbəkələrdə aqressivləşib, təhqir dolu ifadələr işlədirlər.

Məhz bu məsələ ilə bağlı psixoloq Azad İsazadə ilə danışdıq. Onun sözlərinə görə, sosial şəbəkələrdə bir şəxsin arqumenti olmayan zaman söyüş söyür: “Bu, haradasa insanın aqressiyasının boşalmasıdır. Lakin psixoloji baxımdan yanaşdıqda görürük ki, əslində aqressiya tam olaraq keçmir. Çünki yazılanlara cavab verilir və getdikcə aqressiya şiddətlənir. Ona görə də gülümsəmək lazımdır. Gərginliyi zarafata çevirmək lazımdır ki, aqressiya azalsın. Lakin bir tərəf dayanmır və proses gərginləşə-gərginləşə gedir. Əslində bir tərəfin zarafata keçməsi və mübahisənin dayandığı hallara da rast gəlinir. Sadəcə olaraq biz, daha çox aqressiya ilə yazılanlara diqqət edirik. Çünki bu, hər kəsə təsir edir”.



Xəbərin oxunma sayı : 502




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap