Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Azərbaycanda rektorlar universitetə şəxsi mülkləri kimi baxırlar”

Tarix 13.04.19, 11:42

Font ölçüsü : - / +
bitmap-img6


Son bir neçə aydır, Azərbaycanda universitet rəhbərləri haqqında xoşagəlməz xəbərlərin sayında artım müşahidə olunur.  Bu sırada bir neçə universitetin adını çəkmək olar. Məsələn, Azərbaycan Dillər Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti və.s. Bəlkə də axtarsaq, digər ali təhsil ocaqlarında da müəyyən problemlərlə qarşılaşa bilərik.

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Sabah”a danışarkən qeyd edib ki, dünyanın bir çox ölkələrində ali təhsildə əsl inqilab baş verir: “Ali  təhsilin kütləviləşməsi, cəmiyyətin  qloballaşması,  İKT-nin  təhsilə tətbiqi, biliklərin müxtəlif  formalarda  mübadilə imkanlarının  artması bu  inqilabi prosesləri daha  da sürətləndirir.  Amma Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri bu tendensiyadan geri qalır.


ƏTRAFLI
Hungers Bar_in-page
Təəssüflər olsun ki, ölkədə fəaliyyət göstərən bir çox universitetlərin rəhbərləri 10-15 il rektor kimi otururlar və işlədikləri müəssisəyə öz şəxsi mülkləri kimi baxırlar. Rəhbərlik etdikləri dövrdə ali təhsil müəssisəsinin inkişafı üçün ciddi addım atmırlar.  Yeni təyin olunan bəzi rektorlar isə, işləməyə başladıqları yerdə əvvəlki kollektivlə problem yaşamağa başlayırlar. Bu, yaxşı hal deyil”.

Ekspert deyib ki, bu gün bizim universitetlərdə rektorlar hətta mikromenecment yox,nanomenecmentlə məşğul olurlar: “Ancaq əslində rektorlar universitetlərin qlobal məsələləri, beynəlxalq əlaqələri, hədəf və strategiyaları, ciddi partnyorları ilə məşğul olmalıdırlar. Bu gün bizim sovetdənqalma təhsil bazamız var. Əksər rektorlar da həmən sistemin kadrlarıdır. Ona görə də, bizdə ali təhsil dünya universitetləri ilə rəqabət apara bilmir. Hesab edirəm ki, əgər universitetlər  inkişaf etmək  və qlobal  rəqabətdə qalib gəlmək istəyirlərsə, təhsilin keyfiyyətini daha da yüksəltməlidirlər,  çünki təhsilin keyfiyyəti  universitetlərin qlobal səviyyədə rəqabətədavamlılığının əsas indikatorudur. Konfransda qeyd edildiyi kimi,  XXI əsrdə ali təhsilin aşağıdakı qlobal tendensiyaları var:

- təhsilin qloballaşması və  beynəlmiləlləşməsi; tələbələrin  sayının  sürətlə artması nəticəsində ali təhsilin kütləviləşməsi; biliklərə əsaslanan iqtisadiyyatın inkişafı ilə  əlaqədar ali təhsilə  ehtiyacın kəskin artması; biliklərə əsaslanan cəmiyyətin formalaşması  zərurəti; universitetlərin cəmiyyətdə rolunun yüksəlməsi;  həyat boyu  təhsilin aktuallaşması; müasir  şəraitə uyğun yeni tip ali təhsil müəssisələrinin yaranma zərurəti; təhsilin keyfiyyətinə nəzarətin artması,   akkreditasiya və ixtisaslaşmanın beynəlxalq səviyyədə maraq  kəsb  etməsi kimi vacib məsələlər var.

Bir vacib məsələni də qeyd etmək istəyirəm ki, Dünyanın bir sıra universitetləri məhz öz kitabxanaları ilə məşhurlaşıb, yüksək göstəricilərə nail olublar. Təkcə bir faktı xatırladım ki, Harvard Universitetinin Kitabxanası (ABŞ) özündə kollec, muzey, məktəb, elmi-tədqiqat mərkəzləri və s. olmaqla 100-ə yaxın müəssisənin kitabxanasını birləşdirir. Bu dünyada ən böyük akademik kitabxana sistemidir. Bu sistemin təməli Con Harvard adlı bir mesenatın universitet  hələ kollec ikən özünün 400 cildlik şəxsi kitabxanasını ora bağışlaması ilə qoyulub. Hazırda kitabxananın ümumi kitab fondu 16 milyondan artıqdır və Konqres Kitabxanasından sonra ABŞ-da ikinci böyük kitabxana hesab olunur. Amma bizim universitetlərin kitabxanası zəngin deyil. Bəzi rektorlar kitabxanalara ayrılan vəsaitləri mənimsəyiblər”.

K.Əsədovun sözlərinə görə, ali təhsilə rəhbərlik edən şəxsin keyfiyyətləri o müəssisənin taleyini böyük ölçüdə həll edir:

“Təhsil hər millətin gələcəyidir. Ali təhsil isə təhsilin ən zirvə nöqtəsidir. Ölkə üzrə yükək təhsil standartları nə qədər önəmlidirsə, təhsildə liderlik də ən az o qədər önəmlidir.  Xüsusilə rəhbərə bağlılığın hakim olduğu şərq cəmiyyətində təhsilə rəhbərlik edən şəxsin fərdi insani və idarəçilik keyfiyyətləri müəssisənin nailiyyətində mühüm rol oynayır. Təsadüfi deyil ki, bizdə də ayrı-ayrı təhsil müəssisələrinin nailiyyəti əksər hallarda  məhz direktorun ya da rektorun adı ilə bağlanır. Fikrimcə və təcrübəmcə ali təhsilə rəhbərlik edən şəxsin aşağıdakı müsbət və mənfi keyfiyyətləri o müəssisənin taleyini böyük ölçüdə həll edir. Bəs bu şəxs necə biri olmalıdır? Fikrimcə bu şəxs:

1. İntellektli, dünyagörüşlü və müdrik  olmalıdır.

2. Müasir dünya təhsilindən məlumatlı olmalı, innovativ yanaşmaları, modern düşüncə tərzi olmalıdır.

3. Onurğalı olmalı, dəst xətti, siyasəti konkret olmalıdır.

4. İkiüzlü və yalançı olmamalı, bir dediyi digərini  inkar etməməlidir.

5. Ağzından çıxan sözü namusu bilməli və ona əməl etməlidir.

6. Korporativ idarəetmə qabiliyəti olmalı, kollegial idarəetmə üsullarını bilməli və komandasını düzgün yönləndirməyi bacarmalıdır.

7. Qısqanc və paxıl olmamalı, komandasının uğuruna sevinməli və dəstək olmalıdır.

8. Komandasındakı hər kəsi yaxşı tanıya bilməli, hər kəsi düzgün qiymətləndirməyi bacarmalıdır.

9.  Şəxslərlə olan fərdi münasibətlərini işə yansıtmamalı, ədalətli və dürüst olmalıdır.

10. Nitqi qısa və konkret olmalıdır. Çox danışıb söz yığını düzəltmək və insanları  yormaqdansa, az danışıb yol göstərməlidir.

11.  Tələbələrin dostu olmalı, onların problemlərini öyrənməli, onları dinləməli və dəstək olmalıdır. Onları görəndə qaş qabaq və qaba sözlər yox, təbəssüm etməli və salam verməlidir.

12. Pul, maddiyyat hərisi olmamalı. Univetsiteti qazanc mənbəyi kimi yox insanlığa xidmət ocağı kimi görməlidir.

13.  Nəhayət yaşı başı keçmişsə, evə getməli, nəvələri ilə oynamalı, gənclərə yol açmalıdır.

Təcrübə göstərir ki, bunlar olmadan, nəinki, müasir təhsil müəssisəsi qurmaq qeyri-mümkündür, olanın da məhv olması qaçınılmazdır.



Xəbərin oxunma sayı : 163




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap