Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bakıda tunelin üzərində asfalt örtüyü çöküb - VİDEO

Tarix 13.04.19, 23:35

Font ölçüsü : - / +
bitmap-img6


Sürücülərin ən çox istifadə etdikləri tunellərdən birinin üst hissəsində çökmə olub.

Xezerxeber.az-ın məlumatına görə, çökmə hadisəsi paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən yol qovşağındakı tunelin üzərində qeydə alınıb.

Həmin ərazidə torpaq qatı çöküb və bu, bir neçə hissədə müşahidə olunub.

Sakinlər iddia edirlər ki, yağış yağan zaman tunelin üstü su ilə dolduğundan asfalt örtüyündə çökmə baş verir.

Bəs tunelin üzərində asflat qatının çökməsi tuneldən istifadə edən sürücülər üçün təhlükə yaradırmı?

Problemlə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən ``Xəzər Xəbər``ə bildirildi ki, çökmənin nə tunelə, nə də ki, tunelin dəmir-beton konstruksiyasına heç bir təsiri yoxdur. Sadəcə olaraq tunel inşa olunarkən onun üzərinə kənardan torpaq gətirilərək tökülüb ki, bunun da bir müddət sonra aşağı yatması təbiidir.

"Bununla belə, əməkdaşlar tərəfindən əraziyə baxış keçiriləcək və həmin hissə tezliklə bərpa ediləcək. Narahatlığa heç bir səbəb yoxdur"- deyə Agentlikdən bildirilib.

Qeyd edək ki, yol qovşağı 2014-ci ildə istifadəyə verilib.








Xəbərin oxunma sayı : 733




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap