Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Putinin alovlanan “Afrika savaşı“…-Sudani itirən Kreml gözünü Liviyada Xaftarın qələbəsinə dikib - TƏHLİL

Tarix 17.04.19, 0:12

Font ölçüsü : - / +
bitmap-img6

“Deutsche Welle”, (Almaniya)

 

Cəmi bir ayın içində Kremlin Afrikanın iki ölkəsi ilə bağlı mövqeyi dəyişdi. Sudanda yoxsulluqdan, korrupsiya və diktaturadan yorulan əhali kütləvi etirazlara başladı. Ölkəni idarə edən generallar Moskvanın böyük dostunu – feldmarşal və prezident Ömər Həsən əl-Bəşiri ev dustağı etdilər. Bu biri tərəfdən isə Liviyada Kremlin digər “müştərisi”, feldmarşal Xəlifə Xaftar Tripoli uğrunda savaş başladıb və ola bilsin ki, orada BMT tərəfindən tanınan hökuməti devirdi.

Sudan məsələsində rəsmi Moskva “legitim hökumətin” devrilməsindən təşviş keçirir. Liviya məsələsində isə əksinə, legitim bir hökumətin devrilməsinə kömək edir. Bütün bu ziddiyyətlər Kremli qətiyyən narahat etmir.

Moskvanın müttəfiqi olan, özünü feldmarşal təyin edən, vətəndaş müharibəsində məğlub olub ölkənin yarısını itirən Ömər əl-Bəşir Sudana 30 il rəhbərlik edib. O həm də soyqırımda ittiham olunur. Bəşirin Darfurdakı dinc əhaliyə qarşı hücumların başında durduğu bildirilir.

Qonşu dövlət Cibutidə hərbi-dəniz bazasına sahib olmağı arzulayan Rusiya hökuməti bir müddət əvvəl bununla bağlı rədd cavabı aldı. Əl-Bəşir Kremlə həm hərbi-dəniz, həm də hərbi-hava bazası vəd etmişdi. Üstəlik Rusiyanın Sudanın təbii qaz və qızıl yataqlarının işlənməsində iştirakına razılıq vermişdi. Əvəzində isə Moskvadan silah, Su-30 təyyarələri və rus hərbçilərin Sudan ordusuna təlim keçməsini istəmişdi.

Son dönəmlərə qədər bu işi “Vaqner” qrupu yerinə yetirirdi. Bununla yanaşı, rusiyalı muzdlular həm sudanlı hərbçilərə döyüş texnikasını mənimsəməyi öyrədir, həm də etiraz mitinqlərinin qarşısının alınmasında iştirak edirdilər.

Sudanda qiymət artımı, onsuz da aşağı olan həyat səviyyəsinin daha da pisləşməsi, feldmarşal və ətrafının korrupsiyalaşması əleyhinə keçirilən etirazlar Moskvanı çətin vəziyyətə saldı. Baş verənlərə münasibət bildirərkən Rusiya Xarici İşlər Nazirinin rəsmisi Mariya Zaxarova ümumi sözlər deməklə kifayətləndi. Federasiya Şurasının üzvü Andrey Klişas isə hakimiyyətin qeyri-konstitusion yolla dəyişməsini yolverilməz adlandırdı. Maraqlıdır ki, Klişas özü bir sıra repressiv qanun layihələrinin müəllifi kimi tanınır.

Abdel Fəttah əl-Burhan

Aprelin 14-dən Sudanın faktiki olaraq yeni lideri var – general Abdel Fəttah əl-Burhan Abdulrəhman. Rəsmi Moskva üçün bu xoşagəlməz xəbər oldu. Əl-Burhan söz verib ki, həbsdəki bütün siyasi məhbusları tezliklə azad edəcək. Həmçinin hərbçilərin nəzarətində (keçid dövründə qayda-qanunu təmin etmək üçün) sadəcə Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi qalacaq. Sudanın yeni rəhbəri eyni zamanda etirazçılara və müxalifətə müraciət edərək onları baş nazir postuna öz namizədlərini təqdim etməyə çağırıb.

Bütün bunlar Putin rejiminə şübhəli görünür. Moskva “xalqın fikrini dinləmək” kimi, boşboğazlığın yox, etirazçıları əzən güclü liderlərin tərəfdarıdır. Bəşər Əsəd kimi liderlərin. Əl-Burhanın davranışları isə buna uyğun gəlmir. Və Kremldə onun Qərblə münasibətləri yoluna qoymaq, Moskva ilə məsafə saxlamaq istədiyinə dair şübhələr yaranır. Ola bilsin ki, artıq Putin və Şoyqunun Qırmızı dənizdə baza qurmaq arzuları ilə vidalaşmalarının vaxtı çatıb.

Sudan müxalifətinin böyük hissəsi ordunun qeyd-şərtsiz kazarmalara qayıtmasında və idarəetmənin ən qısa zamanda mülki hakimiyyətə ötürülməsində israrlıdır. Bu, hərbçiləri narazı sala və onları mitinqləri dağıtmaq üçün yenidən “Vaqner” qrupuna müraciət etməyə məcbur qoya bilər. Hələlik hadisələrin bu şəkildə inkişafı o qədər real görünmür.

Birincisi, əl-Bəşir rejimindən yorğunluq deyəsən, hərbçilərin də üzərinə çöküb. İkincisi, vətəndaş müharibəsindən (2000-ci illərdə başlayıb və 2011-ci ildə Cənubi Sudanın ayrılması ilə başa çatıb) sonra onsuz da zəifləyən ölkə üçün yeni münaqişə ölümcül ola bilər. Üçüncüsü də ordu silahları lap əvvəldən işə sala bilərdi. O vaxt buna getmədisə, indi çətin gedə.

Liviyada isə Vladimir Putinin dostu Xəlifə Xaftar hələ ki qələbə qazanır. Baş verənlərin legitimliyi isə nə Zaxarovanı, nə onun rəhbəri Lavrovu, nə “senator” Klişas və həmkarlarını maraqlandırır. Hətta Tripolinin BMT tərəfindən rəsmən tanınması faktı da onlara qətiyyən maraqlı deyil.

Bu arada, 2011-ci ildə Müəmmar Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səsverməsi nəticəsində seçilmiş parlament ölkənin şərqindəki Tobruk şəhərində, Faiz Sərracın rəhbərliyi ilə Milli Barışıq Hökuməti isə ölkənin qərbində – Tripolidə yerləşir. Avropa İttifaqı və BMT Milli Barışıq hökumətini dəstəkləyir.

xəlifə Xaftar musavat ile ilgili görsel sonucu

Xəlifə Xaftar

“The Telegraph”ın yazdığına görə, Fransa prezidenti Emmanuel Makron da Xaftara dəstək verir. Misir prezidenti Abdül Fəttah əs-Sisi isə bunu açıq şəkildə edir. Paris də, Qahirə də hesab edirlər ki, Xaftar islamçıları zərərsizləşdirə və Tripolidə normal dünyəvi hərbi lider ola bilər. Və bu lider Qəddafidən fərqli olaraq sərmayəçilərin dostu olacaq, Liviyanın neft-qaz sektorunu onlarla birlikdə inkişaf etdirməyə razılıq verəcək.

Xaftar və onun dostlarına qarşı İtaliya və Avropa İttifaqı çıxış edir. Və Faiz Sərracın rəhbərlik etdiyi qanuni, lakin zəif hökuməti dəstəkləyirlər.

Putinin əsas istəyi Liviyaya rusiyalı neftçiləri (Qəddafi dönəmində Liviyada işləyən) göndərməkdən daha çox, Xaftardan bu ölkədə Rusiya hərbi bazasının yaradılmasının razılığını almaqdır.

Ötən il Misir prezidenti əs-Sisi Kremlin məlum təklifinə mədəni, lakin qəti şəkildə rədd cavabı vermişdi. Görünən odur ki, Obama dönəmindəki soyuqlaşan münasibətlərə baxmayaraq, Misir hələ də ABŞ-ın regiondakı vacib müttəfiqi kimi qalmaqda davam edir.

Moskva inanır ki, Xaftar onun ümidlərini boşa çıxarmayacaq və baza məsəsələsində istədiyini alacaq. Bu məsələyə tam təminat verilə bilməz. Çünki hakimiyyətə gələcəyi təqdirdə, Xaftar sadəcə Moskvadan asılı olmağı çətin ki istəyə. Ehtimal olunur ki, Makronun Xaftara dəstək verməsinin səbəblərindən biri Liviyanı Putinə vermək istəməməsidir.

Kreml silah satışına dair yeni müqavilələr, yeni baza, yeni neft-qaz, qızıl və almaz yataqları arzusundadır. Üstəlik Putin deyəsən həqiqətən də beş-on il sonra Qərblə böyük savaşa hazırlaşır. Və bu hazırlıq üçün ən riskli və ən ekzotik ittifaqlara hazırdır.

Bu strategiya Moskvanın resurslarının məhdudlaşması, Putin rejiminin zədələnmiş nüfuzu fonunda nə vaxtsa uğursuzluğa düçar olacaq. Rusiyaya bu “Afrika yarışı” lazımdırmı? Bu məlum deyil. Amma bu məsələnin Putinə Suriyada savaş qədər vacib olduğu heç bir şübhə doğurmur.

Tərcümə Strateq.az-ındır






Xəbərin oxunma sayı : 331




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap