Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

İcra başçısı prezidentə niyə yalan məlumat verdi? – “Su problemi yoxdur...”

Tarix 18.04.19, 23:49

Font ölçüsü : - / +
bitmap-img6


“Cənab Prezident, işlər çox yaxşı gedir. Bu gün artıq rayonun hər yerində, həmçinin Qaraçuxurda qaz, su, işıq problemləri yoxdur, hamısı gözəldir”.

“Yeni Sabah” xəbər verir ki, bunu  Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov prezident İlham Əliyev bu gün Qaraçuxurda olarkən deyib. Prezidentin “Fasiləsiz?” sualına isə icra başçısı “Bəli, çox gözəldir” cavabı verib. “Rayonumuzun əhalisinin 40 faizi fasiləsiz su ilə təmin olunur. Hövsan Sizin həmişə diqqətinizdə olan ərazidir. Qaraçuxurda da əhali 40 faiz təmin olunur”.

İ. Abbasov suyun qrafiklə, amma sıx qrafiklə verildiyini qeyd edib: “Heç bir çətinlik çəkilmir. Bir tək bir az kanalizasiya işlərimiz var ki, sağ olun, o da təsdiq etdiyiniz proqramda nəzərdə tutulub”.

Qeyd edək ki, icra başçısının “rayonun hər bir yerində qaz, su, işıq problemi yoxdur” deməsi onun problemləri ört-bastır etməsidir. Belə ki, təxminən prezidentin Qaraçuxurda olduğu vaxtda Bakının Suraxanı rayonunda, Yeni Suraxanı qəsəbəsinin sakinləri su tələbi ilə aksiya keçirirdilər. 

ONA-nın yaydığı xəbərə görə, Yeni Suraxanı qəsəbəsinin bir qrup sakini su gəlmədiyi üçün Mərdəkan yolunu bağlamışdı. Nəticədə yolda böyük tıxac yaranmış və polisin müdaxiləsindən sonra yol açılaraq avtomobillərin hərəkəti bərpa olunmuşdu. 

Yeni Suraxanı qəsəbəsində su probleminin olmasını “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da təsdiq etmişdi.

İcra başçısının rayondakı su problemini dilə gətirməməsi, əksinə “hər şey çox gözəldir” deməsinin arxasında dayanan niyyətin nə olduğu aydın deyil...






Xəbərin oxunma sayı : 1399




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap