|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Cavid Qurbanovun yarımçıq “Qatar əməliyyatı” - Qəbul aktları, ödənməyən pullar və “şişdikcə şişən” əlavə xərclər
Tarix 22.04.19, 21:23 |
|
““Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Latviya şirkətindən aldığı qatarların pulunu tam ödəməməsi heç də Cavid Qurbanovun iddia etdiyi kimi, həmin qatarlardan birinin təhvil verilməməsi ilə bağlı deyil. Ortada başqa şübhəli oyunlar var”.
Bunları “AzPolitika.info”ya “qatar qalmaqalının” yaranmasının səbəbləri barədə məlumatlı şəxs bildirib.
Onun iddiasına görə, müqavilənin şərtlərinin tam yerinə yetirilməməsinin, yəni 5-ci qatarın Azərbaycana gətirilməməsinin günahı da Latviya şirkətində deyil, məhz “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyindədir.
Bu haqda danışmazdan öncə xatırladaq ki, “AzPolitika.info” saytına verilən məlumatlara və təqdim olunan sənədlərə görə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Latviyanın “ALBUVE” ASC şirkəti arasında 02.03.2015- ci il tarixdə 5 ədəd elektrik qatarının alınması barədə müqavilə imzalanıb. Ümumi dəyəri 4 669 500 avro (dörd milyon altı yüz altmış doqquz min) olan müqaviləni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “ALBUVE” ASC-nin sədri Albert Uvarov imzalayıblar.
Müqavilədə Latviya şirkəti Azərbaycan tərəfinə hər biri 4 vaqondan ibarət ER-2 seriyalı 5 elektrik qatarını 2015-ci ilin may ayının 31-nə qədər təhvil verməyi öhdəsinə götürüb. “Azərbaycan Dəmir Yolları” QSC-nin isə həmin qatarları təhvil alması və 15 il ərzində müvafiq qaydalara uyğun onların əsaslı təmirini həyata keçirməsi nəzərdə tutulub.
Bir müddət sonra ilkin müqavilədə əksini tapmayan məsələlələ bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla “ALBUVE” ASC-nin sədri Albert Uvarov arasında əlavə razılaşma imzalanıb. 370 700 avro dəyərində olan ikinci razılaşmada ilkin müqavilədə “yaddan çıxan” müddəalar əks olunub.
Belə ki, ilkin müqavilədə elektrik qatarlarının “Azərbaycan Dəmir Yolları” QSC-yə Riqada təhvil verilməsi nəzərdə tutulub ki, bu da görünür, müəyyən problemlər yaradıb. Hər halda 01 oktyabr 2015-ci il tarixdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla “ALBUVE” ASC-nin rəhbəri Albert Uvarov arasında imzalanan 370 700 avroluq əlavə razılaşmada 5 qatarın Azərbaycana nəql edilməsi (104 500 avro müqabilində), həmin qatarlarda radiostansiyaların quraşdırılması (57 200 avro müqabilində) və 3301 saylı qatarın 2 baş vaqonun modernləşdirilməsi (209 000 avro müqabilində) nəzərdə tutulub. Müqavilənin müddəti isə 2015-ci ilin dekabr ayının 31-ə qədər uzadılıb.
Bu müqavilələrin üzərindən 3 il keçdikdən sonra tərəflər arasında məhkəməyə qədər gedib çıxan mübahisə yaranıb. Latviya şirkəti “Azərbaycan Dəmir Yolları” QSC-nin müqavilənin şərtlərini yerinə yetirmədiyini əsas göstərərək məhkəməyə verib. Şirkət “Azərbaycan Dəmir Yolları” QSC-nin müqavilədə nəzərdə tutulan vəsaiti tam ödəmədiyini, 522 000 avro borclu qaldığını iddia edir. Buna görə də məhkəmədə “Azərbaycan Dəmir Yolları” QSC-nin hesabından 522 000 avro tutularaq “ALBUVE” ASC-yə ödənilməsi barədə iddia qaldırıb. İddiasında, həmçinin bu vəsait ödənilənə qədər “Azərbaycan Dəmir Yolları” QSC-nin hesablarına və ya 522 000 avro dəyərində əmlakına həbs qoyulması tələbi əksini tapıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən isə Latviya şirkətinə 522 000 avro borclu qaldığını qəbul etsə də, vəsaiti ödəməməsinin səbəbi kimi “ALBUVE” ASC-nin elektrik qatarlarından birini təhvil verməməsini göstərib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu yaxınlarda mediaya açıqlamasında deyib ki, şirkət tərəfindən 1 elektrik qatarı ölkəyə göndərilmədiyi üçün ödəniş edilmir. “Latviyanın keçmiş zavodundan elektrik qatarı almaq barədə müqavilə bağlamışıq. Onlar bizə elektrik qatarını göndərməlidir ki, biz də pulunu verək. Dörd elektrik qatarının pulunu vermişik. Azərbaycan qanunlarına əsasən ölkəyə mal gələndə valyuta çıxa bilər. Onlar bizə nə zaman elektrik qatarını göndərəcəklər, biz də onda onlara ödəniş edəcəyik” – deyə, cənab Qurbanov bildirib.
Ancaq bununla bağlı “AzPolitika.info”ya danışan maraqlı tərəf Cavid Qurbanovun fikirlərinin həqiqəti əks etdirmədiyini vurğuladı. O, Latviya şirkəti tərəfindən bütün elektrik qatarlarının “Azərbaycan Dəmir Yolları” QSC-yə təqdim edildiyini, bununla bağlı iki tərəfin təmsilçiləri arasında müafiq aktlar tərtib olunduğunu bildirdi.
Müqavilədə nəzərdə tutulan 5 elektrik qatarının “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən təhvil alınmasına dair hər biri üzrə ayrılıqda Akt tərtib olunduğunu bildirən mənbə, həmin aktların surətini də “AzPolitika.info”-ya təqdim edib (aşağıda şəkilləri verilib-red.).
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Əlirza Süleymanovun imzaladığı həmin aktlardan belə məlum olur ki, Latviya şirkəti müqavilədə üzərinə düşən öhdəlikləri yerinə yetirib. Yəni, 5 elektrik qatarının hamısını 2015-ci ilin sonuna qədər Azərbaycan tərəfinə təhvil verib.
Belə ki, təhvil-təslim aktlarının 2-si 2015-ci ilin iyun, 2-si avqust, 1-i isə oktyabr ayında imzalanıb. Bununla da Latviya şirkəti müqavilədə qeyd olunduğu müddətdən də tez qatarları Azərbaycan tərəfinə təhvil verib. Aktlarda qatarların bütün texniki göstəricilərinin müqaviləyə uyğun olduğu vurgulanıb.
Belədə bəzi suallar meydana çıxır:
Əvvəla, “Azərbaycan Dəmir Yolları” QSC Latviya şirkətindən qatarları harda təhvil alıb?
İkincisi də təhvil verilibsə qatarlardan biri niyə Azərbaycana gəlib çıxmayıb?
Bununla bağlı “Azpolitika.info”ya danışan mənbə bildirdi ki, ilkin müqavilədə “ALBUVE” ASC-nin qatarları “Azərbaycan Dəmir Yolları” QSC-yə harda təhvil verməsi öz əksini tapmayıb: “Ancaq 01 oktyabr 2015-ci il tarixdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla “ALBUVE” ASC-nin sədri Albert Uvarov arasında imzalanan əlavə müqavilədə Latviya şirkətinin 104 500 avro müqabilində 5 qatarı Azərbaycana nəql etməsi razılaşdırılıb.
Ancaq bundan cəmi 3 gün sonra “Azərbaycan Dəmir Yolları” QSC qatarların Azərbaycana nəqlinin başqa şirkətə verilməsinə dair yeni bir müqavilə təqdim edib. Yəni, “Azərbaycan Dəmir Yolları” QSC ilə ALBUVE” ASC arasında bağlanan müqavilələrə 3-cü bir şirkəti də qoşublar. Böyük ehtimalla, bu şirkət “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinə yaxın adamlara məxsus olub. Məsələ ondadır ki, 3-cü müqavilədə 2-ci müqavilədə nəzərdə tutulan əlavə xərclər, o cümlədən nəql xərcləri kəskin artırılıb. Ancaq bununla da kifayətlənməyiblər. Sonradan qatarların nəqli və əlavə avadanlıqlarla təchizatına dair başqa 2 şirkət də cəlb olunmaqla, daha 4 müqavilə imzalanıb. Ən sonuncu müqavilədə isə məbləğ, müəmmalı şəkildə 920 min avroyadək artırılıb…”
“Ümumilikdə əsas müqavildən əlavə qatarların nəqli və sair məsələlərlə bağlı 3 şirkətlə 5 müqavilə imzalanıb. Məqsəsd nə olub, demək çətindir. Ancaq ehtimal ki, ənənəvi şəkildə mürəkkəb əməliyyatlarla küli miqdarda vəsaitin ortadan çıxarılmasına çalışılıb”, – mənbə bildirib.
Bəs necə olub ki, qatarlardan biri Azərbaycana gəlib çatmayıb? Hansı tərəf öz öhdəliyini yerinə yetirməyib?
Ortada olan sənədlər və məlumatlar ondan xəbər verir ki, problemin kökündə “Azərbaycan Dəmir Yolları” QSC-nin öz öhdəliklərini yerinə yetirməməsi durur.
“Şirkət üzərinə düşən öhdəlikləri icra etsə də, “Azərbaycan Dəmir Yolları” QSC qatarların pulunun ödənməsini gecikdirib. Vəsaiti uzun müddət ərzində hissə-hissə ödəyib. Hətta artıq Azərbaycana gətirilmiş 4-cü qatarın pulunun yarıdan çoxunu – 522 min avrosunu isə bu günə qədər ödəməyib. Buna görə də şirkət 5-ci qatarın Azərbaycana gətirilməsi baş tutmayıb. Baxmayaraq ki, 5-ci qatarın QSC-yə təhvil verilməsi barədə akt da imzalanıb”, – mənbə bildirib.
Ümumiyyətlə, ortada olan sənədlər Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinə gətirildikdən bir neçə gün sonra, tələm-tələsik imzalanan bu müqavilələrdə çoxlu sayda qaranlıq məqamların olduğundan xəbər verir. Xüsusən də sonradan imzalanan əlavə müqavilələr müəmmalarla doludur və çoxlu suallar doğurur, ciddi korrupsiya ehtimalına əsaslar verir. Lakin təəssüf ki, “Azərbaycan Dəmir Yolları”nın rəhbərliyi “kommersiya sirri” olduğunu əsas gətirərək, bu suallara aydınlıq gətirməkdən imtina edir. Baxmayaraq ki, ortada heç bir sirr də qalmayıb, hər şey ortadadır…
Xəbərin oxunma sayı : 1054
Gündəm
Xəbərlər
-
Azərbaycanda daha bir bank bağlanır - Rəsmi açıqlama
-
Füzulidə səsucaldcı ilə başçını söyən şəxs həbs edildi - TƏFƏRRÜAT
-
İstanbulda Azərbaycan nömrə nişanı ilə “Niva” - qayda pozdu, görün nə dedilər- VİDEO
-
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar
-
Bakıda bu saatlarda geomaqnit qasırğası olacaq - Xəbərdarlıq
-
Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?
-
Dostundan Mehinə dələduzluq - VİDEO
-
Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? - VİDEO
-
Bakıda çörək zavodunda qətl - İş yoldaşını öldürdü
-
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
-
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA
-
Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - VİDEO
-
“Ukraynadakı müharibə daha bir neçə il davam edə bilər“ - Şolts
-
Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO
-
Şuşalılar doğma yurduna qayıdırlar - VİDEO
-
Nəsrindən bikini və əzələ şousu - Fotolar
-
Zinəddin Zidan axır ki, razılıq verdi - Bu klubu çalışdıracaq
-
Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - VİDEO
-
Səs-küy salıb, qonşularını narahat edənləri hansı cəza gözləyir? – HÜQUQİ İZAH
-
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
-
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
-
Banklar 3 ayda faizlərdən nə qədər qazanıblar? – Tam siyahı
-
“Qərb Zelenskini aradan götürəcək” – Medvedev
-
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
-
İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər - VİDEO
-
Buraxılış imtahanının nəticələri elan olundu - DETALLAR
-
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək - Bu tarixdə
-
Uşaqlara peyvənd vurulacaq - Nazir əmr imzaladı
-
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
-
“Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir“ - İran rəsmisi
-
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO
-
Evlənmək istəyənlər psixoloji müayinədən keçməlidirlər? - VİDEO
-
Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
İran və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - FOTO
-
Maliyyə Nazirliyindən büdcədən vəsait alan qurumlara MÜRACİƏT
-
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
-
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Şirkət rəhbərinə hökm oxundu - Bu nazirliyin vəsaitini mənimsəmişdi
-
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident qanuna dəyişikliyi təsdiqlədi
-
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“İsrail və İran fərqli şeylər deyir“ - Ərdoğan
-
“Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb” - Deputat
-
Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ
-
20 min manat borca görə qəssab HƏBS EDİLDİ
-
Deputat nazirliyin fəaliyyətini tənqid etdi: “Özündən qanun düzəldib...”
-
Azərbaycanda marketlərdə 19 manata satılan kərə yağı Rusiyaya 9,6 manata ixrac edilir – RƏSMİ
-
Hal şahidləri əvəzinə videoçəkiliş: İXM-ə dəyişiklik edilir
-
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - RƏSMİ
-
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
TOP 10
ARXİV