Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

AFFA Region Liqası ilə bağlı qərar verə bilmir - araşdırma gedir

Tarix 25.04.19, 23:02

Font ölçüsü : - / +
bitmap-img6


Region Liqasının II pley-off mərhələsi çərçivəsində keçirilmiş "Füzuli” – "FC Baku” oyunu ilə bağlı qərar verilməyib. 06.04.2019-cu il tarixində reallamış matçın nəticəsinin manipulyasiyası şübhəsi var. Bununla bağlı AFFA-ya məlumat daxil olub və liqanın yarımfinal mərhələsində aprelin 22-də təşkil olunması nəzərdə tutulan "FC Baku” – "Şahdağ” oyunu qeyri-müəyyən vaxta təxirə salınıb.
 
AFFA hələ də bu matçla bağlı qərar verə bilmir. Araşdırma davam etdiyindən rəsmi qərarı açıqlamaq mümkün deyil. Halbuki digər yarımfinal matçı baş tutub və finalçı rəqibini gözləyir. Mövsümü yekunlaşdırmaq lazım olduğundan digər cütün qalibinin bilinməsi də şərtdi. Lakin…
 
Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, "Füzuli”nin rəsmi şikayətinə əsasən başladılan araşdırmalara hüquq-mühafizə orqanları da qarışıb. Prosesin uzanmasının səbəbi budur. Bakılılar çək-çevir edilir, eyni zamanda rəqibin bir neçə futbolçusu sorğu-suala çəkilib.
 
Çox güman, paytaxt klubu yarışdan kənarlaşdırılacaq və "Şahdağ” oynamadan finala vəsiqə əldə edəcək. "Füzuli”nin bəzi oyunçuları olaylara qarışdığından, bu komandanın yarımfinala buraxılması mümkünsüz görünür. Əsl həqiqət araşdırmalar yekunlaşandan sonra üzə çıxacaq. Daha bir neçə gün gözləmək lazımdı.



Xəbərin oxunma sayı : 544




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap