Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Keçmiş arvadını sevgilisiylə tutdu: “Əxlaqsızlıq edirdi, həzm edə bilmədim“

Tarix 10.05.19, 9:52

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda keçmiş arvadını qısqanclıq zəmində qətlə yetirməkdə təqsirləndirilən Rəşad İbrahimzadənin məhkəməsi keçirilib.

İttihama əsasən Rəşad İbrahimzadə keçmiş həyat yoldaşı Zəhra İbrahimovanı əxlaqsız həyat tərzi keçirdiyi, başqa kişilərlə görüşdüyü üçün öldürmək qərarına gəlib. O, keçmiş həyat yoldaşını izləyərək Emil Əliyev adlı şəxslə görüşüdüyü görüb. R. İbrahimzadə Z. İbrahimovanı öldürüb, E. Əliyevi isə öldürməyə cəhd edib.

Təqsirləndirilən şəxs ittiham üzrə özünü qismən təqsirli bilib.

O bildirib ki, Zəhra İbrahimova ilə birgə nikahdan 3 azyaşlı övladı var: "2018-ci ilin may ayında Kəpəz Rayon Məhkəməsində Zəhra ilə boşandıq. Boşansaq da, ailəmdən hər zaman xəbər alırdım. Çünki uşaqlarımız vardı. Lakin Zəhra ilə bağlı qulağıma yaxşı sözlər çatmırdı. Başqa kişilərlə oturub-durduğunu eşidirdim. Əxlaqsız həyat tərzi seçmişdi. Bunu həzm edə bilmədim. Onu izləmək qərarına gəldim. Mayın 3-də işimi-gücümü atıb Zəhranın dalına düşdüm. Səhər saat 9 radalərində "Gənclik” metrosunun yanında 199 nömrəli avtobusa mindiyini görüb, taksi ilə onu izləməyə keçdim. "Yaşıl bazar”ın qarşısında avtobusdan düşdü. Oradan "Atlas” klinikasının qarşısına gəldi. Bu zaman sonradan adını bildiyim Emil adlı şəxslə səmimi görüşdü. Aralarında isti münasibət olduğunu hiss etdim. Birlikdə getməyə başladılar. Bundan qıcıqlandım. Özümlə gətirdiyim bıçaqla onların üzərinə getdim. Zəhra məni görən kimi Emilin qabağına keçdi. Birinci Zəhraya bir neçə bıçaq zərbəsi vurdum. Zəhra yerə yıxıldı, dalınca Emili bıçaqladım. O yerə yıxıldı. Bir qədər orda durdum, özümə gələn kimi hadisə yerindən qaçdım”.

Təqsirləndirilən şəxs deyib ki, keçmiş arvadının bu cür həyat tərz keçirməsini qəbul edə bilməyib: "Həzm edə bilməzdim, o mənim keçmiş həyat yoldaşım həm də uşaqlarımın anasıydı. Həmin an özümdə deyildim. Gözüm heç nə görmürdü”.

R. İbrahimzadə polisə özü təslim olduğunu deyib.

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Emil Əliyev deyib ki, Zəhra İbrahimova ilə tanış olduqdan sonra onla isti münasibətləri olub: "Tez-tez görüşürdük. Aramızda yaxşı münasibət olub. Hadisədən iki gün əvvəl Zəhra ilə dalaşmışdıq. Çünki "İnstagram"da başqa qızlarla şəklimi görmüşdü. Sonra görüşüb, özümü ona bağışlatdırmışdım. Zəhra iş axtarırdı. Mən də ona uyğun iş tapdım. Zəng elədim, onu görüşə çağırdım. Özüm də "Şərq bazarı" tərəfdə işlədiyimdən Zəhranı ora çağırdım. Səhər saatlarıydı. Zəhra ilə bankın yanında görüşdük. Birlikdə gedən zaman ona zəng gəldi. Zəhra hündür səslə "sənə deyirəm ki, işdəyəm” və "sən yenə dəlimi oldun” sözlərini dedi. Zəhradan kimlə danışdığını soruşdum, dedi, keçmiş əridir”.

Zərərçəkən qeyd edib ki, zəngdən heç bir dəqiqə keçməmiş Zəhra geriyə dönərək keçmiş ərinin arxasınca gəldiyini deyib: "Çöndüm baxdım ki, Rəşad əlində bıçaqla bizim üstümüzə gəlir. Biz gözlədik. Rəşad Zəhranın üzərinə hücum çəkdi. Zəhranı qorumaq istədim, gördüm bıçaqla məni vurmaq istəyir. Qaçmağa başladım. Birdən arxaya çevrildim ki, Rəşad dayanmadan Zəhraya bıçaq zərbələri vurur. Ayırmaq məqsədilə Rəşadın üstünü getdim. Bu zaman ayağım ilişdi, yerə yıxıldım. Rəşad yıxıldığımı görüb üstümə cumdu, qarın və ayaq nahiyyəmdən məni bıçaqladı. Özümdən getdim. Rəşad öldüyümü zənn edib qaçdı. Gözümü açdım ki, ətrafdakıları Zəhranı klinikaya aparır. Özüm də birtəhər sürünə-sürünə xəstəxanaya girdim. Gördüm, həkimlərin səyinə baxmayaraq Zəhra öldü. Bir qədər sonra Təcili Tibbi Yardım briqadası gəlib məni Kliniki Tibbi Mərkəzə apardı”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad İbrahimzadə 17 il müddətə azadlıqdan məhrum edilib.

bakupost.az



Xəbərin oxunma sayı : 541




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap